Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-866/2025 21.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin xx.xx.2025-ci il tarixli, 370182 saylı akt əsasında hesablanmış 935,3 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Kovlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən kənar xəttdən istifadə etməsi müəyyən edilmişdir. O, sayğacda heç nə görməmiş, heç bir müdaxilə etməmişdir. Sonradan məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və cəmi 935,3 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimələnmişdir. Ona görə də hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyini bildirdilər. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtlı-vaxtında ödəyir. Aktın tərtib olunmasına nə o, nə də ailə üzvləri dəvət olunmamışdır. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, akt əsasında qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, həqiqətdə o, kənar xətdən məcburiyyət qarşısında qalıb 20 gün istifadə etmişdir. O, heç yerdə işləmədiyi üçün məcbur qalıb kənar xətdən istifadə etmişdir. Yazılmış cərimədən 400 manat ödəmişdir. Həmin məbləği tam ödəmək imkanında deyildir. İstifadə etdiyi müddətə də göstərilən məbləğdə cərimə hesablanması da ədalətli deyildir. Ona görə də o, məhkəmədən ona köməklik göstərilməsini, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 bildirdi ki, həqiqətən də tərtib edilmiş akt üzrə iddiaçı 400 manata yaxın ödəniş etmiş və hazırda onun akt üzrə ödənilməmiş qalan borcu 548 manat təşkil edir. Hazırda o, iddianın təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxır və məhkəmədən akt üzrə edilmiş ödənişlərin də nəzərə alınmasını xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən aparılan yoxlama zamanı xx.xx.2025-ci il tarixli akta əsasən hesabat sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, abonent sıfır xətti vasitəsi ilə sayğacı sxemdən kənarlaşdıraraq birbaşa X1 edir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Kovlar kəndində yerləşən **********00426 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2025-ci il tarixli, 370182 saylı akt üzrə ümumi 935,1 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2025-ci il tarixli, 370182 saylı akta əsasən enerji itkisinə görə hesablanmış borc məbləği abonent tərəfindən akt əsasında yazılmış borcdan 400 manat məbləğində edilmiş ödəniş məbləği nəzərə alınmaqla həmin məbləğ akt üzrə borcdan çıxılmalı (935,30- 400=535,30 manat), qalan məbləğə münasibətdə isə borcun qalıq məbləği azaldılaraq qalıq borcun 10%-i həddində, yəni 54 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 370182 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Kovlar kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 935,3 manat borc məbləğindən həyata keçirilmiş 400 manat ödəniş nəzərə alınmalı, bundan sonra qalıq qalmış borc məbləği azaldılaraq qalıq borcun 10%-i həddində, yəni 54 manat məbləğində müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 370182 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə **********00426 saylı abunə hesabına hesablanmış 935,3 manat borc məbləğindən həyata keçirilmiş 400 manat ödəniş nəzərə alınsın və bundan sonra qalıq qalmış borc məbləği azaldılaraq qalıq borcun 10%-i həddində, yəni 54 manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-866/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-866/2025
21.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver