Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-90/2025 17.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, maraqlı şəxs Sabirabad rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2004-cü ildə anadan olmuş oğlu X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xəstə olan onun oğludur. X11 xx.xx.2004-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. X15 xəstədir. Oğlunun barəsində Sabirabad rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CPM-nin 39.2-ci maddəsinə əsasən, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilmişdir və 10 aya yaxın müddətdə qaldığı həbsdən azad edilmişdir. Həmin qərarın verilməsi üçün əsas olmuş cinayət işi üzrə ekspertiza təyin edilmiş və İlkinin anlaqsız hesab edilməsi barədə ekspert rəyi qəbul edilmişdir. Bununla yanaşı Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(056)- 83/2023 saylı qərarı ilə İlkin cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan elan edilmişdir. Oğlu öz hərəkətlərini idarə edə bilmədiyindən özü üçün hər hansı hüquqi nəticə yarada biləcəyindən asılı olmayaraq gələcəkdə istənilən formada şifahi əqd bağlaya bilər və bu onlar üçün arzuolunmaz nəticələrə səbəb olar. O cümlədən onun barəsində verilmiş bəraət qərarına əsasən ona verilməli olan kompensasiyanı müstəqil surətdə ala bilmir. Bunun üçün məhkəməyə müraciət edildikdə fəaliyyət qabiliyyətsizliyi ilə bağlı rəy əsas gətirilir və onun hüquqlarının həyata keçirilməsi mümkün olmur. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə ərizəçinin, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sabirabad rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 bildirdi ki, o, iş materialları və ekspert rəyi ilə tanış olmuşdur. Ona görə də onun ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZ-İ No 576370 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Sabirabad rayon Prokurorluğunun müstəntiqi X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, X2 X11 tərəfindən sağlamlığına ağır zərər vurulması nəticəsində ektiyatsızlıqdan ölümünə səbəb olması faktında sonuncunun təqsiri sübuta yetmədiyindən barəsində CM-nin 126.3-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikasının CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmış, X6 psixi vəziyyəti özü və ətrafdakılar üçün sosial təhlükəli etdiyindən, barəsində mülki prosessual qaydada psixiatriya stasionarına qeyrikönüllü yerləşdirilməsi barədə məhkəməyə müraciət edilməsi ailə üzvlərinə və Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə məsləhət görülməsi qərara alınmışdır. Əldə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3345 saylı rəyində qeyd edilir ki, X7 orta dərəcəli əqli gerilik müəyyən edilir. X11 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X11 onda müəyyən edilən orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X11 orta dərəcəli əqli geriliyinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikasının MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Ona görə də ərizə əsaslı olmaqla təmin edilməli, X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü ildə Sabirabad rayonunda anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-90/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-90/2025
17.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver