Məhkəmə qərarları › İş №2(056)-927/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-927/2025

19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-927/2025 19.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış cərimənin” silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı tərtib edilmiş xx.xx.2024cü il tarixli, 037323 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 894,48 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında göstərdi ki, "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları Sabirabad rayonu, Çöl Beşdəli kəndində yerləşən, ona məxsus fərdi yaşayış evində sayğaca baxış keçirmiş, bu zaman evdə olan atası ilə "xxxx" ASC-nin əməkdaşları arasında mübahisə yaranmışdır.Buna görə də, onlar qərəzli olaraq guya evə kənar xətt çəkilməsini bildirərək, qeyd olunan aktı tərtib etmişlər. Akt tərtib olunmasını o, evə gəldikdən sonra xəbər tutmuş, aktın əsasında yazılmış cərimənin slinməsini tələb etsə də, nə aktdan, nə də kənar xətt çəkilməsindən xəbəri olmamışdır.Bu səbəbdən də, akta əsasən hesablanmış 894,48 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Elşad Quliyev ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 037323 saylı aktın surətindən görünür ki, istehlakçı (abonent **********73) İddiaçı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı abonentin sayğacdan kənar X1 etdiyi müəyyən olunmuşdur. İddiaçı (abonent kodu: **********00113, Akt NDM 037323) sayğacdan kənar X1 etdiyinə görə ona (2 x 10 mm2, 50 x 0,22 = 11 kVT saat ) 894,48 manat borc yazılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında məlumatdan ( saldodan çıxarış) görünür ki, İddiaçı akt üzrə 894,48 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. «X1 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən, məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Mübahisələndirilən aktdan və iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin enerji sərfiyyatını hesablayan elektrik sayğacına baxış hal şahidlərinin iştirakı olmadan keçirilmiş, abenontin iştiraki təmin edilməmiş və aktın surəti abonentə ( iddiaçıya) təqdim olunmamış, bununla da «X1 Qaydaları»nın 8.16 və 8.33-cü bəndlərinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da İddiaçı xx.xx.2024-cü il tarixli, AKT NDM 037323 saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etməklə, o tələbinin əsası kimi istinad etdiyi halı, yəni qeyd olunan fərdi yaşayış evində kənar X1 olunmamasını məhkəmədə sübut edə bilmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, sayğaca müdaxilə olunması, eyni zamanda itirilmiş enrjiyə görə vəsaitin hesanlanması qaydasını təsdiq edən hər hansı bir mötəbər subutunu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT NDM 037323 saylı aktın əsaslı olması sübuta yetirilməmiş, itirilmiş enerji dəyərinin 894,48 manat olması məhkəmədə təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X1 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli akt etibarsız hesab edilməli və akt əsasında İddiaçı barəsində itirilmiş enerji dəyəri kimi hesablanmış 894,48 manat cərimə borcu silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 037323 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 894,48 manat cərimə borcu, İddiaçı **********00113 saylı abuna hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar