Məhkəmə qərarları › İş №2(056)-93/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-93/2024

05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-93/2024 05.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsinin hakimi X1 Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Təchizatı və Satış İdarəsi tərəfindən Sabirabad rayon Kürqırağı EŞ İdarəsinin işçiləri tərəfindən tərtib edilmiş 282369 nömrəli Akt əsasında ona yazılmış 4455,81 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iddiaçı heç bir üzürlü səbəb olmadan xx.xx.2024-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclası zamanı cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxlmasını tələb etmədiyini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə cavabdehi dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləlsinin 185.6-cı maddəsinin tələbinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq 259.0.7-ci maddəsi tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləlsinin 259.0.6, 260, 263- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi barədə» iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, o məhkəmədə iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqda sübutlar təqdim etməklə iş üzrə icraatın təzələnməsi barədə vəsatət verə bilər və ya ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN:FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar