Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-960/2025 21.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli, 324459 saylı akt əsasında hesablanmış 1033,1 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Osmanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. "xxxx" ASC-nin Sabirabad şəbəkəsinin və Şirvan RTSnin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən kənar xəttdən istifadə etməsi müəyyən edilmişdir. O, sayğacda heç nə görməmiş, heç bir müdaxilə etməmişdir. Sonradan məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və cəmi 1033,1 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimələnmişdir. Ona görə də hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyini bildirdilər. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtlı-vaxtında ödəyir. Aktın tərtib olunmasına nə o, nə də ailə üzvləri dəvət olunmamışdır. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, akt əsasında qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, aktın tərtib edildiyi tarixə uyğun ərəfədə onun övladı böyrəyindən əməliyyat olunmuş, böyrəyi dəyişdirilmişdir. Yaşadığı ev qızmadığı və övladı isti mühitdə yataq şəraitdə olmalı olduğu üçün o, məcbur qalıb kənar xətt çəkmək istədikdə cavabdeh təşkilatın əməkdaşları gəlmiş və bu halı aşkar etmişlər. O, niyyətini həyata keçirə bilməmiş, cavabdeh təşkilatın nümayəndələrini də evinə dəvət edib yaranmış vəziyyəti əyani göstərmək istəmişdir ki, lakin nümayəndələr onun evinə gəlməkdən imtina etmişlər. Bundan 5 gün sonra övladı vəfat etmişdir. Hazırda o, ailəsinin tələbatlarını çətinliklə qarşılayır. Ona görə də o, məhkəmədən ona köməklik göstərilməsini, iddiasını təmin olunmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2024-cü il tarixli akta əsasən hesabat sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, abonent həyətyanı sahədən keçən 0,4 kvt-lıq dayaqdan birbaşa xətt çəkməklə sayğacdan kənar X1 edir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Şıxsalahlı kəndində yerləşən **********00111 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, 324459 saylı akt üzrə ümumi 1033,1 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, 324459 saylı akta əsasən enerji itkisinə görə borc yazılmış borcun 10%-i həcmində, yəni 103 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 324459 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Şıxsalahlı kənd sakini İddiaçının yaşadığı evin abonent hesabına hesablanmış 1033,1 manat borc məbləğindən 930,1 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq yazılmış borcun 10%-i həcmində, yəni 103 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 324459 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 1033,1 manat borc məbləğindən 930,1 manat Sabirabad rayonunun Şıxsalahlı kəndində yerləşən evə aid **********00111 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq yazılmış borcun 10%-i həcmində, yəni 103 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-960/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-960/2025
21.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver