Məhkəmə qərarları › İş №2(056)-962/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-962/2025

21.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-962/2025 21.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 248531 saylı və xx.xx.2024-cü il tarixli, 324339 saylı aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış 1548,88 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. İşıq sayğacı mərhum atası X1 adına qeyd edilmişdir. "xxxx" ASC-nin Sabirabad Şəbəkəsinin və Şirvan RTS İdarəsinin əməkdaşlarının rəhmətlik atası X2 adına qeyd olunmuş fərqli vaxtlarda sayğaca baxış keçirərkən məlum olmuşdur ki, kənar xəttdən istifadə olunur. Sonradan məlum olmuşdur ki, həmin aktlar üzrə 1548,88 manat cərimə edilmişdir. Cərimə əsassız yazılmış və onların hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtlı-vaxtında ödəyir. Aktın tərtib olunmasına nə o, nə də ailə üzvləri dəvət olunmamışdır. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, akt əsasında qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, hər dəfə elektrik enerjisinin istifadəsinə görə olan karta pul vəsaiti yüklədikcə aktlar üzrə yazılmış borc məbləği hissəhissə karta yükləmiş olduğu vəsaitdən silinmiş, bu xüsusda hazırda 1-ci akt üzrə yazılmış borc demək olar ki, silinmə yolu ilə ödənilmişdir. Bildiyi qədəri ilə 876 manat borc qalmışdır ki, həmin borc da 2-ci aktla bağlı qalan borcdandır. Aktlar üzrə yazılmış məbləğ ədalətli deyildir. Ona görə də o, məhkəmədən ona köməklik göstərilməsini, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 bildirdi ki, iddiaçı aktlar üzrə 700 manatdan çox ödəniş etmişdir. Onun 1-ci akt üzrə 80 manat borcu qalmış, qalan borc isə 2-ci aktla bağlıdır. Hazırda o, iddianın təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxır və məhkəmədən akt üzrə edilmiş ödənişlərin də nəzərə alınmasını xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2022-ci il tarixində aparılan yoxlama zamanı abonent Havasət Məmmədovun elektrik sayğacının giriş kabelini kəsərək kənar xəttdən istifadə etməsi faktı aşkar olunmuş, bu barədə 248531 nömrəli akt tərtib edilmiş, xx.xx.2024-cü il tarixində aparaılan yoxlama zamanı isə abonent Havasət Məmmədovun giriş xəttindən əlavə xətt götürərək sayğacı dövriyyədən kənarlaşdırması faktı aşkar olunmuş və bu barədə 324339 saylı akt tərtib edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2017-ci ildə mədənin bədxassəli yeni törəməsi səbəbindən vəfat etmişdir. İş materiallarında olan Sabirabad rayon İcra hakimiyyəti Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, Sabirabad rayonunun Sarxanbəyli kəndində yaşayır. X4 dünyasını dəyişdikdən sonra oğlu İddiaçı varis kimi qalmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən **********00181 saylı abonent hesabına X3 qaydalarının pozulmasına görə xx.xx.2022-ci il tarixli, 248531 saylı və xx.xx.2024-cü il tarixli, 324339 saylı aktlar üzrə ümumi 1548,88 manat borc hesablanmışdır. “X3 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X3 Qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, 248531 saylı və xx.xx.2024-cü il tarixli, 324339 saylı aktlara əsasən enerji itkisinə görə hesablanmış borc məbləği abonent tərəfindən akt əsasında yazılmış borcdan həyata keçirilmiş (X3 edilməsi barədə kartdan çıxılmış) pul vəsaitinin məbləği, hazırki borcun 876 manat təşkil etməsi nəzərə alınmaqla, qalan məbləğə münasibətdə borcun qalıq məbləği azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 248531 saylı və xx.xx.2024-cü il tarixli, 324339 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Sarxanbəyli kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış borc məbləğindən qalıq qalmış 876 manat borc məbləği azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Aktların etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktların etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, aktlar aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 248531 saylı və xx.xx.2024-cü il tarixli, 324339 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə **********00181 saylı abunə hesabına hesablanmış borc məbləğinin qalıq qalan 8786 manat hissəsi azaldılaraq 30 manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar