Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-964/2025 02.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli, 005646 saylı akt əsasında hesablanmış 1614,47 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Qaragüney kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. "xxxx" ASC-nin Sabirabad şəbəkəsinin və Şirvan RTSnin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən kənar xəttdən istifadə etməsi müəyyən edilmişdir. O, sayğacda heç nə görməmiş, heç bir müdaxilə etməmişdir. Sonradan məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və cəmi 1614,47 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimələnmişdir. Ona görə də hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyini bildirdilər. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtlı-vaxtında ödəyir. Aktın tərtib olunmasına nə o, nə də ailə üzvləri dəvət olunmamışdır. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, akt əsasında qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onun yaşadığı evə aid sayğacda problem olmuş, o, bu barədə işıq idarəsinə məlumat vermiş, idarənin əməkdaşları gəlib plombu açıb sayğacı düzəltdikdən sonra bağlayıb getmişlər. Problem ondan ibarət olmuşdur ki, onun evinə elektrik enerjisinin verilişi avtomatik olaraq dayanmışdı. Onun sayğacında düzəliş edildikdən bir müddət sonra ona sayğaca müdaxilə ilə bağlı cərimə olunması barədə məlumat gəlmişdir. O, sayğaca müdaxilə etmədiyi üçün İşıq idarəsinə müraciət etmiş, orada ona həmin cəriməni silmək səlahiyyətində olmadıqlarını, bununla bağlı məhkəməyə müraciət etməsini bildirmişlər. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ona köməklik göstərilməsini, iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2024-cü il tarixli akta əsasən hesabat sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğacın alt qapaq möhürünün şini qırıqdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Qaragüney kəndində yerləşən **********00486 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, 005646 saylı akt üzrə ümumi 1614,47 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2024cü il tarixli, 005646 saylı akta əsasən borc yazılmış borcun 10%-i həcmində, yəni 161 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 005646 saylı aktı əsasında Sabirabad rayonunun Qaragüney kənd sakini İddiaçının yaşadığı evin abonent hesabına hesablanmış 1614,47 manat borc məbləğindən 1453,47 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq yazılmış borcun 10%-i həcmində, yəni 161 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 005646 saylı aktı əsasında hesablanmış 1614,47 manat borc məbləğindən 1453,47 manat Sabirabad rayonunun Qaragüney kəndində yerləşən evə aid **********00486 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq yazılmış borcun 10%-i həcmində, yəni 161 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-964/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-964/2025
02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver