Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-987/2025 21.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 150619 saylı, xx.xx.2021-ci il tarixli, 209551 saylı, xx.xx.2021-ci il tarixli, 209573 saylı, xx.xx.2021-ci il tarixli, 217373 saylı, xx.xx.2022-ci il tarixli, 266747 saylı və xx.xx.2022-ci il tarixli, 282378 saylı aktlar əsasında hesablanmış 1411,26 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Poladtoğay kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. İşıq sayğacı mərhum əri X2 adına qeyd edilmişdir. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları ayrı-ayrı vaxtlarda onların yaşadığı evə məxsus sayğaca baxış keçirəndə kənar xəttdən istifadə edilməsini müəyyən etmişlər. Sonradan məlum olmuşdur ki, həmin aktlar üzrə 1411,26 manat cərimə edilmişdir. Cərimə əsassız yazılmış və onların hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtlı-vaxtında ödəyir. Aktın tərtib olunmasına nə o, nə də ailə üzvləri dəvət olunmamışdır. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, akt əsasında qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onun əri vəfat etmişdir. Onun heç vaxt sayğacdan anlayışı olmamışdır. Əri öləndən sonra bilmişdir ki, sayğaclarında aktlara görə borc məbləği vardır. Maddi imkanları çox aşağıdır. Hər dəfə elektrik kartına pul yükləyəndə həmin məbləğdən 1-2 manat həmin aktlara görə borcdan silinir. Övladı Vətən müharibəsi iştirakçısı olmaqla qazidir. Oğlunun müalicəsi və dolanacaqlarını çətinliklə qarşılayırlar. Ona görə də o, məhkəmədən ona köməklik göstərilməsini, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 bildirdi ki, iddiaçının aktlar üzrə hazırda 1371 manat borcu mövcuddur. Onlar dəfələrlə qanunsuz qoşulma hallarına yol vermişlər. Hazırda o, iddianın təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2019-cu il tarixində aparılan yoxlama zamanı abonent Süleyman Qasımovun elektrik sayğacının hesablama mexanizmindən kənar xətt daxil olması faktı aşkar olunmuş, bu barədə 150619 nömrəli akt tərtib edilmiş, xx.xx.2021-ci il tarixində aparılan yoxlama zamanı abonent Süleyman Qasımovun evinin sayğacdan kənar xəttlə qidalandırılması faktı aşkar olunmuş, bu barədə 209551 saylı akt tərtib edilmiş, xx.xx.2021-ci il tarixində aparılan yoxlama zamanı abonent Süleyman Qasımovun sayğacdan kənar xəttdən istifadə etməsi faktı aşkar olunmuş, bu barədə 209573 saylı akt tərtib edilmiş, xx.xx.2021-ci il tarixində aparılan yoxlama zamanı abonent Süleyman Qasımovun sayğacdan kənar enerjidən istifadə etməsi faktı aşkar olunmuş, bu barədə 217373 saylı akt tərtib edilmiş, xx.xx.2022-ci il tarixində aparılan yoxlama zamanı abonent Süleyman Qasımovun sayğacdan kənar xətt vasitəsi ilə X1 etməsi faktı aşkar olunmuş, bu barədə 266747 saylı akt tərtib edilmiş və xx.xx.2022-ci il tarixində aparılan yoxlama zamanı (abonent Süleyman Qasımovun müraciətinə əsasən) sayğacın kart yuvasının kartı qəbul etməməsi faktı aşkar olunmuş, bu barədə 282378 saylı akt tərtib edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2024-cü ildə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult səbəbindən vəfat etmişdir. İş materiallarında olan Sabirabad rayon İcra hakimiyyəti Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, Sabirabad rayonunun Poladtuğay kəndində yaşayır, mərhum X2 həyat yoldaşı olmuş və onun vərəsəsidir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən **********00025 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2019-cu il tarixli, 150619 saylı, xx.xx.2021-ci il tarixli, 209551 saylı, xx.xx.2021-ci il tarixli, 209573 saylı, xx.xx.2021-ci il tarixli, 217373 saylı, xx.xx.2022-ci il tarixli, 266747 saylı və xx.xx.2022-ci il tarixli, 282378 saylı aktlar üzrə ümumi 1411,26 manat borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş abunə haqqına arayışdan görünür ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən **********00025 saylı abonent hesabı üzrə 1371 manat borc mövcuddur. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2019-cu il tarixli, 150619 saylı, xx.xx.2021-ci il tarixli, 209551 saylı, xx.xx.2021-ci il tarixli, 209573 saylı, xx.xx.2021-ci il tarixli, 217373 saylı, xx.xx.2022-ci il tarixli, 266747 saylı və xx.xx.2022-ci il tarixli, 282378 saylı aktlara əsasən enerji itkisinə görə hesablanmış borc məbləğinin hazırki qalıq məbləği azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 150619 saylı, xx.xx.2021-ci il tarixli, 209551 saylı, xx.xx.2021-ci il tarixli, 209573 saylı, xx.xx.2021-ci il tarixli, 217373 saylı, xx.xx.2022-ci il tarixli, 266747 saylı və xx.xx.2022-ci il tarixli, 282378 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Poladtuğay kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış borc məbləğindən qalıq qalmış 1371 manat borc məbləği azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Aktların etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktların etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, aktlar aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 150619 saylı, xx.xx.2021-ci il tarixli, 209551 saylı, xx.xx.2021-ci il tarixli, 209573 saylı, xx.xx.2021-ci il tarixli, 217373 saylı, xx.xx.2022-ci il tarixli, 266747 saylı və xx.xx.2022-ci il tarixli, 282378 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə **********00025 saylı abunə hesabına hesablanmış borc məbləğinin qalıq qalan 1371 manat hissəsi azaldılaraq 150 manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-987/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-987/2025
21.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver