Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1078/2023 23.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə ünvanladığı ərizə və ərizəyə əlavə olunmuş sənədlər məhkəmədə öyrənilənilərkən müəyyən olunmuşdur ki, ərizə iddianın yol verilməzliyinə görə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçilər torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən olunmasını xahiş etmişlər.Ərizəçilər həmin tələblə 13 saylı Ərazi İdarəisnə müraciət etmiş,sonuncu təşkilat tələbin təmin olunmasından imtina etmişdir.Ərizəçilər həmin orqanan qanuna müvfaiq tələblərini yerinə yetirməklə müvafiq sənədləri təqdim etməklə tələbin olunmasına nail ola biləcəklər, əks halda həmin orqanın hərəkətləri barədə inzibati məhkəməyə müraciət edə bilərlər. Ərizəçilərin qeyd olunan tələbi fakt təsdiqi kimi məhkəmə qaydasında təsdiq olunması mümkün deyildir. Ərizəçilər qanunla müəyyən olunmuş qaydada sənədəlri toplayaraq 13 saylı Ərazi İdarəisnə müraciət etməli, imtina aldığı halda inzibati məhkəməyə müraciət etməli olduqları üçün iddia qaldırmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsində qeyd olunmuşdur ki, .məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 114,153,263,264 267,268-ci maddələrini rəhbər tutub,məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunsun və geri qaytarılsın. Ərizəçi1 ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1078/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1078/2023
23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver