Məhkəmə qərarları › İş №2(057)-1080/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1080/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1080/2023 23.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi ilə Ərizəçi ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ünvanladığı ərizə və ərizəyə əlavə olunmuş sənədlər məhkəmədə öyrənilənilərkən müəyyən olunmuşdur ki, ərizəyə iddianın yol verilməzliyinə görə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi 01 oktyabr 2014-cü ildə anadan olmuş Ərizəçi Ayaz qızı və 07 iyun 2018-ci ildə anadan olmuş X1 onun himayəsində saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin qeyd olunan tələbi fakt təsdiqi kimi məhkəmə qaydasında təsdiq olunması mümkün deyildir. Ərizəçinin nəvələrinin onun yanında olması onun üçün hüquqi nəticə yaratmır, ərizəçinin uşaqlarla bağla digər hüquqların həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada başqa qaydada həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 114,153,263,264 267,268-ci maddələrini rəhbər tutub,məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunsun və geri qaytarılsın. Ərizəçi ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar