Məhkəmə qərarları › İş №2(057)-1117/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1117/2023

22.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1117/2023 22.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X56 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, Üçüncü şəxslər X23, X12 və X24 iştirakları ilə, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Cavabdeh, üçüncü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestr publik hüquqi şəxsi 13 saylı Ərazi İdarəsinə, Salyan rayon 2 saylı Xüsusi Notariat Kontoruna, X33, X13 və X34 qarşı miras əmlakda payların müəyyən edilməsi və naturada müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Cavabdeh, üçüncü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestr publik hüquqi şəxsi 13 saylı Ərazi İdarəsinə, Salyan rayon 2 saylı Xüsusi Notariat Kontoruna, X33, X13 və X34 qarşı miras əmlakda payların müəyyən edilməsi və naturada müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X7 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0713 ha həyətyanı torpaq sahəsi üzrə miras əmlakı qəbul edilməsi nəzərə alınmaqla paylarının müəyyən edilməklə naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, atası X14 ilə anası X3 birgə nikahlarından onunla birgə 06 nəfər uşaqları doğulmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin 0,0713 ha həyətyanı torpaq sahəsi mərhum ataları X8 adındadır. Ataları 26 oktyabr 1976-cı il tarixdə, anaları 22 oktyabr 2009-cu il tarixdə ölmüşdürlər. Onların birgə nikahlarından 06 nəfər uşaqları doğulmuşdur. Cavabdeh, X42, X25, İddiaçı, X43 və X9r. X2 15 aprel, 2018-ci il tarixdə ölmüşdür. 25 avqust 1988-ci il tarixdə anası X6 fərdi yaşayış evini və bütün əmlakın qardaşı X33 vəsiyyət etmişdir. Daha sonra qardaşı X42, bacısı X43 və digər bacısı X25 notariat kontoruna ərizə verərək atasının vəfatından sonra miras qalmış heç bir əmlakı qəbul etmədiklərini, bütün daşınar və daşınmaz miras əmlakından pay istəmədiklərini, gələcəkdə də, müddətin bərpası üçün məhkəməyə şikayət etməyəcəklərini bildirmişdirlər. İddiaçı adından çıxış edən X35 26 iyul 2022-ci il tarixdə notariat kontoruna ərizə verərək miras qalmış bütün daşınan və daşınmaz əmlaklara anasına X22 verilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh X22 almaq məqsədilə Salyan rayon 2 saylı Xüsusi Notariat Kontoruna ərizə vermiş, Notariat kontoru 29 iyul 2022-ci il tarixli, 11 saylı “notariat hərəkəti aparılmasından imtina edilməsi barədə” qərar təqdim edərək paylar üzrə mübahisə olduğunu bildirərək X22 verilməsindən imtina etmişdir. Yaranmış mübahisənin həlli üçün Salyan Rayon Məhkəməsinə müraciət tövsiyə olunmuşdur. Buna görə də, Cavabdeh məhkəməyə müraciət etmiş və sonra geri götürmüşdür, bundan sonra o, müraciət etmək qərarına gəlmişdir. Mərhum atası X7 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0,0713 ha həyətyanı torpaq sahəsi üzrə miras əmlakı qəbul edilməsi nəzərə alınmaqla paylarının müəyyən edilməklə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı ailə qurduqdan sonra başqa ünvanda yaşasa da mərhum atasından qalan mirasdan payını tələb edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, valideyinlərinə məxsus evdə o ailə üzvləri ilə birlikdə yaşayır. X2 15 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Qardaşı Məmmədalı subay olmuşdur. Qardaş və bacıları miras əmlaka dair heç bir tələbləri yoxdur. İddiaçı onun bacısıdır. Əslində bacısının da heç bir iddiası yoxdur. Bacısı oğlu X35 bacısını aldadaraq öz adına və vəkilin adına etibarnamə alıb iddia irəli sürüb. Məhkəmə iclasında üçüncü şəxslər X42, X25, X43 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestr publik hüquqi şəxsi 13 saylı Ərazi İdarəsinə və Salyan rayon 2 saylı Xüsusi Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin, cavabdehin və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “X29” AQİS-dən çıxarışlardan görünür ki, X25 xx.xx.1959-cu il tarixində anadan olmuşdur, X43 xx.xx.1963-cü il tarixində anadan olmuşdur, X15 xx.xx.1953-cü il tarixində anadan olmuşdur, X16 ilə X26 ilə ailə həyatı qurmuş və xx.xx.1981-ci il təvəllüdlü X17 və xx.xx.1983-cü il saylı X30, X43 xx.xx.1982-ci il tarixində X58 ilə nikaha daxil olmuşdur, X25 xx.xx.1978-ci il tarixində X54 ilə nikaha daxil olmuşdur, X19 xx.xx.1979-ci il tarixində X37 ilə nikaha daxil olmuşdur, Qurbanbəyova Həbib qızı xx.xx.1978-ci il tarixində X54 ilə nikaha daxil olmuşdur, Qurbanbəyova Ceyran xx.xx.2002-ci il tarixində X51 nikaha daxil olmuşdur, X16 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan, Salyan rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışlardan görünür ki, X6 xx.xx.2009-cu il tarixdə, X17 xx.xx.1976-cı il tarixində vəfat etmişdir. İş materiallarında olan, Salyan rayon Qeydiyyat Şöbəsinin verdiyi çıxarışdan görünür ki, X17 və X1 şəhərində xx.xx.1951-ci il tarixində nikaha daxil olmuşdurlar. İş materiallarında olan, X31 surətindən görünür ki, xx.xx.1960-cı il tarixində Salyan şəhərində atası X17, anası X6 olan X27 anadan olmuşdur. İş materiallarında olan, Salyan RİHB Salyan şəhəri İƏDN-nin verdiyi 837 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 və X3 X42, X25, X43, Cavabdeh və İddiaçı adından vərəsələri qalmışdır. X36 xx.xx.2018-ci il tarixində vəfat etmiş, mərhumun X17 və X20 adında 2 vərəsəsi qalmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil sorğusuna cavab olaraq ünvanladığı 8570 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 əmlakları barədə məlumat arxiv materiallarında aşkar edilməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin vəkil sorğusuna cavab olaraq ünvanladığı 646 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən X7 mülkiyyətindədir. İş materiallarında olan, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin notariusu X5 Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli 856g nömrəli məktubundan görünür ki, X55 tərəfindən Salyan rayon 2 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-5857 reyestr nömrəli mirasdan imtina ərizəsi rəsmiləşdirilmişdir. İş materiallarında olan, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin notariusu X5 vəkil sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli 237g nömrəli müşaiət məktubu və onun qoşması olan xx.xx.2022-ci il tarixli 11 saylı imtina qərarının təsdiq edilmiş surətindən görünür ki, Salyan rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10, Salyan şəhəri, Nizami küçəsi 34 saylı evdə qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə əlaqədar sənədləri nəzərdən keçirərək, daxil olan sənədləri araşdırarkən və mirasın açılması hərəkətlərinə başlayarkən məlum olur ki, həqiqətən də Cavabdeh atası X17 xx.xx.1976-cı ildə vəfat etmişdir. Mərhum ölən günədək ünvan 5 ünvanda yerləşən evində yaşamışdır. Mərhumun arvadı X6 xx.xx.2009-cu ildə vəfat etmişdir. Mərhumun 5 vərəsəsi qalmışdır. Onlardan üçü mirası qəbul etməkdən imtina etmişlər. Vərəsələrdən biri olan qızı, Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan İddiaçı isə notariat ofisinə ərizə verərək mərhum atasından qalan mirasdan pay istədiyini bildirmişdir. Lakin Cavabdeh ərizəsində bildirmişdir ki, onun bacısı və bacısının ailəsi ilə çox ciddi münaqişələri mövcuddur. Onların arasında uzun illərdir ki, əmlak üstündə və ailə daxili münaqişələri davam etməkdədir. Fərdi yaşayış evi çıxarışda mərhum atasının adına göstərilsə də əslində bu evi o özü 2004-cü ildə tikmişdir. Cavabdeh bildirdiyinə görə mərhum ata-anasının ölümündən sonra miras faktiki olaraq o qəbul etmiş, mərhumların dəfn xərclərini o çəkmiş, həmin evdə özü və ailəsi daimi yaşamaqla qeydiyyatdadırlar, evin bütün kommunal ödəmələrini və vergi borclarını da o özü ödəyir. Digər vərəsələr isə tamamilə başqa ünvanlarda yaşayırlar və qeydiyyatdadırlar. O, bacısı İddiaçı ilə aralarındakı miras üstündə yaranmış mübahisələrinin məhkəmədə həll olunmasını, tam şəkildə ona çatmalı olan vərəsəlik payının notariat qaydasında deyil, məhkəmə qaydasında verilməsini istədiyini bildirmişdir. Bundan başqa mirasın açılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmış və notariat ofisinə təqdim edilməsi tələb olunan zəruri sənədlərin bir qismi də, tam şəkildə təqdim edilməmişdir. Odur ki, yuxarda göstərilənləri nəzərə alaraq vətəndaş Cavabdeh bacısı İddiaçı ilə miras əmlak üstündə mübahisələrinin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 0,0713 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X11 və X4 məxsus olmuşdur. X6 xx.xx.2009-cu il tarixdə, X17 xx.xx.1976-cı il tarixində vəfat etmişdir. Vəfat etdikdən sonra X7 və X3 X42, X25, X43, Cavabdeh və İddiaçı adından vərəsələri qalmışdır. X36 xx.xx.2018-ci il tarixində vəfat etmiş, mərhumun X17 və X20 adında 2 vərəsəsi qalmışdır. Fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə faktiki olaraq miras əmlak kimi Cavabdeh tərəfindən qəbul edilmiş, onların ölümündən sonra o, ailəsi ilə birlikdə doğulduğu və böyüdüyü həmin evdə yaşamaqla evə və həyətyanı torpaq sahəsinə sahiblənmişdir. Üçüncü şəxslər hələ valideynləri ölməmişdən əvvəl həmin evdən çıxaraq özləri üçün əldə etdiyi başqa evə köçmüş, ailələri ilə birlikdə uzun müddətdir ki, həmin evdə yaşayır. Valideynləri öldükdən sonra da İddiaçı həmin evə köçərək ona sahiblənməmiş, evin və həyətyanı torpaq sahəsinin idarə olunmasında heç bir şəkildə iştirak etməmişdir. Ataları öldüyü vaxtdan artıq təxminən 46 il vaxt keçmiş, həmin müddət ərzində onun Cavabdeh həmin evdə yaşamasına, evə bütövlükdə sahiblənməsinə, ailəsi ilə birlikdə orada yaşamasına heç bir etiraz etməmiş, bununla bağlı hər hansı mübahisə açmamış, evə və həyətyanı torpaq sahəsinə dair hər hansı pay tələb etməmiş, bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Əksinə, bununla razılaşmış və uzun müddət evə və həyətyanı torpaq sahəsinə dair susmuşdur. Miras qoyan həmin şəxslərin digər vərəsələri də mirasa dair uzun müddət susmuşlar, hər hansı pay tələb etməmişlər və etməyəcəkləri barədə ərizə ünvanlamışdırlar. Bununla da, miras qoyanların yuxarıda göstərilən miras əmlaklarının qəbul edilməsi qaydası barədə onların arasında uzun müddət heç bir mübahisə olmamış, əksinə razılıq olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246cı maddəsində müəyyən edilmiş müddət daxilində həyata keçirilməlidir. Belə ki, həmin müddət keçdikdən sonra mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı əvəzinə X35 miras qoyanlara məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0713 ha həyətyanı torpaq sahəsi dair notariat orqanına ərizə versə də, uzun müddət fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin qəbul edilməsi barədə heç bir ərizə verməmiş, həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, yalnız xx.xx.2022-ci il tarixdə bu barədə Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, iddiaçı X44 mübahisəli fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini faktiki olaraq da qəbul etməmiş, miras qoyanların ölümündən sonra həmin evə köçməklə orada yaşamamış, evə və torpaq sahəsinə sahiblənməklə onların idarə olunmasında hər hansı şəkildə iştirak etməmiş, bu istiqamətdə hər hansı xərclər çəkməmiş, digər hərəkətlər etməmişdir. Əksinə, həmin şəxs hələ miras qoyanların ölümündən əvvəl həmin evdən çıxaraq daimi olaraq başqa bir evdə yaşamağa başlamış, miras qoyanlar öldükdən sonra isə evin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmaq niyyətini bildirməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qəbul etmir, onun iddiasını qanuni və əsaslı hesab etmir. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini müzakirə edərək aşağıdakıları qeyd edir. Göründüyü kimi, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı mübahisəli fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə qardaşı Cavabdeh sahibləndiyini, onun yaşadığı evdə yaşamaqda davam etdiyini, həmin əmlaklardan istifadə etdiyini bilsə də, bununla bağlı qardaşı Cavabdeh qarşı təxminən 46 il ərzində heç bir iddia irəli sürməmiş, bununla bağlı susmuşdur. Bununla da, məhkəmənin qənaətinə görə mirasın qəbul edilməsi ilə bağlı mübahisə üzrə iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti də tətbiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh, üçüncü şəxslər: X33, X13, X34, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi və naturada müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh, üçüncü şəxslər: X33, X13, X34, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi və naturada müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar