Məhkəmə qərarları › İş №2(057)-1124/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1124/2023

23.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1124/2023 23.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə övladları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə övladları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 2, mənzil 37-dən Cavabdeh 5000 manat kompensasiya verilməklə övladları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil mülki iş üzrə tərəflər arasında imzalanmış barışıq sazişi təqdim edərək iddiaçının xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 2, mənzil 37-dən Cavabdeh 5000 manat kompensasiya verilməklə övladları ilə birlikdə mənzildən çıxarılması barədə razılığa gəlindiyini bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə Cavabdeh məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək İddiaçı ilə aralarında xüsusi mülkiyyətdə olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 2, mənzil 37-də ona 5000 (beş min) manat kompensasiya müqabilində iddiaçının xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 2, mənzil 37-də heç bir tələbi və iddiasının olmayacağını, məhkəmə iclasını üzrlü səbəbdən iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Barışıq sazişinin şərtlərinə görə, “İddiaçı” və “Cavabdeh” Cavabdeh “İddiaçı”-nin xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 2 mənzil 37-dən Cavabdeh 5000 (beş min) manat kompensasiya verilməklə uşaqları ilə birlikdə çıxarılması barədə aralarında olan Salyan Rayon Məhkəməsinə müraciət olunan mübahisə barəsində razılığa gəlmiş və iddiaçı üzərinə aşağıdakı öhdəliklər götürmüş bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş və müqavilənin predmeti olan razılıq əsasında məhkəməyə razılığa gəlinməsi barədə məlumat vermək və müvafiq qərarın verilməsini təmin edilməsi, “Cavabdeh”ə xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 2, mənzil 37dən uşaqları ilə birlikdə çıxması halında 5000 (beş min) manat kompensasiya verilməsi, cavabdeh üzərinə aşağıdakı öhdəliklər götürmüş “İddiaçı”-nın xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 2, mənzil 37-dən 5000 (beş min) manat kompensasiya qarşılığında uşaqları ilə birlikdə çıxması, “Cavabdeh”ə məxsus cehiz-əmlakını razılaşdırılmış tarixdə “İddiaçı”-nın xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 2, mənzil 37-dən çıxarması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək, onların ərizələrini, təqdim olunmuş barışıq sazişini və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barışıq sazişi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2023-cü il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin:

1. “Cavabdeh”ə xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 2 mənzil 37-dən uşaqları ilə birlikdə çıxması halında 5000 (beş min) manat kompensasiya verilsin.

2. “İddiaçı”-nın xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 2 mənzil 37-dən 5000 (beş min) manat kompensasiya qarşılığında uşaqları ilə birlikdə çıxsın.

3. “Cavabdeh”ə məxsus cehiz-əmlakını razılaşdırılmış tarixdə “İddiaçı”-nın xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 2 mənzil 37-dən çıxsın. İddiaçı ilə Cavabdeh qarşı kompensasiya verilməklə övladları ilə birlikdə mənzildən çıxarılması barədə iddiası əsasında mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar