Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1138/2023 10.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil X5 və Cavabdeh Salyan X8 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə əsassız hesablanmış borcun silinməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh Salyan X8 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayonu, Çuxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Qaz sayğacı anasının adına qeydiyyatdadır və sonuncu 2018-ci ildə vəfat etmişdir. Heç vaxt təbii qazın istifadəsinə görə borcu olmamış, istifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh Salyan X8 İdarəsi əməkdaşları tərəfindən “ sayğacın çıxış plastmas borusunun deşilməsi” barədə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktı imzalamamış və etirazını bildirmişdir. Sayğacın çıxış plastmas borusunun deşilməsində təqsiri olmamış, bu halın onun təqsirindən olmasını müəyyən edən hallar sübuta yetirilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt və həmin akt əsasında hesablanmış borc məbləği əsasızdır. Ona görə də əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi vəkil X5 məhkəmə iclasında iddiaçının dediklərini təsdiqləyərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Salyan X8 İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki,iddiaçı abonent kimi qeydiyyatda qalmır, lakin ailə üzvü kimi iddiaçı qazdan istifadə edir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Salyan X8 İdarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, sayğac sərfiyyatı qeyd etmədiyi üçün yenisi ilə əvəz olunmuşdur. Daha sonra lobaratoriyada sayğaca baxışı keçirilmiş və müəyyən olunmuşdur k, sayğacın plasmas çıxış borusu deşilmişdir.Ona görə iddiaçıya akt tərtib olunmuşdur.Verilmiş iddia əsassız olduğundan təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş 02 may 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmiş və sayğac istismara yararsızdır. Məhkəmədə elan olunmuş 26 aprel 2023-cü il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Səmədova Maral tərəfindən 12960 kub metr təbii qaz itirilmişdir. Məhkəmədə elan olunmuş abonent nömrəsi **********0000 olan Maral Səmədovanın adına olan qaz sərfiyyatına dair saldosundan görünür ki, abonentin qalıq aktlar üzrə borcu yoxdur. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli, XS-52-02234/23 saylı müqavilənin surətindən görünür ki, istehlakçı Maral Səmədova ilə “X3 arasında müqavilə bağlanmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacın çıxış plastmas borusu deşilməsi halında abonentin təqsiri olmamış, cavabdeh tərəf həmin hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.Sayğacın plombları yerində olduğu halda içərisində borunun deşilməsi inandırıcı deyildir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Salyan X8 İdarəsi tərəfindən abonent Maral Səmədova barəsində tərtib olunmuş akt əsasında hesablanmış borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1138/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1138/2023
10.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver