Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1179/2023 15.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ İş № 2(057)-1179/2023 Salyan Rayon Məhkəməsi QƏRARDAD Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə 15 avqust 2023-cü il tarixdə Salyan şəhərində İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız yazılmış cərimənin silinməsi tələbinə dair" iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız yazılmış cərimənin silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı ailə üzvləri tərəfindən məhkəməyə təqdim edilmiş “ölüm haqqında” 04 avqust 2023-cü il tarixli, AZ-İİ № 352801 saylı şəhadətnamədən görünür ki, İddiaçı 31 iyul 2023-cü il tarixdə “ürəyin kəskin işemik xəstəliyi diaqnozu” ilə Salyan rayonu, Aşağı Noxudlu kəndində ölmüşdür. Onun ölümü xx.xx.2023-cü il tarixdə, 484 nömrə ilə Salyan rayon Qeydiyat Şöbəsində qeydə alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada cavabdeh "xxxx" ASCyə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclasın cavamdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə “ölüm haqqında” 04 avqust 2023-cü il tarixli, AZ-İİ № 352801 saylı şəhadətnaməni və mülki iş üzrə toplanmış materiallara baxış keçirərək hesab edir ki, iddiaşı İddiaçı 31 iyul 2023-cü il tarixdə öldüyü üçün onun cavabdeh "xxxx" ASC-yə qarşı əsassız yazılmış “cərimənin silinməsi tələbinə dair” 2(057)-1179/2023 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaşı İddiaçı 31 iyul 2023-cü il tarixdə öldüyü üçün onun cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız yazılmış cərimənin silinməsi tələbinə dair” 2(057)-1179/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1179/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1179/2023
15.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver