Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-119/2023 08.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Maraqlı şəxs Salyan rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi oğlu oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuşdur və anasıdır. Oğlu doğulandan xəstədir və özünü idarə edə bilmir. oğlu 2011-ci ildən isə X11 Dispanseridə qeydiyyatdadır. xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək X11 Dispanserində stasionar müalicə almışdır. xx.xx.2015-ci ildə PSM-də müayinədən keçmişdir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək 2 nömrəli KPX-da müalicə almışdır. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli müayinə aktından da görünür ki, oğlu sağlamlıq imkanı məhduddur, o uşaq autizmi, ağır kəmağıllıq, imbessilik dərəcəsində qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu, kanner sindromundan əziyyət çəkir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X9 xx.xx.2022-ci il tarixli 1115 nömrəli arayışından da görünür ki, xx.xx.2003-cü il təvəllüdlü oğlunda ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F72.1 və autizm F84.0 diaqnozu ona qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının Arayışına əsasən oğlu qulluq və müalicə tələbə edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, İQ-30 diaqnozu qoyularaq, birinci dərəcəli əlil olduğu və kənar şəxsin köməyinə ehtiyacı olduğu, əmək qabiliyyətsiz olduğu müəyyənləşdirilmişdir. Göründüyü kimi oğlunun anadan gəlmə bu qüsuruna görə artıq 19 ildir ona baxır, faktiki olaraq oğluna qulluq edir və qayğısına qalır. O, məhkəmədən 03 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Salyan rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” X7 xx.xx.2022-ci il tarixli 3260 saylı rəyindən görünür ki, 03 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, oğlu öz psixi vəziyyətinə görə hərəkətlərin mənasıın dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, oğlunun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, oğlunun müddətsiz birinci dərəcə əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi oğlunun anasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, oğlu öz psixi vəziyyətinə görə hərəkətlərin mənasıın dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1969-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi X1 şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması tələbinə dair ərizəsi təmin edilsin. 03 avqust 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-119/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-119/2023
08.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver