Məhkəmə qərarları › İş №2(057)-121/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-121/2023

09.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-121/2023 09.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10, cavabdeh "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində ünvan 6 qaydalarla: AZ5206 Salyan şəhəri, X15 küçəsi, 31 A) iddiaçının xüsusi mülkiyyətində olan **********43 reyestr nömrəli ümumi sahəsi 0,0357 ha olan torpaq sahəsinin və bu torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş hissəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, eləcədə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı nümayəndəsi X10 bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanda 0,0357 ha torpaq sahəsi verilmişdir.Torpaq verilərkən sərhədlər müəyyən olunmuşdur.Verilmiş torpaq sahəsinin Bakı Astara yoluna çıxışı olmalı idi.Torpağı alanda çıxış yolu olmuşdur. 2017-ci ildə cavabdeh özüyeriyən YDM gətirərək yerinin qarşısına qoymuşdur. Lakin həmin vaxt çıxış yoluna maneçilik törətməmişdir.YDM-si oradan keçən qaz xətti üzərində qurulmuşdur.FHN-ə müraciət etmiş,sonuncu təşkilatın nümayəndəsi gəlib baxdıqdan sonra rayon icra hakimiyyəti başçısına tədbir görülməsi barədə məktub yazmışlar, lakin heç bir tədbir görülməmiş, yanacaqdoldurma məntəqəsi tikilmişdir. Cavabdeh yerindən yarım metr eni 28 metr uzunluğunda torpaq sahəsini zəbt etmiş, həmçinin torpağa gələn yol tutulmuşdur. "xxxx"-nın 0,0048 ha torpaq sahəsi iddiaçının torpağının qarşısında deyil, torpağın şəhər tərəfinə aid olan hissəsində yerləşir. Tutduğu yer mühafizə zolağıdır.Cavabdehə 0,035 ha torpaq sahəsi 2021-ci ildə verilmişdir. Cavabdeh nümayəndəsi olduğu şəxsin torpaq sahəsində bir ədəd yanacaq vurulması üçün nasos quraşdırmış və həmçinin bir ayaqyolu inşa etdirmişdir.Sonradan cavabdeh tərəf həmin nasosu torpaq sahəsindən kənarlaşdırmış, lakin ayaqyolu qalmaqdadır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə məlumat verilmiş, lakin sonuncu məhkəmə bildirişini almasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən cavabdeh "xxxx" MMC-nin direktoru X3 bildirmişdir ki, iddianı qəbul etmir. 2014-cü ildə "xxxx" MMC-yə ünvan 3 ünvanında yerləşən 0,0048 ha torpaq sahəsi verilmişdir. Ticarət məqsədi ilə həmin torpağı Hilal adlı şəxsdən almışdır. 2016-cı ildə modul tipli YDM-ni həmin torpaq sahəsində quraşdırmışlar. Sonra Nəqliyyat Nazirliyinə müraciət etmişdir. Həmin ərazini abadlaşdırdıqdan sonra torpaq sahəsindən istifadə etmələrinə icazə verilmişdir. Salyan Rayon İcra Hakimiyyətinin icazəsi ilə 15 x 25 m ölçüdə yüngül konsturuksiyalı YDM və bir ədəd sanitar qovşaq tikdirmişdir. Yolun statusu dəyişildiyi üçün Bələdiyyə həmin yerdə onlara 2021-ci ildə 0,035 ha torpaq sahəsi vermişdir. YDM yolun mərkəzindən 12 metr aralıda yerləşmişdir. YDM-dən 6 metr aralığında qaz borusu xətti keçmişdir.YDM-si qeyd edilənlərə heç bir maneçiliyi yoxdur. Azəravtoyolla yolun həmin hissəsinin abadlaşdırması ilə bağlı razılığa gəldiyi üçün sonuncu təşkilat ona YDMnin quraşdırılmasına etiraz etməmişdir. İddiaçının torpaq sahəsində qoyduğu bir ədəd nasosu götürmüş, lakin ayaqyolu qalmışdır. İddiaçının Bakı-Astara yoluna yolu olmamış, onun Salyan-Sabirabad yoluna çıxışı vardır. Onlara qarşı verilmiş iddianın əsassız olduğunu qeyd edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X11 bildirmişdir ki, hər iki tərəfi tanıyır, qohumluğu və düşmənçiliyi yoxdur. İddiaçının sənəd üzrə 0,0357 ha torpaq sahəsi vardır, lakin həmin torpaq sahəsindən istifadə etmir. Elektron uçot baza məlumatlarına əsasən torpaq sahəsi Salyan-Sabirabad yolunun kənarında yerləşir. Cavabdehin 48 kv.m və 350 kv.m olmaqla sənəd üzrə iki torpaq sahəsi vardır. Həmin torpaq sahələri YDM-nin ərazisidir və ümumi ərazi 601 kv.m-dir. İddiaçıya məxsus torpaq sahəsində 2-3 kv.m ölçüdə olan ərazidə daşına bilən YDM qurğusu yerləşir. Cavabdehin inşa etdirdiyi təqribən 2 kv.m ölçüdə sanitar qovşaq iddiaçının torpağında yerləşir və iddiaçının torpağından köhnə Bakı-Astara yolunun mərkəzinə 25-30 metr məsafə vardır.Cavabdehin istifadə etdiyi torpaq sahəsindən yolun orta hissəsinə 15 metr, sənəd əsasında olan torpağın sahəsindən isə 10 metrdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan şəhəri, N.Babayev küçəsi 14 (yeni qaydalarla: AZ5206 Salyan şəhəri, X15 küçəsi, 31 A) ünvanında yerləşən 0,0357 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmədə elan olunmuş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 6 qaydalarla: AZ5206 Salyan şəhəri, X15 küçəsi, 31 A) İddiaçı məxsus 0.0357 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş cavabdeh "xxxx" MMC tərəfindən verilmiş etirazdan görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbi əsassız olduğundan hazırki iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin direktoru Balahüseyn Həsənova ünvanlanmış 15 avqust 2016-cı il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometrində yanacaqdoldurma məntəqəsindən əsas yola giriş-çıxış yolunun tikintisinə icazə verilməsi ilə bağlı ünvanladığınız 2016-cı il 08 avqust tarixli müraciətiniz aidiyyəti üzrə araşdırılmış, respublika əhəmiyyətli avtomobil yollarında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarı) yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən obyektə aid olan sahənin kənarına qədər olan məsafə 30 m-dən az olmamalıdır. Eyni zamanda Tikinti Norma və Qaydalarının 2.05.02-85-in 5-ci bölməsinin tələblərinə uyğun olaraq sözügedən giriş-çıxış yolunun layihə-smeta sənədləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin"xxxx"İnstitutu MMC tərəfindən hazırlanmalıdır. Həmçininn giriş-çıxış yolunun və sürət-keçid zolağının layihə-smeta sənədləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edildikdən sonra tikintinin aparılması üçün müəyyən edilmiş məbləğ, razılıq əsasında sahibkar tərəfindən ödənildiyi təqdirdə rəy hazırlanacaqdır. Giriş-çıxış yolunun və sürət-keçid zolağının tikintisi işlərinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan ixtisaslaşmış yol tikinti idarələri tərəfindən yerinə yetirilməsini məqsədəuyğun hesab edilir. Məhkəmədə elan olunmuş Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometrində yolun sağ tərəfində "xxxx" MMC-yə məxsus torpaq sahəsində yerləşən blok-məntəqə tipli yanacaqdoldurma məntəqəsinə giriş-çıxış yolunun tikintisinə dair 19 sentyabr 2016-cı il tarixli, 203/i saylı texniki şərtin surətindən görünür ki, obyektə aid olan sahənin kənarına qədər olan məsafə və obyektə giriş-çıxış yolun sürət keçid zolağının (sürət artırma və tormozlanma) ölçüləri mövcud şəhərsalma qaydalarına uyğun olmalıdır, torpaq sahəsində aparılan tikinti işləri avtomobil yolu ilə həmsərhəd ərazidə atmosfer və çirkab sularının yığılmasına şərait yaratmamalı, yolun normal istismarına maneçilik törətməməlidir, yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən hər hansı fəaliyyətə yol verilməməlidir, təhlükəsizliyi təmin etmək məqsədilə giriş-çıxış yollarında nişanların, təhlükəsizlik çəpərlərinin düzülməsi və asfaltın yağlı boya ilə işarələnməsi işləri yerinə yetirilməlidir, giriş-çıxış istismarı zamanı ərazidə yol hərəkətinin təşkili və təhlükəsizliyi tədbirlərinin görülməsi obyektin mülkiyyətçisi tərəfindən yerinə yetirilməlidir, nişanların düzülməsini və yağlı boya ilə işarələnməni əks etdirən plan X16 İdarəsi tərəfindən razılaşdırılmalıdır, giriş-çıxış yolu əsas yolun yol geyimi konstruksiyasına uyğunlaşdırılmalıdır, avtomobil yolunun yenidən qurulması layihəsi həyata keçirilərkən (lazım gəldiyi halda) obyektin münasib məsafəyə köçürülməsi, giriş-çıxış yolunun yeni yol geyimi konstruksiyasına uyğunlaşdırılması və qovuşmanın əsas yolla eyni səviyyəyə gətirilməsi lazım gələrsə, obyekt sahibi tərəfindən yerinə yetirilməlidir, texniki şərt imzalandığı gündən qüvvədədir, texniki şərtə yerində əməl olunmasına nəzarət "xxxx" ASC-nin “X6 Xidməti” MMC və müvafiq Yol İstismarı MMC-yə tapşırılır. Verilmiş texniki şərtlərdən hər hansı biri pozularsa, razılıq öz hüquqi güvvəsini itirir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, ünvan 3-də yerləşən 0,0048 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur. Məhkəmədə elan olunmuş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin hüquqi sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, ünvan 3A (yeni qaydalarla: AZ5206 Salyan şəhəri, X15 küçəsi, 31 ) ünvanında yerləşən 0,035 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMCyə məxsusdur. Məhkəmədə elan olunmuş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 3A (yeni qaydalarla: AZ5206 Salyan şəhəri, X15 küçəsi, 31 ) ünvanında "xxxx" MMC-yə məxsus 0.035 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş İddiaçı adından onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X10 tərəfindən Azərbaycan Respublikası FHN-nin X13 Xidmətinin rəisi X8 ünvanlanmış şikayət ərizəsindən görünür ki, ünvan 6 qaydalarla: AZ5206 Salyan şəhəri, X15 küçəsi, 31 A) İddiaçı mülkiyyətində olan **********43 reyestr nömrəli ümumi sahəsi 0,0357 ha olan torpaq sahəsində və bu torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun üzərində "xxxx" MMC tərəfindən qanunsuz olaraq inşa edilən təhlükə potensiyalı yanacaq doldurma məntəqəsinin özbaşına fəaliyyətinin araşdırılması və məsul şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması üçün aidiyyəti şəxslərə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş şəhər(rayon) memarlıq və tikinti şöbəsinin müdiri T.Hüseynov tərəfindən tərtib olunmuş tikinti quraşdırma işlərinin aparılmasına dair 11 avqust 2016-cı il tarixli icazədən görünür ki, X2 Salyan şəhəri, N.Babayev küçəsində yanacaqdoldurma məntəqəsi üçün yüngül konstruksiyalı blokların quraşdırılmasına tikinti işlərini aparmaq üçün icazə verilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin rəis müavini Zenfira Rzayeva tərəfindən ünvan 7 ünvanlanmış 28 fevral 2023-cü il tarixli, 3-18-2/2-i-xx-xx/2023 saylı məktubun surətindən görünür ki, ünvan 8 ünvanda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin və bu torpaq sahəsinə giriş üçün nəzərdə tutulan ümumi istifadədə olan yolun "Şükran Firması” MMC tərəfindən qanunsuz zəbt edilməklə ərazidə özbaşına tikinti işləri aparması barədə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublarınıza Agentlikdə baxılmış, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə mülkiyyətində olan N.Babayev küçəsi, 13 ünvanda yeləşən torpaq sahəsində yüngül konstruksiyalı yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilmiş, qeyd olunan məntəqənin quraşdırılması 2017-ci ildə başa çatdırılmış və icazəverici sənədləri olmadan istismar olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işləri aparıldığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 01 noyabr 2016-cı il tarixli, 0638 nömrəli “Qərar” verilmişdir. “Qərar”ın icrasını təmin etmək məqsədilə xx.xx.2017-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətinə və Salyan Rayon Polis şöbəsinə məktubla müraciət olunmuşdur. Torpağın zəbt edilməsi ilə bağlı məsələnin həlli Agentliyin səlahiyyətlərindən kənardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, ünvan 8 (yeni qaydalarla: AZ5206, Salyan şəhəri, X15 küçəsi, 31 A) ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 0.0357 ha olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə müəyyən edildi. Torpaq sahəsinin şimal hissəsinin yerli əhəmiyyətli Sabirabad- Salyan yoluna çıxışı vardır. Torpaq sahəsinə Sabirabad-Salyan yolundan başqa digər alternativ yol mövcud deyil. İddiaçının mülkiyyətində olan torpaq sahəsi boş torpaq sahəsidir və üzərində heç bir tikili mövcud deyil. Torpaq sahəsinin şimal hissəsində olan ümumi istifadədə olan Sabirabad- Salyan yolu heç kim tərəfindən zəbt olunmamışdır və yol kimi fəaliyyət göstərir. Lakin yolun kənarında "xxxx" MMC-yə aid daşına bilən yanacaqdoldurma qurğusu mövcuddur.Ümumiyyətlə iddiaçı tərəfindən iddia olunan mübahisəli ərazi "xxxx"xxxx"xxxx" MMC-nin istifadəsində 0,0601 ha torpaq sahəsi, mülkiyyətində isə elektron kadastr baza məlumatları əsasında 0,0398 ha torpaq sahəsi mövcuddur. Torpaq sahəsi üzərində yanacaqdoldurma məntəqəsinə aid tikili və qurğular mövcuddur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində ayaqyolu inşa etdirmiş və iddiaçının torpaq sahəsini həmin hissədə zəbt etməklə mülkiyyət hüququnu pozmuşdur. Ona görə iddia həmin hissədə təmin olunaraq iddiaçının hüququ bərpa olunmalıdır.İddiaçı cavabdehin onun torpaq sahəsinə yanacağun vurulması üçün bir ədəd nasosun qoyulduğunu və sonradan cavabdeh tərəfindən götürüldüyünü qeyd etdiyindən iddia həmin hissədə təmin olunmamalıdır. İddiaçının Salyan şəhəri, N.Babayev küçəsi 14 ünvanında olan ümumi sahəsi 0,0357 ha torpaq sahəsinin yuxarıda qeyd olunanlardan başqa bir hissəsi zəbt olunması halı müəyyən olunmadığından iddia həmin hissədə təmin olunmamalıdır. İddiaçının Salyan şəhəri, N.Babayev küçəsi 14 ünvanında yerləşən ümumi sahəsi 0,0357 ha olan torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi və həmçinin qanunsuz tikililərin həmin yol üzərində inşa olunması halı təsdiq olunmamışdır.İddiaçının Salyan-Sabirabad yoluna çıxışı olduğundan və həmçinin elektron kadastr baza məlumatlarında iddiaçının ərizədə qeyd etdiyi hissədə yolun nəzərdə tutulmaması halında iddiaçının həmin tələbi əsassızdır.İddiaçının digər mülkiyyətçinin mülkiyyətində olan torpaq sahəsində hər hansı bir tikilinin olması onun hüquqlarına toxunmur və ona aidiyyəti olmayan mülkiyyətçinin torpağında inşa olunmuş tikilinin sökülməsini tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsində qeyd olunmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi 95 manat pul cavabdeh "xxxx" MMC-dən tutulub İddiaçı (nümayəndəsi X7) verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin vermiş olduğu xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən ünvan 2 İddiaçı mülkiyyətində olan 0,0357 ha torpaq sahəsində cavabdeh "xxxx" MMC-nin inşa etdirdiyi bir ədəd ayaqyolu sonuncunun hesabına sökülsün və həmin ayaqyolunun yerləşdiyi ərazi əvvəlki vəziyyətə gətirilərək boşaldılsın və mülkiyyətçiyə geri qaytarılsın. İddiaçının ödədiyi dövlət rüsumunun əlli faizi cavabdehə aid edilsin, cavabdeh "xxxx" MMC-dən 50 manat alınıb İddiaçı verilsin. Azərbaycan Respublikası ƏMDKY DƏDRX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin vermiş olduğu rəyə görə iddiaçının ödədiyi 95 manat pul cavabdeh "xxxx" MMC-dən tutulub İddiaçı (nümayəndəsi X7) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar