Məhkəmə qərarları › İş №2(057)-1213/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1213/2025

19.03.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1213/2025 19.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X2 tərəfindən təsdiq edilmiş ******* saylı xx.xx.2025-ci il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 18 yaşına çatana qədər, 2025-cü ilin mart ayından 300 (üç yüz ) manat olmaqla, cəmi 1200 ( min iki yüz) manat ana Ərizəçi məxsus bank kartına aliment ödəməyi öhdəsinə götürmüşdür. Ərizəçi Maraqlı şəxs razılığa gəlirlər ki, aliment 2025-ci ilin fevral ayından Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 2025-ci ilin mart ayı üçün nəzərədə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür. Qarşılıqlı razılığa əsasən Maraqlı şəxs Ərizəçi qeyd olunan kimi aliment ödənilməsinə etiraz etməmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2025-ci il tarixdə alimenti ödəyəcəyi gün keçməsinə baxmayaraq barışıq sazişi könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə sazişin məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi barışıq sazişi barədə ərizəsini müdafiə edərək, təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişinin təsdiq olunması barədə ərizəni qəbul edərək, təmin olunmasına etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; X2 tərəfindən xx.xx.2025-ci ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2018 -ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 18 yaşına çatana qədər, 2025-ci ilin mart ayından 300 (üç yüz ) manat olmaqla, cəmi 1200 ( min iki yüz) manat ana Ərizəçi məxsus bank kartına alimet ödəməyi barədə razılığa gəlmişlər. 1.Tərəflər Ərizəçi, Maraqlı şəxs ilə razılığa gəlirlər ki, aliment 2025-ci ilin fevral ayından Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir.

2. 2025-ci ilin mart ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və Ərizəçi xx.xx.2018-cı ildə Salyan rayon Noxudlu kənd İƏN-də rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrəli qeydiyyat aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən, Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci ildə Ərizəçi və Maraqlı şəxs arasında barışıq sazişi təsdiq edilməklə, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 18 yaşına çatana qədər, 2025-ci ilin mart ayından 300 (üç yüz ) manat olmaqla, cəmi 1200 ( min iki yüz) manat ödənilməsi barədə razılığa gəlmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra etmədiyi üçün hazırda ərizəçi bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi - aşağıdakı şərtlərlə təsdiq edilməklə iş üzrə icraata xitam verilsin: Tərəflər Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 18 yaşına çatana qədər, 2025-ci ilin mart ayından 300 (üç yüz ) manat olmaqla, cəmi 1200 ( min iki yüz) manat ana Ərizəçi məxsus bank kartına alimet ödəməyi barədə razılığa gəldilər.

1. Tərəflər Ərizəçi, Maraqlı şəxs ilə razılığa gəlirlər ki, aliment 2025-ci ilin fevral ayından Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs öz üzərinə götürür. Aliment hər ayın ilk on günlüyündə Maraqlı şəxs tərəfindən ödəniləcəkdir.

2. 2025-ci ilin mart ayı üçün nəzərdə tutulmuş aliment ödənişini xx.xx.2025-ci il tarixdə ödəməyi Maraqlı şəxs öhdəsinə götürür. Alimentin tutulması vaxtı xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar