Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1218/2023 26.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Salyan X19 İdarəsinə qarşı “01 may 2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Salyan X19 İdarəsinə qarşı “01 may 2023-cü il tarixli aktın ləğv olunması və təyin edilmiş cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Salyan X19 İdarəsi tərəfindən tərtib edilmiş 01 may 2023-cü il tarixli sənədin, digər aktların ləğv olunması və 1555 (min beş yüz əlli beş) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1963-cü ildə Salyan rayonunda anadan olmuş və hazırda rayonun Qardili kəndində yaşayır. Qardili kəndində yerləşən və onlar hazırda yaşadıqları ev onun mərhum həyat yoldaşı X12 məxsus olduğundan sayğac onun adına qeydiyyatda olmuşdur. 27 mart 2009-cu ildə həyat yoldaşı vəfat etsə də, onlar bütün ailə üzvləri həmin evdə yaşayırlar. Lakin həmin ev onun adına rəsmiləşdirilməmiş, eləcə də evə qoyulmuş qaz sayğacı onun adına dəyişdirilməmişdir. Bu səbəbdən də, həmişə qaz istifadə edildiyi hallarda bildiriş qəbzləri mərhum həyat yoldaşının adına gəlməsinə baxmayaraq həmişə o, və övladları enerji haqqını özləri ödəmişlər. 28 aprel 2023-cü ildə X22 İdarəsinin əməkdaşları o və böyük övladları evdə olmadıqları vaxtda onlar qaz sayğaclarına baxış keçirmişlər və sayğacda nasazlıq aşkar etdiklərindən həmin sayğacı çıxararaq aparmışlar. Bu barədə akt tərtib olunan zaman onlar ailə üzvlərinin heç birinin iştirakı təmin olunmamışdır. Yanlız mərhum ərinin adı və soyadı göstərilməklə qanunsuz olaraq guya oğlu Əli Salmanovun aktı imza etməkdən imtina etməsi qeyd edilmişdir. Faktiki olaraq onlar heç biri həmin akta imza etməmişlər və sayğac açılan zaman orada iştirak etməmişlər. Evlərindən çıxarılaraq aparılmış sayğac Cavabdeh İB-nin Metrologiya Departamentində müayinədən keçirilmiş və bildirilmişdir ki, guya sayğaca müdaxilə olunmuşdur. Onların bu iddiası əsassız və ədalətsizdir. Ailə üzvlərindən heç biri sayğaca müdaxilə etməmişdir. Eləcə də, sayğac çıxarılan zaman ailə üzvlərindən heç birinin iştirakı təmin olunmamışdır. Bütün bu haqsızlıqlardan sonra onların ünvanına abonent saldosu və bildiriş (xəbərdarlıq) göndərilməklə onların 1555,20 manat cərimə olunmaqları bildirilməklə həmin cərimənin ödənilməsini tələb etmişlər. X23 İdarəsinin bu qanunsuz və əsassız xəbərdarlığına aydınlıq gətirmək məqsədilə 09 iyun 2023-cü ildə X24 İdarəsində olaraq bu barədə soruşduqda, narazılıqla bağlı məhkəmədə iddia qaldırmalı olduqlarını bildirmişlər. Bu səbəbdən də həmin evin mərhum sahibi X9 həyat yoldaşı, evin sahibi və vərəsə kimi məhkəmədə iddia qaldıraraq həmin əsassız yazılmış cərimənin ləğv olunmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiuşdir. Əvvəlki məhkəmə iclasında İddiaçı bildirmişdir ki, ev ərinin adına olmuş, əri vəfat etmişdir. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Sentyabr ayının 22-də gəlinini Şirvan şəhərinə xəstəxanaya aparmışdır. Şirvan şəhərindən qayıtdıqdan sonra sayğacın təzə olduğunu görmüşdür. Qonşunun uşağı bildirmişdi ki, siz haradasız, sizin sayğacı açıb apardılar. Əri öldükdən sonra o, sayğacı öz adına keçirtməmişdir. Bu ilin iyun ayında nəzarətçi onlara demişdir ki, adınıza məktub gəlmişdir. O da, qaz idarəsinə gedərək bu barədə maraqlanmışdır. Nəzarətçi ona demişdir ki, onunla heç bir söz-söhbəti olmamışdır. Sayğac dəyişdirilən zaman heç bir problem olmamışdır. Məhkəməyə ərizə ilə müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X4 ksero surətindən görünür ki, X16 27 mart 2009-cu ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2 aprel 2009-cu ildə, 05 nömrə ilə qeydiyyat aparılmışdır. X7 Şəhadətnamənin ksero surətindən görünür ki, X16 ilə X10 arasında nikah Salyan rayon Yenikənd kənd İnzibati Ərazi Nümayəndəliyində 01 oktyabr 1983-cü il tarixdə, 46 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi A.Babayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 331 nömrəli arayışdan görünür ki, Salamova X1 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Qardili kəndində yaşayır, əri mərhum X16 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra ona məxsus olan fərdi yaşayış evində arvadı İddiaçı təsərrüfat başçısı olaraq oğlu X17 ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK 14-2- 2/3-5-2967-1 № rəyinə əsasən G-4 markalı, ******* №-li qaz sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (6x24x90=12960 m3) 28 aprel 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sayğac istismara yararsızdır. "xxxx" MMC-nin baş həkimi C.Qəlbinur tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05 nömrəli arayışdan görünür ki, X6 22 sentyabr 2022-ci il tarixində hamiləliklə bağlı "xxxx" MMC-yə (Mediyus klinikası) müraciət etmişdir. **********00000 kodlu abonentin saldosundan görünür ki, abonent Hikmət Salahova 2023-cü il üçün 1555,20 manat məbləğində borc hesablanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, Salyan rayonu, Qardili kəndində sifarişçi (istehlakçı) Hikmət Salahova (iddiaçının mərhum ərinə) məxsus fərdi yaşayış evində yerləşən sayğac yeni sayğacla əvəz edilmişdir. Sayğac növbəti diaqnostik yoxlamaya göndərildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, 22 sentyabr 2022ci il tarixdə o yaşadıqları evdə olmamışdır. Aktda olan imza onun deyildir. Atası 2009-cu ildə vəfat etmişdir. Akt tərtib edilən günü həyat yoldaşının Şirvan şəhərində həkimə aparmışdır. Onların soyadı Salamov olsada aktda Salahov kimi qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması halında abonentin təqsiri olmasını cavabdeh təşkilat sübut etməmişdır. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, ümumiyyətlə, iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması təklikdə buna görə istehlakçıya cərimə hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir. Lakin Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın ləğvinə gəldikdə isə qeyd edilməlidir ki, bu hissədə iddia təmin edilə bilməz. Belə ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək də mümkün deyil. Belə ola halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının (mərhum əri X9) adına olan sayğacın hər hansı təqsirli hərəkəti nəticəsində cavabdeh təşkilata məxsus sayğacın zədələnməsi və ziyan vurulması müəyyən edilmədiyindən, ümumiyyətlə iddiaçının hər hansı təqsiri sübut edilmədiyindən iddiaçıya buna görə borc hesablanması qanunsuzdur və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Azəriqaz” X11 X21 İdarəsi tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555 manat cərimənin silinməli, Cavabdeh İB-dən 35.55 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən İddiaçı 28 aprel 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1555 manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 35.55 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1218/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1218/2023
26.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver