Məhkəmə qərarları › İş №2(057)-125/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-125/2024

05.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-125/2024 05.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 04 iyun 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə verdiyi ərizəsində xx.xx.1988-ci ildə anadan olmuş və xx.xx.2006-cı ildə X6 ilə nikaha daxil olmuşdur. xx.xx.2005-ci ildə anadan olmuş oğlu Məhəmməd Ələkbərov onunla yaşayır.X2 və ruhi xəstədir. Yüz faiz orqanizmin funksiyaları pozulduğu üçün birinci qrup əlil kimi X1 iflic xəstəsi olduğu sübuta yetirilir. Sonuncu 013649 saylı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi arayışda birinci qrup ömürlük əlil hesab edilmişdir.Buna görədə bir çox idarələrə və sair orqanlara müraciət edərkən, ona düşən pensiyaya görə olan bank kartını əldə etmək istəyərkən çox şətinliklərlə üzləşir. Buna görədə məhkəmənin qətnaməsinin çıxarılmasına ehtiyac vardır. Odur ki, xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Salyan şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 04 avqust 2006-cı il tarixli, AZ-İ № 805148 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 04 iyun 2005-ci il tarixdə doğulmuş X5 Ərizəçi oğludur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 birinci dərəcə əlildir, orqanizmin funksiyası 100 faiz pozulmuşdur. Spastik tetraplegiya, kvadroplegik spastik serebral iflic, başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, nitq qüsuru diaqnozları qoyulmuş və əmək qabiliyyətsiz hesab edilmişdir. 04 avqust 2006-cı il tarixli AZ-İ № 248840 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X6 arasındakı nikah 04 avqust 2006-cı il tarixdə 301 №-li qeydə əsasən rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli 29 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyildir. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 04 iyun 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 04 iyun 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar