Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1280/2023 07.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi,Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməklə üzərində qəyyum təyin edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə anadan olmuşdur. Qazi ailəsidir. X2 ilə birlikdə yaşayır. X5 xüsusi təyinatlı qüvvələr tərkibində xidmət etmiş, aldığı zədələr nəticəsində ruhi xəstə olmuşdur. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi arayışa əsasən 2-ci qrup əlil hesab edilmişdir.Odur ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməklə üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” X7 xx.xx.2023-cü il tarixli 2587 saylı rəyindən görünür ki, 25 oktyabr 1989cu il təvəllüdlü İİ qrup əlil, Salyan rayon Çuxanlı kəndində qeydiyyatda olmaqla yaşayan X4 fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyətin dəyişikliyi müəyyən edilmişdir. A.R.Vahidova müəyyən edilən şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmayıb ki, o öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında olmasın. A.R.Vahidov öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarındadır. Buna görə də, A.R.Vahidovu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, X3 müddətsiz ikinci dərəcəli əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X6 25 oktyabr 1989-cu ildə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 müəyyən edilən şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmayıb ki, o öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında olmasın. Bu səbəbdən fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin X6 üzərində qəyyum təyin edilməsi məsələsi məhkəmə səlahiyyətinə aid olmadığı üçün ərizə həmin hissədə rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: 25 oktyabr 1989-cu il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməklə onun oğlu üzərində qəyyum təyin edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1280/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1280/2023
07.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver