Məhkəmə qərarları › İş №2(057)-1291/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1291/2024

10.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1291/2024 10.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "xxxx" ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə R nömrəli 331462 akta əsasən əsassız hesablanmış 1107.39 manat borcun **********00257 abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, **********00257 abonent kodu atası X5 adındadır və həmin abonent kodu ilə X2 edir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən məlumatı olmadan, R nömrəli 331462 akta əsasən əsassız olaraq borc hesablanmış və buna görə də, 1107.39 manat cərimə borcu yaranmışdır. Həmin sayğac mərhum atası X5 adından onun adına keçmədiyindən faktiki olaraq həmin təsərrüfatı o idarə etdiyindən iddianı o qaldırır. Həmin borc barədə onlara rəsmi məlumat verilməmişdir. Birincisi sayğaca cavabdeh tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmışdır. Hər 15 gündən bir nəzarətçi sayğaca baxış keçirərək bildiriş təqdim edir və tərəfindən mütəmadi olaraq ödənişlər edilir. O daimi istifadə edilən elektrik enerjisinin dəyərini ödəyir. Həmin göstərilən borc təmamilə əsassızdır. Heç vaxt elektrik enerjisi istifadəsinə görə borcu olmamışdır. İstifadə edilən enerjinin pulunu daim vaxtında ödəmişdir. Amma sayğaca heç vaxt tərəflərindən heç bir müdaxilə olunmamış, sayğac daim tam saz vəziyyətdə olmuşdur və kənar xəttdən istifadə etməmişdir. Əgər aktın xx.xx.2024-cü il tarixdə yazıldığını nəzərə alsaq belə “X2 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarına dəyişiklik edilmədən əvvəlki redaksiyada olan 7.6, 7.11, 8,32, 8,33 bəndlərinin tələbləri pozularaq sayğacın kənarda quraşdırıldığı nəzərə alınmadan, hal şahidlərinin iştirakı təmin edilmədən, sayğaca laborator baxış zamanı abonentin iştirakı təmin edilmədən, sayğaca sonuncu baxışın tarixi nəzərə alınmadan və abonentin günahı qanunvericilik qaydasında təsdiq edilmədən "xxxx" ASC-nin Salyan EŞ-nin əməkdaşları tərəfindən əsassız borc hesablanmışdır. Onun tərəfindən istifadəsində olan sayğaca müdaxilə edilməmiş, kənar xətdən istifadə edildiyi təsdiqini tapmamış, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş rəy və akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da onun hüquqları pozulmuş, cavabdeh tərəfindən ona heç bir real əsas olmadan borc hesablanmışdır. Odur ki, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə R nömrəli 331462 akta əsasən əsassız hesablanmış 1107.39 manat borcun **********00257 abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, videoçəkiliş ilə razılaşmır. Əvvəllər cavabdeh təşkilatın əməkdaşları Sadıq və Vüsal adlı şəxslərə aylıq 20 manat ödəməklə elektrik enerjisindən kənar xətt çəkməklə istifadə etmişdir. Sadıq adlı şəxs əvvəllər cavabdeh təşkilatın sahə rəisi olmuşdur. Bir neçə il bundan əvvəl elektrik enerjisindən kənar xətt çəkməklə istifadə etmişdir. Lakin bir neçə ildir ki, əlavə xəttdən istifadə etmir. Həyətində aşkar edilmiş əlavə xətt yığılı və hasara bərkidilmiş vəziyyətdə olubdur. Ona görə də, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərmişdir ki, Salyan Rayon Məhkəməsində iddiaçı olan İddiaçı yaşadığı ünvan abonent olaraq Rəhim Əlirzayevin adına qeydiyyatdadır. (kod:**********00257). Belə ki, xx.xx.2024-cü il tarixlərdə "xxxx" ASC-nin X12 qrupunun əməkdaşları tərəfindən elektrik enerjisində yaranmış qeyri-balansla əlaqədar əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində kənar xətt vasitəsi ilə X2 aşkar olunmuşdur. Bu zaman müvafiq videoçəkiliş aparılmış və abonentin xüsusi qarmaq vasitəsi ilə kənar xətdən istifadə etdiyi müəyyən olunmuşdur. Buna əsasən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə sözü gedən akt tərtib olunmuş və 1097.10 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Lakin iddiaçı və ya onun nümayəndəsi olan Cəlal Əliyev iddia ərizəsində səf olaraq akt üzrə məbləği 1107.39 manat göstərmişdir. İddia ərazisində hər iki hal üzrə yanılmışdır. Belə ki, akt üzrə hesablanmış məbləğ 1107.39 manat deyil, 1097.10 manatdır. Bundan əlavə abonentin hal-hazırda 1109 manat borcu vardır və o, aktın məbləğinin 1107 manat olduğunu zənn etmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “EEİQ”-nın pozulması barədə tərtib olunmuş aktın ləğv olunması və buna əsasən hesablanmış, düzgün olmayaraq göstərilmiş 1107.39 manat məbləğinin silinməsi barədə olan iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 13 aprel 2024-cü il tarixli, № 331462 saylı aktın ksero surətindən görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent kənar xətdən istifadə edir. İş materiallarında olan X4 ksero surətindən görünür ki, X9 xx.xx.2012-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 13 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunan X3 ksero surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, atası X7r. İş materiallarına əlavə olunan abunə haqqında məlumat vərəqəsindən görünür ki, iddiaçı X8 1097.10 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə olunan 13 aprel 2024-cü il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 13 aprel 2024-cü il tarixli Akt R 331462 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, 20 A x 0.22 x 0.7 x 24 saat x 120 gün = 8870 kVts qədərində sərfiyyatın israfı cavabdeh əməkdaşları tərəfindən hesablanılmışdır. 8870 kVts sərfiyyatın 800 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 64 manat qədərində, 400 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 36 manat qədərində və 7670 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 997.10 manat qədərində cərimə yazılmışdır. İş materiallarına əlavə olunan CD diskə baxış keçirilmiş, video çəkilişə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları aparıcı müəhəndis Ağayev Mərdan, Məmmədov İlham və Qəhramanov Vüsal əraziyə baxış keçirilərkən iddiaçıya məxsus yaşayış evində videoçəkiliş aparılmış və kənar xətdən istifadə edilməsinə dəlalət edən xüsusi qarmaq aşkar edilmiş, həmin vaxt iddiaçının deməsinə görə arvadı X1 əməkdaşların nahaq danışdıqlarını, sübut etmələrini deyərək etiraz etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iş materiallarına əlavə edilmiş “Disk”dəki videoçəkilişə əsasən iddiaçı tərəfindən sayğacdankənar xətt vasitəsi ilə elektrik enerjisindən birbaşa istifadə edilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in qüvvədə olan 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə İddiaçı öz tələbinin əsasını sübut edə bilməmişdir. Əksinə, işə əlavə edilmiş “Disk”də öz əksini tapan videogörüntüdən isə həmin qoşulmanın iddiaçıya məxsus evin həyətində keçən xəttə olduğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, istehlakçı enerji təchizatı müəssisəsinin verdiyi X2 etməli, istifadə etdiyi elektrik enerjisinin dəyərini də yalnız sayğacın göstəricilərinə əsasən ödəməlidir. İddiaçı kənar xətt vasitəsi ilə şəbəkədən istifadə etdiyi üçün istehlak etdiyi elektrik enerjisinə görə ona borc hesablana bilməmişdir. Belə olan halda hazırkı mülki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən hər hansı qanun pozuntusu halının mövcudluğu aşkar edilməmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, məhkəmə iclasında müəyyən olundu ki, Salyan rayonu, Birinci Varlı kəndində yerləşən mərhum atası X5 adına olan **********00257 nömrəli Salyan rayonu, Birinci kəndində olan fərdi yaşayış evində olan sayğacdan kənar xətdən istifadə etmişdir. Kabelin en kəsiyi 2x10 mm2 olmuşdur. Buna görə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X2 qaydalarının pozulması haqqında tərtib edilmiş 13 aprel 2023-cü il, № 331462 saylı akt əsasında qanunsuz hesablanmış 1107.39 manat cərimə borcunun silinməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Cavabdeh "xxxx" ASC-nin X10 tərəfindən tərtib edilmiş 13 aprel 2024-cü il tarixli, 331462 saylı akta əsasən hesablanmış 1107.39 (bir min yüz yeddi manat otuz doqquz qəpik) manat borc **********00257 nömrəli abonent hesabdan silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar