Məhkəmə qərarları › İş №2(057)-1310/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1310/2024

30.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1310/2024 30.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi 29 sentyabr 2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1981-ci ildə anadan olmuşdur. xx.xx.2000-ci ildə X5 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından doğulan 29 sentyabr 2005-ci il təvəllüdlü X1 də göründüyü kimi “spastik hemiplegiya” xəstəsidir. Onun xəstəliyi sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş məlumatlardan görünür ki, oğlu ömürlük 1-ci qrup əlil hesab olunmuşdur. Həmin arayışa əsasən oğlunun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Xəstə övladı ilə bağlı dövlət təşkilatlarına nüraciət edərkən, xəstənin pensiya və bank kartını əldə etmək istəyərkən çox çətinliklərlə üzləşir. Odur ki, məhkəmədən X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş elektron arayışından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə müayinə edilərək “ Hemiplegik spastik serebral iflic, spastik hemiplegik forma. Spastik hemiplegiya” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” X7 xx.xx.2024-cü il tarixli 2229 saylı rəyindən görünür ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır. İş materiallarında olan X3 surətindən görünür ki, X6 29 sentyabr 2005-ci ildə Salyan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərin mənasın dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 29 sentyabr 2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 29 sentyabr 2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar