Məhkəmə qərarları › İş №2(057)-1355/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1355/2024

24.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1355/2024 24.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə verdiyi ərizədə göstərmişlər ki, JN 0723 saylı KOD 80907028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, 27 noyabr 1996-cı il tarixli 11 saylı Salyan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Salyan rayonu, Bəydili kəndində yerləşən ümumi sahəsi 0,16 hektar olan fərdi yaşayış evi,həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Ərizəçi1 və Seyranovların mülkiyyətinə verilmişdir. Salyan rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli 11 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN0723 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədində ikinci, üçüncü və dördüncü şəxslərin soyadları qeyd edilməsinə baxmayaraq adları və ata adları qeyd edilməmişdir. Həmin dövlət aktı onlara məxsusdur. Ərizəçi3 19 oktyabr 2002-ci ildə ailə qurmuş və Qəhrəmanova Soyadını qəbul etmişdir. X2 30 yanvar 2013-cü il tarixdə ölmüşdür. Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədində ikinci, üçüncü və dördüncu şəxslərin soyadları qeyd edilməsinə baxmayaraq adları və ata adları qeyd edilmədiyi üçün bu texniki problem yaratmışdır. Reyestr çıxarışın verilməsi və dövlət aktına düzəlişin edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin Şirvan filialına müraciət etsələrdə, bu məsələnin məhkəmə yolu ilə həll olunacağını bildirilmişdir. Mülkiyyət hüququ hal-hazırda onlara məxsusdur, ailələrinin başqa üzvü olmadığından, torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə sənədində ikinci, üçüncü və dördüncü şəxslərin soyadları qeyd edilməsinə baxmayaraq adları və ata adları qeyd edilmədiyinə görə hal-hazırda müəyyən hərəkətləri yerinə yetirə bilmirlər. Məqsədləri həmin daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına aldırmaqdır. Odur ki, 27 noyabr 1996-cı il tarixli 11 saylı Salyan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Salyan rayonu, Bəydili kəndində yerləşən ümumi sahəsi 0,16 hektar olan torpaq sahəsinə dair JN 0723 saylı KOD 80907028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizədə qeyd edilənləri təsdiqləyərək təmin olunması barədə ərizənin təmin edilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və mülki iş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 01 fevral 2013-cü il tarixdə vəfat etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 04 iyun 2024-cü il tarixli 5-71- 18/2-317/2024 saylı arayışından görünür ki, Aqrar İslahatı Komissiyasının 27 noyabr 1996-cı il tarixli 11 saylı qərarı ilə verilmiş 0,16 ha (Dövlət aktı JN0723, Kod ********) həyətyanı torpaq sahəsi Ərizəçi1, X1, Ərizəçi2, Seyranova (Qəhrəmanova) Fəridə Dadaş qızına məxsusdur. Məhkəmədə elan olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-0723 saylı, Kod 80907028 saylı şəhadətnamənin surətindən görünür ki, Salyan rayonu, Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli 11 nömrəli qərarı ilə 0,16 hektar torpaq sahəsi Ərizəçi1 və Seyranovların mülkiyyətinə verilmiş və qeydiyyat kitabında 138 nömrə ilə qeydə alınmışdır. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X2 xx.xx.1972-ci il tarixdə nikaha daxil olmuş və həmin nikah 22 saylı nömrə ilə qeydə alınmışdır. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş və həmin nikah 388 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının Həmin Məcəllənin 308-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edilənələrə əsasən belə hesab edir ki, ərizə ə saslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0723 saylı, Kod 80907028 saylı şəhadətnamədən görünür ki, Salyan rayonu, Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli 11 nömrəli qərarı ilə 0,16 hektar torpaq sahəsi Ərizəçi1 və Seyranovların mülkiyyətinə verilmiş, lakin həmin sənəddə soyadları qeyd olunmuş şəxslərin adı və ata adları qeyd olunmadığı üçün mülkiyyətçilər mülkiyyətləri üzərində olan hüquqlarını həyata keçirə bilməmişlər.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüquqi şəxsin 13 saylı ərazi idarəsinin Ərizəçi1 ünvanladığı 31 may 2024cü il tarixli məktubundan görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli 11 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN0723 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədində ikinci, üçüncü və dördüncü şəxslərin soyadları qeyd edilməsinə baxmayaraq adları və ata adları qeyd edilməmişdir.Göstərilən səbəbdən müraciətin icrası mümkün olmamışdır.”Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacığı və ya onların qanuni mənefelərini pozmayacağını güman etməyə əsas (hüqüqmüəyyənedici sənəd-məhkəmə qərarı) olduğu halda aparılır. MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. ”Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina olunmuşdur. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, ərizəçilər həmin sənədin onlara məxsus olması başqa qaydada həll edə bilmədikləri üçün haqlı olaraq məhkəməyə müraciət etmişlər.Ona görə məhkəmə ərizənin təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 307 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. 27 noyabr 1996-cı il tarixli 11 saylı Salyan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Salyan rayonu, Bəydili kəndində yerləşən ümumi sahəsi 0,16 hektar olan torpaq sahəsinə dair 138 nömrə ilə qeydə alınmış JN 0723 KOD 80907028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar