Məhkəmə qərarları › İş №2(057)-142/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-142/2023

30.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-142/2023 30.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsində X3 tərəfindən qanunsuz tikilmiş cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən hazırda istifadədə olan və zəbt olunmuş qanunsuz tikilmiş daxmanın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərin Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsindən çıxarılması və həmin ərazinin tamamilə boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 201-s saylı sərəncamı ilə ona 505.6 kv m. həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X7 kitabında 1981 nömrə ilə uçota alınmışdır. (A № 419876). Ona məxsus həmin torpaq sahəsində mərhum X3 adlı şəxs qanunsuz olaraq (heç bir hüquq müəyyən edici sənədləri olmadan) özü üçün balaca bir daxma tikərək orada yaşamışdır. X1 dəfələrlə qanunsuz zəbt etdiyi ərazini tərk etməsini xahiş etsə də, o, buna məhəl qoymayaraq yaşamağa davam etmişdir. Hazırda o, haqq dünyasındadır, lakin hal-hazırda da, cavabehlər mərhumun bacısı Cavabdeh1 və mərhumun bacısı oğlu Kərimov Cavabdeh2 mərhumun qanunsuz tikdiyi daxmasına sahiblik edərək daxmanın ərtafının dəmir zəncirlərlə hasarlamışlar. Həyətyanı sahəsi qanunsuz olaraq uzun müddət mərhum tərəfindən hazırda da cavabdelər tərəfindən zəbt olunduğundan heç bir tikinti edə bilməmiş, aldığı tikinti materialları da naməlum şəxslər tərəfindən oğurlanmışdır. Cavabdehlərin ona məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan torpaq sahəsi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan torpaqdan çıxarılmalı və torpaq sahəsi tamamilə boşaldılmalıdır. Odur ki, ona məxsus olan Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsində X3 tərəfindən qanunsuz tikilmiş cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən hazırda istifadədə olan və zəbt olunmuş qanunsuz tikilmiş daxmanın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərin Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsindən çıxarılması və həmin ərazinin tamamilə boşaldılaraq mülkiyyətçi ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. 2(057)-142/2023 saylı mülki işin baxış iclası xx.xx.2023-cü il tarixə, saat 09:45-ə təyin edilmişdir. İddiaçı tərəf kimi bildirirlər ki, məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri və sübutlarını məhkəməyə təqdim etmişlər və ekspertin rəyi ilə tanış olmuşlar. Hesab edilər ki, iddia tələbləri tam əsaslı və qanununidir. Ötən məhkəmə iclasında verdiyi izahatı təsdiq edir və çıxış kimi qəbul edilməsini məhkəmədən xahiş edir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixə, saat 09:45-ə təyin edilmiş məhkəmə baxış iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələblərinin tam təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, mərhum qardaşı X3 birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Torpaq sahəsi müharibə iştirakçısı olan qardaşına ayrılmışdır. 1999-cu ildə Əlixan xəstə olduğu üçün maddi yardım etmiş, o, isə həmin torpaq sahəsində daxma tikərək orada yaşamışdır. Daxma qardaşından qalan yeganə nişanədir. Mütəxəsis rəyini tərtib edən Mübariz Vəliyev iddiaçının qohumudur. O, iki il əvvəl müxtəlif dövlət orqanlarına şikayət xarakterli məktublar yazmışdır. Torpaq şöbəsinin işçiləri gələrək iddiaçının torpaq sahəsini ölçüb ona təhvil vermişlər. Qardaşı ona ayrılmış torpaq sahəsində tikinti işi aparmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Kərimov Cavabdeh2 iddianı qəbul etmədiyini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərtəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü Salyan Rayon İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli 211-s saylı sərəncamı əsasında tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Salyan şəhər (rayon) İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və tikinti şöbəsinin müdiri T.Hüseynov tərəfindən verilmiş tikinti quraşdırma işlərinin aparılması barədə 03 iyul 2014-cü il tarixli, 42 nömrəli icazənin ksero surətindən görünür ki, İddiaçı özünə məxsus həyətyanı sahədə layihə əsasında yaşayış evinin tikinti işlərini aparmaq üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi mütəxəssisi M.T.Vəliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Salyan rayonu İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.metr həyətyanı torpaq sahəsinin koordinatları əsasında sərhədləri müəyyənləşdi (torpaq sahəsi yerquruluşu planında göstərilmişdir). Cavabdehlər Cavabdeh1 İsrafil qızı və Kərimov Cavabdeh2 istifadəsində olan 252.0 kv.metr həyətyanı tomaq sahəsinin 143.0 kv.metr olan hissəsi Salyan rayon İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 m x 4.6 m olan ölçüdə tikili mövcuddur. Qeyd: Salyan rayonu İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.metr həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi uyğunsuzluq təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 10/6183 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilir: Salyan rayonu İHB-nın 16 sentyabr 2010cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.m həyətyanı torpaq sahəsinin koordinatları əsasında sərhədləri müəyyənləşdirilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir). Cavabdehlər Cavabdeh1 İsrafil qızı və Kərimov Cavabdeh2 istifadəsində olan 252.0 kv.m həyətyanı torpaq sahəsinin 143.0 kv.metr olan hissəsi İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 m x 4.6 m olan ölçüdə tikili mövcuddur. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 201-s saylı sərəncamı ilə İddiaçı 505.6 kv. metr həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X7 kitabında 1981 nömrə ilə uçota alınmışdır. (A № 419876). Həmin torpaq sahəsində mərhum X3 tərəfindən 3.4 m x 4.6 m olan ölçüdə özbaşına tikili tikmişdir. İşin bu halları həmçinin, ərazidə aparılmış tədqiqat nəticəsində verilmiş mütəxəssis və ekspert rəylərində də müəyyən edilmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona ayrılmış Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv. metr həyətyanı torpaq sahəsində X3 tərəfindən tikilmiş cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən hazırda istifadədə olan və zəbt olunmuş qanunsuz tikilmiş daxmanın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərin Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv. metr həyətyanı torpaq sahəsindən çıxarılması və həmin ərazinin tamamilə boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar təqdim edilmədiyindən Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Lakin, məhkəmə hesab edir ki, iddianın cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən hazırda istifadədə olan və zəbt olunmuş qanunsuz tikilmiş daxmanın cavabdehlərin hesabına sökülməsi hissədə tələbi əsassızdır. Belə ki, iddia ərizəsindən və işin faktiki hallarından göründüyü kimi, mübahisəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən inşa olunmamışdır. Cavabdehlər Kərimov Cavabdeh2 və Cavabdeh1 məhkəmənin xx.xx.2022-ci il tarixdə keçən iclasında mübahisəli torpaq sahəsində tikilmiş və istifadə etdikləri tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olmasını mübahisələndirmişlər, məhkəmə cavabdehlərin göstədiyi xüsusatların araşdırılmasının xüsusi bilik tələb etdiyindən mülki iş üzrə məhkəmə-torpaqşunaslıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinin araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdi ki: Salyan rayonu İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.m həyətyanı torpaq sahəsinin koordinatları əsasında sərhədləri müəyyənləşdi (torpaq sahəsi yerquruluşu planında göstərilmişdir). Cavabdehlər Cavabdeh1 İsrafil qızı və Kərimov Cavabdeh2 istifadəsində olan 252.0 kv.metr həyətyanı tomaq sahəsinin 143.0 kv.metr olan hissəsi İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 m x 4.6 m olan ölçüdə tikili mövcuddur. Qeyd: Salyan rayonu İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.m həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi uyğunsuzluq təşkil edir. Cavabdehlər Kərimov Cavabdeh2 və Cavabdeh1 məhkəmənin xx.xx.2023-cü il tarixdə keçən iclasında mütəxəssis rəyi ilə razılaşmadıqlarını ekspertiza keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə cavabdehlərin ərizəsini nəzərə alaraq mülki iş üzrə məhkəmə-torpaqşunaslıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/6183 nömrəli, 12 sentyabr 2023-cü il tarixli rəyinin tədqiqat və nəticə hissəsindən görünür ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilir: Salyan rayonu İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.metr həyətyanı torpaq sahəsinin koordinatları əsasında sərhədləri müəyyənləşdirilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir). Cavabdehlər Cavabdeh1 İsrafil qızı və Kərimov Cavabdeh2 istifadəsində olan 252.0 kv.m həyətyanı torpaq sahəsinin 143.0 kv.metr olan hissəsi Salyan rayon İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 m x 4.6 m olan ölçüdə tikili mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş ekspert rəyini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, hazırki rəydə ekspert tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin istifadəsində olan 252.0 kv.metr həyatyanı torpaq sahəsinin 143.0 kv.metr olan hissəsi Salyan rayon İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 m x 4.6 m olan ölçüdə tikili mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğundan onunla razılaşmamaq üçün əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Salyan şəhəri, Ə.Quliyev küçəsində İddiaçı adına olan 505.6 kv.metr həyətyanı torpaq sahəsində inşa olunmuş 3,4 x 4,6 m ölçüdə tikili sökülməli, cavabdehlər Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən 505.6 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi İddiaçı qanuni istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Həmçinin məhkəmə baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 müştərək qaydada alınaraq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Salyan şəhəri, Ə.Quliyev küçəsində İddiaçı adına olan 505.6 kv.metr həyətyanı torpaq sahəsində inşa olunmuş 3,4 x 4,6 m ölçüdə tikili sökülsün, cavabdehlər Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən 505.6 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 müştərək qaydada alınaraq X2 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ 41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar