Məhkəmə qərarları › İş №2(057)-1442/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1442/2023

29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1442/2023 29.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində Ərizəçi ilə X2 eyni şəxs olması, əmlak stajı ilə bağlı olan əmək kitabçasının və arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, şəxsiyyət vəsiqəsində adı Heydər soyadı Abdullayev ata adı Mirbala oğlu yazılmışdır. Lakin ona məxsus əmək kitabçası və 03 may 2023-cü il tarixli, 3-48 DA/9F-2-A-232/2023 saylı arxiv arayışında adı səhvən Mirheydər yazılmışdır. Bu da sənədlərində uyğunsuzluq yaratmış və pensiya almaq hüququndan onu məhrum etmişdir. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 20 aprel 1971-ci il tarixli 750 saylı kolxozçunun əmək kitabçasının surətindən görünür ki, Ərizəçi adı səhvən X1 yazılmışdır. Məhkəmədə elan olunmuş 03 may 2023-cü il tarixli, 3-48 DA/9F-2-A-232/2023 saylı arxiv arayışının surətindən görünür ki, dövlət arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon Marışlı kənd Frunze adına kolxozun 1970-1990-cı illərə aid illik staj kitablarında, Seyidsadıqlı kənd Ə.Quliyev adına kolxozun 1991-1995-ci illərə aid illik staj kitablarında, Seyidsadıqlı kənd Ə.Quliyev adına Aqroservisinin 1996-2000-ci illərə aid briqada kitablarında Ərizəçi adı səhvən X1 yazılmışdır. Məhkəmədə elan olunmuş “X5 Kompleksi” MMC-nin X6 və Tədarükü Məntəqəsi filialının direktoru tərəfindən tərtib edilmiş 5 may 2023-cü il tarixli, 13-5-1-11/2-A005/2023 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.2020-ci ildən hal hazıra kimi “X5 Kompleksi” MMC-nin X6 və Tədarükü Məntəqəsi filialında traktorçu peşəsində işləyir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, 20 aprel 1971ci ildə verilmiş 750 saylı kolxozçunun əmək kitabçası və 03 may 2023-cü il tarixli, 3-48 DA/9F-2-A-232/2023 saylı arxiv arayışı ərizəçiyə məxsus olsa da yanlışlıqla adı Mirheydər kimi qeyd edilmişdir.Ərizəçi həmin sənədə düzəlişi başqa qaydada edə bilmədiyi üçün məhkəməyə müraciət teməyə məcbur olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının Həmin Məcəllənin 308-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 339-341 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. 20 aprel 1971-ci ildə verilmiş 750 saylı kolxozçunun əmək kitabçası və 03 may 2023cü il tarixli, 3-48 DA/9F-2-A-232/2023 saylı arxiv arayışı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar