Məhkəmə qərarları › İş №2(057)-1465/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1465/2025

15.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1465/2025 15.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçılar Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı, İddiaçı2 cavabdehlər Cavabdeh və Salyan rayon Notariat Kontoruna qarşı “torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı, İddiaçı2 cavabdehlər Cavabdeh və Salyan rayon Notariat Kontoruna qarşı “torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa Mülkiyyət hüququna dair” JN-217 KOD 80913028 saylı Dövlət aktına əsasən ümumi mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh satılmasına dair 05 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin forma və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “Torpağa Mülkiyyət hüququna dair” JN-217 KOD 80913028 saylı Dövlət aktına əsasən ümumi mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh satılmasına dair 05 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, tələbinin əsası kimi əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. MPM-in 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən hesab edirəm ki, iddiaçının iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bundan başqa, MPM-in tələbinə əsasən iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə olunmalıdır. İddiaçı isə yalnız iddia ərizəsinə bir nüsxədə ksero surət təqdim etmiş, lakin digər yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Bu halda isə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya dair öz etirazını və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququndan məhrum olmuş olur. Həmçinin iddiaçı iddia ərizəsində cavabdeh kimi Salyan rayon Notariat Kontorunu göstərsə də, həmin cavabdehin ünvanı olaraq ünvan 2ikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilmiş çıxarışdan görünür ki, Salyan rayonunda Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi fəaliyyət göstərir ki, onun da ünvanı Ələt-Astara avtomobil yolunun 55-ci kilometridir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, hesab edirəm ki, ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızına qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və MPM-in 114, 152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçılar Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı, İddiaçı2 cavabdehlər Cavabdeh və Salyan rayon Notariat Kontoruna qarşı “torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızına qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar