Məhkəmə qərarları › İş №2(057)-1558/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1558/2023

08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1558/2023 08.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Salyan rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə Salyan rayonu, Həsənli kəndinin ərazisində yerləşən 0,15 hektar torpaq sahəsinə aid olan KOD 80905038, JN-097A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə tələbin dədiqləşdirilməsinə və artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Salyan rayonu, Həsənli kəndinin ərazisində yerləşən 0,15 hektar torpaq sahəsinə aid olan KOD 80905038, JN-097A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv yazılmış “X12”-nun X13 və “X9”-nın Ərizəçi ilə eyni olması ilə əlaqədar olaraq dövlət aktının onlara məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, KOD 80905038, JN-097A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, 24 sentyabr 1998-ci il tarixli 11 saylı Salyan rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Salyan rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 0,15 hektar olan torpaq sahəsi onun və mərhum həyat yoldaşı X5 mülkiyyətinə verilmişdir. X4 15 aprel 2019-cu il tarixdə ölmüşdür. JN-097A saylı KOD 80905038 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında onun adı X1, eyni zamanda X4nun atasının adı “Zalış” olaraq qeyd olunmuşdur. Bu texniki problem kimi yaranmışdır. Reyestr çıxarışının verilməsi və onun adının qeyd olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Əri vəfat etdiyindən, mülkiyyət hüququ hal-hazırda yalnız ona məxsus olduğundan, ailələrinin başqa evi olmadığından və ailədə X9 adlı şəxs olmadığından əmlak yalnız ona məxsusdur və mülkiyyətin onun olmağına baxmayaraq, adının texniki səbəbdən səhv yazılmasına görə hal-hazırda müəyyən hərəkətləri yerinə yetirə bilmir. O, bu məsələ ilə bağlı Şirvan inzibati məhkəməsinə müraciət etmişdir, lakin məhkəmə ona izah etmişdir ki, Salyan Rayon Məhkəməsinə müraciət etməlidir. Onun hüquq əhəmiyyətli faktın müəyyən edilməsi üçün məqsədi həmin daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına aldırmaqdır. Lakin həmin sənədlərdə adamın düzgün yazılmaması onun hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə Salyan rayonu, Həsənli kəndinin ərazisində onların mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsinin verilməsi “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 80905038, JN-097A saylı dövlət aktının ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi tam müdafiə edərək göstərmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə onun və mərhum X4nun mülkiyyətinə 0,15 ha torpaq sahələri verilmiş, torpaq sahələri üzərində mülkiyyət hüququ KOD 80905038, JN:097A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə səhvlərə yol verilmiş, onun adı və ata adı, mərhum ərinin isə ata adı səhv göstərilmişdir. Belə ki, həmin sənədlərdə mərhum ərinin adı “X13” əvəzinə “X12”, öz adı isə “Ərizəçi” əvəzinə “X9” olaraq yazılmışdır. Səhvlərin düzəliş edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən isə həmin səhvlərin düzəldilməsinin onun səlahiyyətinə aid olmadığı bildirilərək bu barədə müvafiq məktub verilmişdir. Ərizəçi qeyd olunanlara əsasən ərizənin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 qardaşı X17 bildirmişdir ki, X14 onun qardaşı, Ərizəçi isə onun həyat yoldaşıdır. Onlar ailə qurduqdan sonra sözügedən torpaq sahəsini almışdırlar. Ərizəçi qardaşının yeganə arvadı olmuşdur. Ailələrində, ümumiyyətlə, Həsənli kəndində X9 adında adam yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 digər qardaşı X16 da qardaşı X11 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbayjan Respublikasının MPM-nin 185.6-cı maddələrinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxxx 1964-cü il tarixdə anadan olmuşdur. AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 24 sentyabr 1965-ci il tarixdə anadan olmuş, atası X7r. 284856 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X3 10 may 1990-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında № 16 ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. KOD 80905038, JN-097A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə X8 və X2 mülkiyyətinə 0.15 ha torpaq sahəsi verilmişdir. AZ 999444 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 15 aprel 2019-cu ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında № 7 ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin **********18 saylı, 29 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi müraciəti əsasında ona hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmişdir. Salyan rayon İHB-nın Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 667 saylı, 06 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi və mərhum əri X14 ilə birgə yaşadığı dövrdə onlara verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı səhvən X1 yazılmışdır. Əslində isə Həsənli kəndində X9, elə Ərizəçidır. Azərbayjan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənediji sənədlərin (həmkarlar ittifaqı və digər ijtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq ijra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə Salyan rayonu, Həsənli kəndinin ərazisində 0,15 hektar torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibi kimi göstərilmiş şəxs məhz ərizəçinin özü Ərizəçi və 15 aprel 2019-cu il tarixdə vəfat etmiş əri X10r. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbayjan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məjəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Salyan rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 11 saylı qərarı ilə Salyan rayonu, Həsənli kəndi ərazisində 0,15 hektar torpaq sahəsinin X14 və Ərizəçi mülkiyyətinə verilməsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 80905038, JN-097A saylı dövlət aktının onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar