Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1618/2024 16.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 037327 saylı akta əsasən əsassız yazılmış 1513.36 manat borcun **********10449 abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, **********10449 abonent kodu ile elektrik enerjisinden istifadə edir. O evinin smart kart tipli sayğacla təmin edilmesi üçün Salyan Elektrik şəbəkəsinə müraciət etmişdir. Müraciətinə əsasən şəbəkənin əməkdaşları sayğacı dəyişmək üçün onun evinə gələrək sayğacı smart kart tipli sayğacla əvəz etmişlər. Sonradan ona məlum olmuşdur ki, ona əsassız olarag 1513.36 manat cərimə yazıblar. Soruşanda səbəbini belə izah etmişlər ki, sayğac işləmir, keçən enerjini qeydə almır. O buna etiraz edərək aktın surətini almışdır. Akta əsasən ona 1 ay müddətinə 1513.36 manat cərimə hesablanmışdır. Guya o 1 ay üçün 25.7 kvt saat enerji istifadə etməklə 1513.36 manat ziyan vurmuşdur. Bildirir ki, 17 may 2016-cı il tarixdən 15 iyul 2024-cü il tarixə kimi olan müddət ərzində 0 7816.49 manat dəyərində enerji istifadə etmişdir. Bu da hər ay üçün 70-80 manat edir. Necə olur ki, o fevral ayında 1 ay üçün 1513.36 manatlıq enerji istifade etmişdir? Akt saxtadır. Yalandır. O heç vaxt sayğaca müdaxilə etməmişdir. Birincisi sayğaca cavabdeh təşkilatın əməkdaşları tərəfindən nəzarət olunur və açıg sahədə sayğac guraşdırılmışdır. Hər 15 gündən bir nəzarətçi sayğaca baxış keçirərək bildiriş təqdim edir və tərəfindən mütəmadi olaraq ödənişlər edilir. O daimi istifədə edilən elektrik enerjisinin dəyərini ödəyir. Həmin göstərilən borc tamamilə əsassızdır. Necə olur ki, nəzarətçi sayğaca baxış keçirib ona bildiriş verir və sayğacın işləməməsini görmür. Nəzarətçi tərəfindən sayğacın işləməməsi barədə ona irad bildirilməmişdir. Yalnız sayğacı dəyişəndə ona cərimə yazılmışdır. Əslində sayğaca kənar müdaxilə edilmişdirsə bu barədə laboratoriyanın əsaslandırılmış rəyi olmalıdır. Sayğac onun və şəbəkə işçilərinin iştirakı ilə qablaşdırılmalı, ağzı möhürlənməli və labaratoriyaya göndərilməlidir. Labaratoriyada açılmalı, baxış keçirilməli və müdaxilə olunub-olunmaması barədə rəy yazılmalıdır. Labaratoriyada onun iştirakı ilə sayğaca baxış keçirilməlidir. Bunların heç biri olmadan onun xəbəri olmadan əsassız akt tərtib etmişlər. Yeni quraşdırılmış smart tipli sayğaca pul yükləmişdir. Həmin pulu şəbəkə tutanda ona məlum olmuşdur ki, barəsində cərimə aktı tərtib edilmişdir. Əgər aktın xx.xx.2024-cü il tarixdə yazıldığını nəzərə alsaq belə “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarına dəyişiklik edilmədən əvvəlki redaksiyada olan 7.6, 7.11, 8,32, 8,33 bəndlərinin tələbləri pozularaq sayğacın kənarda quraşdırıldığı nəzərə alınmadan, hal şahidlərinin iştirakı təmin edilmədən, sayğaca laborator baxış zamanı abonentin iştirakı təmin edilmədən, sayğaca sonuncu baxışın tarixi nəzərə alınmadan və abonentin günahı qanunvericilik qaydasında təsdiq edilmədən "xxxx" ASC-nin Salyan EŞ-nin əməkdaşları tərəfindən əsassız borc hesablanmışdır. Onun tərəfindən istifadəsində olan sayğaca müdaxilə edilməmiş, kənar xətdən istifadə edildiyi təsdiqini tapmamış, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş rəy və akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da onun hüquqları pozulmuş, cavabdeh tərəfindən ona heç bir real əsas olmadan borc hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, özü telefon vasitəsi ilə videoçəkiliş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mobil telefon vasitəsi ilə çəkilmiş videogörüntüdə əməkdaşları səsləndirdiyi fikirlər əsassıdır. Ona məxsus evin sayğacına gələn elektrik naqillərində heç bir əlavə qoşulma halı yoxdur və heç vaxtda olmamışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən evinə smart kart tipli sayğac quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, İddiaçı yaşadığı ünvan **********10449 saylı kodla X1 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları” na əsasən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentə məxsus sayğacın işləmədiyi və keçən enerjini qeyd etmədiyi aşkar olunmuşdur. Daha sonra həmin sayğac labaratoriya qaydasında yoxlanılması məqsədi ilə çıxarılmış və torbaya qoyularaq götürülmüşdür. Yoxlama zamanı sayğacın AZS möhürünün qırıq olduğu, daxilində “B” və “С” fazalarının yük naqillərinin kəsik olduğu aşkar olduğu, bu səbəbdən də sayğacın xəta faizi ilə az sərfiyyat hesabladığı və istifadəyə yararsız olduğu müəyyən olunmuşdur. Buna əsasən də EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə, həmin tarixli, 037327 saylı akta əsasən 1513,38 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. EEİQ-nın 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Belə ki, “EEİQ”nın 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıyır. Əlavə olaraq bildirmişlər ki, İddiaçı tərəfindən 2018-ci il tarixdə, 2021-ci il tarixdə və nəhayət 2024-cü il tarixdə EEİQ-nın pozulması barədə aktlar tərtib olunmuş və həmin aktların dəyəri onun tərəfindən tam ödənilmişdir. Belə ki, mübahisələndirilən akt üzrə də yaranmış borc məbləği üzrə İddiaçı tərəfindən 663 manat ödəniş olunmuşdur. İddiaçı yaşadığı ünvanda hal-hazırda akt üzrə hesablanmış borc məbləğindən 850 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Odur ki, bütün bu göstərilənləri nəzərə alaraq iddia ərizəsinə iştirakları olmadan baxılmasını və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 fevral 2024-cü il tarixli, № 037327 saylı aktın ksero surətindən görünür ki, EEİQ-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacı işləmir və sayğac keçən enerjini qeyd etmir. İş materiallarında olan Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-71-7/2-527 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. İş materiallarına əlavə olan 23 aprel 2024-cü il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 14 fevral 2024-cü il tarixli NDM Akt 037327 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, (41802-35856) x 67% : 33%=12072kvts qədərində sərfiyyatın israfı cavabdeh əməkdaşları tərəfindən hesablanılmışdır. 8870 kVts sərfiyyatın 800 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 64 manat qədərində, 400 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 36 manat qədərində və 10872 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 1413.36 manat qədərində olmaqla, cəmi 1513.38 manat qədərində cərimə yazılmışdır. İş materiallarına əlavə olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 037327 saylı aktdan görünür ki, abonentin sayğacı laboratoriya qaydasında yoxlanılmış, yoxlama zamanı AZS möhürünün qırıq olduğu, daxilində “B” və “C” fazalarının yük naqillərinin kəsik olduğu aşkar olduğu, bu səbəbdən də sayğacın xəta faizi ilə az sərfiyyat hesabladığı və istifadəyə yararsız olduğu müəyyən olunmuşdur. İş materiallarına olan DVD diskə baxış keçirilmiş, video çəkilişə baxış zamanı abonentin sayğacının daxilində “B” və “C” fazalarının yük naqillərinin kəsik olduğunu bu səbəbdən də sayğacın xəta faizi ilə az sərfiyyat hesabladığını qeyd olunsa da, bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iş materiallarına əlavə edilmiş “CD” dikdəki videoçəkilişə əsasən iddiaçı tərəfindən sayğacın daxilində olan “B” və “C” fazalarının yük naqillərinin kəsilərək elektrik enerjisindən istifadə edilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı videoçəkiliş tədqiq edilmiş və bu zaman vizual olaraq yük naqillərində hər hansı bir kəsiklərin olması aşkar edilməmişdir. Abonent nömrəsi **********10449 olan İddiaçı adına olan elektrik enerjisindən istifadəyə görə ASAN ödəniş sisteminin rəsmi internet saytı olan “ASANPAY” ödəniş platformasından çıxarılmış qəbzdən görünür ki, iddiaçının cavabdeh təşkilata 850 manat borcu vardır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.9-cu maddəsinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, abonentə məxsus sayğacın keçən enerjini qeyd etməməsi halı cavabdeh təşkilat tərəfindən sübut edilməmişdir. Cavabdeh tərəf həmin hüquq pozuntunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Həmçinin İddiaçı adına olan elektrik enerjisindən istifadəyə görə ASAN ödəniş sisteminin rəsmi internet saytı olan “ASANPAY” ödəniş platformasından çıxarılmış qəbzdən görünür ki, iddiaçının cavabdeh təşkilata 850 manat borcu vardır. Ona görə də, iddia həmin hissədə təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Salyan rayonu, Arxarası kəndində yerləşən ev (abonent kodu **********10449) üzrə hesablanmış 850 (səkkiz yüz əlli) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1618/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1618/2024
16.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver