Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1671/2025 03.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2025-ci il tarixli protokol əsasında qanunsuz hesablanmış 873.4 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X1 adına olan **********00224 abonent kodu ilə X2 edir, atası xx.xx.2009-cu ildə vəfat etmişdir. 2016-ci ildə əsassız olaraq 205.14 manat borc hesablanmış, xx.xx.2017-cı ildə akta görə 348,18, 137.39 və 340.86 manat borc, xx.xx.2024-cü ildə 791,05, 27 və 48 manat EİQ üzrə borc yazılmışdır. Və buna görədə 1897,62 (bir min səkkiz yüz doxsan yeddi manat altmış iki qəpik) manat cərimə borcu yaranmışdır. Həmin borcun hansı hissədə cərimə hansı hissədə borc və ya sayğacdan kənar xətt üçün hesablanmış olduğu bilinmir. Azərişıq ASCnin əməkdaşları tərəfindən məlumatı olmadan, xx.xx.2024- ci il tarixli R nömrəli 370009 akta əsasən əsassız olaraq borc hesablanmış, xx.xx.2016-cı ildə US138336, xx.xx.2017-ci ildə Rİ 048596 saylı aktlar yazılmış bunlardan yalnız 2024-cü ildəkindən məlumatı olmuş və buna görə də 1897,62 (bir min səkkiz yüz doxsan yeddi manat altmış iki qəpik) manat cərimə borcu yaranmışdır. Həmin borcun barədə ona rəsmi məlumat verilməyib. Birincisi sayğaca cavabdeh tərəfindən nəzarət olunur və açıq sahədə sayğac quraşdırılmışdır, hər 30 gündən bir nəzarətçi sayğaca baxış keçirərək bildiriş təqdim edir və tərəfindən mütəmadi olaraq ödənişlər edilir. Daimi istifadə edilən elektrik enerjisinin dəyərini ödəyir. Həmin göstərilən borc təmamilə əsassızdır. Sayğaca heç vaxt tərəfindən heç bir müdaxilə olunmamış, sayğac daim tam saz vəziyyətdə olmuşdur və kənar xəttdən istifadə etməmişdir. «X2 Qaydaları" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 7.6 ( İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya Şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır), 7.11 ( Yaşayış evlərinin hasarının xarici tərəfındə (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır), 8.7 (Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir), 8.8 ( Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır), 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti ) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur) bəndlərinin tələbləri pozularaq sayğacın kənarda quraşdırıldığı nəzərə alınmadan, sayğaca sonuncu baxışın tarixi nəzərə alınmadan və abonentin günahı qanunvericilik qaydasında təsdiq edilmədən Azərişıq ASC-nin əməkdaşları tərəfindən göstərilən cərimə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, aktda əsassız məlumat yazılıb, akt tərtib edilən zaman onun iştirakı təmin olunmayıb. Akt tərtib olunarkən "X2 Qaydaları" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarının tələbləri pozulmuşdur. Aktın qanunsuz və əsassız tərtib edildiyindən cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 03 sentyabr 2025-ci il tarixdə məhkəmənin baxış iclasında iştirak edən İddiaçı verilmiş suallara cavab olaraq o bildirmişdir ki, iddia ərizəsində göstərdiyi kimi 205.14 manat borc 2016-cı ilə, 348.18 manat, 137.39 və 340.86 manat borc isə 2017-ci ilə aiddir. xx.xx.2024-cü ildə tərtib olunmuş yuxarıda qeyd olunmuş akta görə borc isə 866.05 manat təşkil edir, iddia ərizəsi vəkil tərəfindən yazılanda ona ümumi şəkildə bildirdiyi borcları da ərizəyə əlavə etmişdir. Hazırki tələbi xx.xx.2024-cü ildə tərtib olunmuş yuxarıda qeyd olunmuş akta görədir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir: Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, EEİQ-nə uyğun olaraq gecə reydi keçirilimiş, reyd zamanı sayğaca baxış keçirilən zaman abonent tərəfindən sayğaca kənar xətlərin qoşulması aşkar olunmuş, xəttə ölçü aparmaq mümkün olmamışdır. Kənar xətt ləğv edilmişdir. X5 Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən Salyan Rayon Məhkəməsinə göndərilmiş məktubda iddiaçı Xəzər Göycəyevin yaşadığı ünvan **********00224 saylı kodla X3 Ağasoltan Göycəyevin adına qeydiyyatda olduğu bildirilmişdir. Həmçinin göstəörilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş "X2 Qaydaları" na əsasən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə X2 etdiyi aşkar olunmuş və müvafiq videoçəkiliş aparılmışdır. Buna əsasən də EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə, həmin tarixli, 032782 saylı akta əsasən 866,05 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Məktuba həmçinin abonent tərəfindən sayğaca kənar xəttin görüntülərini əks etdirən disk də əlavə edilmişdir. Məktubda iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. X5 Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən təqdim edilmiş diskə baxış zamanı müəyyn edilmişdir ki, sayğac evdən kənarda bir neçə metr aralıda yerləşir, əlavə xətt isə elektrik xəddinə qoşulmuş və elektrik dirəyi ilə aşağı gətirilmiş, lakin həmin xəttin sayğaca birləşdirilib-birləşdirilməməsini aydın etmək mümkün olmur, sayğaca qoşulmuş qara rəngli naqilin məhz elektrik xəttinə qoşulmuş həmin naqilin olub-olmamasını da müəyyən etmək olmur. Eyni zamanda elektrik xəttinə qoşulmuş qara rəngli əlavə xəttin məhz iddiaçının yaşadığı evə qədər aparılıb-aparılmaması da müəyyən deyildir. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə işıq xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının işığın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraraq tələb edilir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Salyan rayonu, 1-ci Varlı kəndində yaşayan cavabdeh İddiaçı istifadəsində olan **********00224 nömrəli abonent kodlu sayğaca "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 370009 saylı akta əsasən X2yə görə hesablanan 866.05 manat borcu silinməlidir. İddia ərizəsində göstərilən 2016 və 2017-ci illərlə bağlı borclar isə iddiaçının məhkəmə prosesində bildirdiklərinə əsasən hazırda onun müraciəti həmin borcların silinməsi ilə bağlı deyildir, həmin illərə aid borclar onun ümumi məlumatı əsasında vəkil tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin "xxxx" ASC-yə izah edilir ki, Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilərək abonentin təqsiri müəyyən edildiyi halda, abonentə hazırki fakta görə yenidən borc hesablana bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli akt əsasında **********00224 saylı abonent kodu olan sayğaca hesablanmış 1897.62 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-1671/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1671/2025
03.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver