Məhkəmə qərarları › İş №2(057)-1674/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1674/2025

22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1674/2025 22.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi arxiv arayışlarının ona məxsus olması barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək X9 filialı tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli 3-48 DA\9F\-2-429 nömrəli Arxiv arayışının F.Ə.Məlokov adına X10 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinə aid hissəsinin ona aid olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1978-1980-ci illərdə Salyan rayon Yenikənd kənd Bəşirabad sovxozunda işləmiş, 1980-1986-cı illərdə isə F.Ə.Məlikov adına X10 Texnikumunda istehsalat təcrübəsi keçmişdir. Salyan rayon Yenikənd kənd Bəşirabad sovxozunun 1978-1980-ci illərə aid əmək haqqı cədvəllərinin və F.Ə.Məlikov adına X10 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinin bəzilərində adı və soyadı hazırda şəxsiyyətini təsdiq edən sənədlərdə olduğu kimi düzgün göstərilmiş olsa da, bəzilərində yanlış olaraq adı Teymur göstərilmişdir. Salyan rayon X5 hazırda fəaliyyət göstərmədiyindən adında yol verilmiş texniki səhvin düzəldilməsi artıq mümkün deyildir. Bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, lakin yanlışlığın aradan qaldırılması mümkün olmamış, buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, şəxsiyyətini təsdiq edən sənəddə adı Ərizəçidur. Azərbaycan SSRİ Kənd Təsrrufatı Nazirliyinin F.Ə.Məlikov adına X10 Texnikumunun verdiyi İT 028421 nömrəli diplomda da adı şəxsiyyətini təsdiq edən sənəddə olduğu kimi Ərizəçi kimi göstərilmiş, həmin diploma əsasən o, 1980-ci ildə texnikoma daxil olub, 1986-cı ildə texnikumu bitirmişdir. Eyni zamanda ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının direktor müavini tərəfindən tərtib edilmiş 41 saylı aktdan da müəyyən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17- 1/3-1-96698/2023 nömrəli məktubun icrası ilə bağlı onun adına verilmiş 11 avqust 2023-cü il 3-48 DA/9F-2-429 №Noli arxiv arayışı X9 filialında mühafizə olunan Salyan rayon X5nun arxiv sənədlərinə, o cumlədən 1980-1986-cı illərə aid şəxsi heyət üzrə əmr kitablarına əsasən araşdırılmış, araşdırma zamanı bir çox əmrlərdə adı düzgün qeyd olunsa da, bəzi əmrlərdə yanlış qeyd olunmuş, həmin sənədlər ərizəyə əlavə olunmuşdur. Pensiya təyinatı ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, lakin yuxarıda qeyd olunmuş sənədlərdə adının bəzi yerlərdə səhv yazılması səbəbindən həmin sənədlərdə qeyd olunan şəxsin məhz Ərizəçi olmasının təsdiq olunamsı üçün Salyan Rayon Məhkəməsinə müraciət etməli olduğu izah olunmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən ƏƏSMN-nin tabeliyində DSMF-nin etibarnamə ilə nümayəndəsi, DSMF-nin aparıcı mütəxəssisi Nümayəndə bildirmişdir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin etibarnamə ilə nümayəndəsi, aparıcı məsləhətçi X1 bildirmişdir ki, vətəndaş Ərizəçi qeyd olunan məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət etmiş, lakin həmin müraciətin cavablandırılması Şirvan-Salyan Regional Təhsil İdarəsinin səlahiyyətlərinə aid olmadığından vətəndaşa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət edilməsi barədə izah verilmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə olunmuş iş materiallarında olan sənədlərə baxaraq, həmçinin ərizəçinin, üçüncü şəxs qismində işə cəlb olunmuş şəxslərin izahatlarını dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İT 028421 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1980-ci ildə Azərbaycan SSRİ Kənd Təsrrufatı Nazirliyinin F.Ə.Məlikov adına X10 Texnikumuna daxil olmuş, 1986cı ildə texnikumu bitirmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X2 Şirvan İnziabti Məhkəməsinə ünvanlanmış 27 avqust 2024-cü il tarixli məktubla göndərilmiş arxiv surətindən görünür ki, “X9 filialında mühafizə olunan Salyan rayon Yenikənd kənd Bəşirabad sovxozunun 1978- 1980-cı illərə aid əmək haqqı cədvəllərində Ərizəçi iş fəaliyyəti filial tərəfindən verilmiş 16 Oktyabr 2023-cü il tarixli, 3-48 DA/9F-2-B552/2023 nömrəli arxiv arayışının qeyd olunan əmək haqqının surətləri 3( üç) və F.Ə.Məlikov adına Salyan X5nun 1980-1986-cı illərə aid şəxsi heyət üzrə əmrlərində Ərizəçi 8.4.6.1. *** Bəşirov Teymur (" Sənəddə belədir “ ) təhsil almağına dair filial tərəfindən verilmiş 11 Avqust 2023-cü il tarixli 3-48 DA/9F-2- 429/2023 nömrəli arxiv arayışının qeyd olunan əmrlərin surətləri 6 (altı) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan - Salyan Regional filialının mütəxəssisləri tərəfindən aparılan xx.xx.2023-cü il tarixli, 41 nömrəli yoxlama Aktının surəti məktuba əlavə olunur 1 (bir) vərəqə. Əsas : fond №233.siy №2.iş №36-38.v.62,57,27. Fond № 132. Siy №2, iş №99,v.57; iş № 100, v.84; iş № 100, v.84; iş № 113, v.114; iş № 122, v, 32; iş № 125, v.7. Qeyd: Azərbaycan Respublikası Dövlət Arxivlərinin Əsas iş qaydaları 8.4.6.1. Ərizəçi *** X6 (“Sənəddə belədir” Qeyd: Salyan rayon Yenikənd kənd " Bəşirabad " kolxozunun 1978-1988-c1 illərə aid protokolları araşdırıldı. Lakin Ərizəçi işə daxil olma, işdən azad olması aşkar edilmədi. Salyan rayon Yenikənd kənd "Bəşirabad " kolxozunun heç bir əmr kitabı filiala təhvil verilməmişdir. Odur ki, Ərizəçi məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrini təsdiq etmək mümkün olmadı”. ƏƏSMN-nin tabeliyində DSMF-nin 2 saylı Şirvan-Salyan regional filialının direktor müavini tərəfindən tərtib edilmiş 41 saylı aktından görünür ki, həmin akta əsasən aşağıdakılar müəyyən edilmişdir: “Əmr No 12-xx.xx.1980 Qəbul komissiyasının 21.08.80-c1 il 7 № li iclas protokoluna əsasən: ixtisaslar üzrə aşağıda adları göstərilənlər texukuma qəbul edilsinlər. 10 illik təhsil k/t-nin mexanikləşdirilməsi texnik-mexanik ixtisası üzrə İİ-kursa 59. X12” “ Əmr №50 &5 xx.xx.1981 aşağıda adları göstərilən tələbələr 10.İV.1981- cı il tarixdən ordu sırasına getmiş hesab edilsinlər. 3. Ərizəçi –İİ mex.kursu Əsas: Salyan Hərbi Komisarlığının 08.04.81-ci il tarixli 2-181 nömrəli məktubu” “ Əmr №137 xx.xx.1983 İİ mex-kursu üzrə 32. Ərizəçi ordudan gəlib” “Əmr No145 &4 xx.xx.1985 Tədris qrafikinə müvafiq olaraq 05.08.85-28.10.85 əyani k/t-nın mexanikləşdirilməsi İV mex. və İV mex. kurs tələbləri texnoloji istehsalat təcrübəsində hesab edilsinlər”. Əmr No 26 &7 xx.xx.1986 Tədris qrafikinə müvafiq olaraq 27.01.86- 10.03.86 tarixə kimi adları aşağıda göstərilən əyani “K/T-nın mexanikləşdirilməsi" İV mex. kurs tələbələri diplom qabağı istehsalat təcrübəsindən qayıtmış hesab edilsinlər. Əyani k/t mexanikası İV mex kursu üzrə 15. Ərizəçi Əmr Ne 45 &1 29 Aprel 1986-cı il xx.xx.1986 İxtisasvermə komissiyasının 26-27-28- 29 aprel 1986-cı il. Şirvan-Salyan Regional Təhsil İdarəsindən Ərizəçi ünvanlanmış 01 aprel 2025-ci il tarixli məktubla Ərizəçi bildirilmişdir ki, müraciətdə qeyd etdilən məsələlər Şirvan-Salyan Regional Təhsil İdarəsinin səlahiyyətlərinə aid olmadığına görə "Vətəndaşların müraciəti haqqında" Azərbaycan Respublikasının Qanunun 7.10-cu bəndinə əsasən baxılması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə göndərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi trəfindən Ərizəçi ünvanlanmış 09 aprel 2025-ci il tarixli məktubla Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2015-ci il tarixli, 574 nömrəli Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı ləğv edilmiş, Salyan X5na məxsus bütün sənədlər Azərbaycan Respublikası X9 filialına təhvil verilmişdir. ƏƏSMN-nin tabeliyində DSMF tərəfindən daxil olmuş etirazdan qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mulki Prosessual Macəllənin 307-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə şəxsin sənəddə göstərilən adı, atasının adı va ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı da aid edilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019cu il tarixli, 03 saylı qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədiərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. yyən edilir. Həmçinin, Dövlət X4 iddiaçıya dair 11 avqust 2023-cü il tarixli 3-48-DA/9F-2-B-552/2023 nömrəli arayışında 1980-1986-cı illər üzrə təhsil aldığı barədə məlumatlar qeyd olunmuşdur. Araşdırma zamanı, həmin arayışda xx.xx.1980-ci il tarixə aid 123 Nli əmrdə adı "Teymur" olaraq qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən arayışda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, iddiaçı Ərizəçi təhsil aldığı dövrə aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, şəxsi heyət üzrə əmr kitablarında Qəbul komissiyasının xx.xx.1980-ci il tarixli 7 Nli iclas protokolunda X3 aid məlumatların olduğu, eyni zamanda həmin müddətdə yalnız xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində əyani təhsil alması barədə məlumatların aşkar olunduğu bildirilmişdir. Bu fakt Azərbaycan Respublikası Dövlət X4 15 noyar 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Buna görə də, xx.xx.1980xx.xx.1985- ci il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənediji sənədlərin (həmkarlar ittifaqı və digər ijtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq ijra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, X9 filialı tərəfindən verilmiş 11 avqust 2023-cü il 3-48 DA/9F-2-429 №Noli arxiv arayışı F.Ə.Məlokov adına X10 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinə aid hissəsi Ərizəçi aiddir. Belə ki, Ərizəçi təqdim etdiyi diplomun surətindən də göründüyü kimi, o, 1980- 1986-cı illərdə F.Ə.Məlokov adına X10 Texnikumunda oxumuşdur. Bundan başqa Dövlət Arxivinin 15 noyabr 2023-cü il tarixdə tərtib etdiyi aktdan da göründüyü kimi arxiv sənədlərində olan əmrlərin əksəriyyətində Ərizəçi qeyd olunmuş, yalnız 59-cu bənddə Teymur kimi qeyd olunmuşdur. Həmçinin Ərizəçi şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi 1963-cü ilin fevral ayında anadan olmuş, 1981-ci ilin fevral ayında onun 18 yaşı tamam olmuşdur. Arxiv sənədlərində də göründüyü kimi 50 nömrəli əmrə əsasən Ərizəçi Salyan Hərbi Komissarlığının xx.xx.1981-ci il tarixli 2-181 nömrəli məktubuna əsasən ordu sıralarına getməsi qeyd olunmuşdur. Arxiv sənədlərinə əsasən 1980-1986-cı illərdə eyni müəssisə tərəfindən verilmiş ayrı-ayrı əmrlərin yalnız birində şəxsin adının Teymur, bütün digər əmrlərində isə Teyyub yazılması, eyni zamanda yuxarıda qeyd olunmuş diploma əsasən Ərizəçi həmin illərdə həmin müəssisədə təhsil alması, həmçinin Ərizəçi məhz həmin illərdə hərbi xidmət yaşına çatması və həmin müəssisədən hərbi xidmətə göndərilməsi qeyd olunmuş sənədlərdə həmin şəxsin məhz Ərizəçi olmasını sübut edir. Bundan başqa iş materiallarında həmin şəxsin Teyyub deyil, Teymur olmasına dair hər hansı başqa bir sübut təqdim olunmamışdır. Qeyd olunanlardan əlavə ƏƏSMN-nin tabeliyində DSMF-nin etibarnamə ilə nümayəndəsi, DSMF-nin aparıcı mütəxəssisi Nümayəndə ərizəçinin lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməməməsi ilə əlaqədar məhkəmə hesab edir ki, Ərizəçi Şirvan-Salyan Regional Təhsil İdarəsinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etmiş, həmin müraciətlər cavablandırılmış, lakin ərizəçinin müraciətini təmin etmək mümkün olmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, Salyan rayon X5 hazırda fəaliyyət göstərmədiyindən ərizəçi tərəfindən ora müraciət olunması lüzümsuz olmuşdur. İş materiallarında X9 filialı tərəfindən tərtib olunmuş akt mövcuddur ki, bu da həmin sənədlərin alınması üçün arxiv idarəsinə təkrar müraciət edilməsi zərurətini aradan qaldırmış olur. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, ərizə təmin edilməli, X9 filialı tərəfindən verilmiş 11 avqust 2023-cü il 3-48 DA/9F-2-429 №Noli arxiv arayışı F.Ə.Məlikov adına X10 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinə aid hissəsinin, həmçinin 123 nömrəli əmrin 59-cu bəndindəki hissəsinin Ərizəçi aid olması faktı müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 217.4, 307 və 308-cimaddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X9 filialı tərəfindən verilmiş 11 avqust 2023-cü il 3-48 DA/9F-2-429 №Noli arxiv arayışı F.Ə.Məlikov adına X10 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinə aid hissəsinin, həmçinin 123 nömrəli əmrin 59-cu bəndindəki hissəsinin Ərizəçi aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar