Məhkəmə qərarları › İş №2(057)-1778/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1778/2023

20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1778/2023 20.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Xalac kəndində yaşamış 1936-cı ildə anadan olmuş X4 ölüm haqqında şəhadətnamədə səhvən qeyd edilmiş Quzubala adının nikah haqqındakı şəhadətnamədə qeyd edilmiş Əfsərağa adlı şəxsə məxsus olması faktının təsdiq edilməsi barədə, Səfərov Əfsərağanın ölüm haqqında şəhadətnaməsində göstərilən Quzubala adının Əfsərağa kimi qeyd edilməsi öhdəliyinin aidiyyatı orqanlar üzərinə bir vəzifə kimi qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, əvvəllər Salyan rayonu Xalac kəndində yaşamış X9 ilə nikah münasibətinə girərək ər-arvad kimi yaşamışlar. Nikahları 15 avqust 1958-ci ildə Xalac kənd İƏN-də 2 saylı akt qeydi ilə qeydə alınmışdır. Həmin şəhadətnamədə onun ərinin adı Əfsərağa soyadı Səfərov kimi qeyd edilmişdir. Birgə nikahlarından övladları olmamışdır. 05 iyul 1980-ci ildə həyat yoldaşı vəfat edən zaman onun ölümü ilə əlaqədar olaraq Xalac kənd İƏN-dən ölüm haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə səhvən Əfsərağanın adı Quzubala kimi qeyd olunmuşdur. Əfsərağanın ölümündən sonra o, 2-ci dəfə Salyan şəhər sakini X11 ilə xx.xx.1981-ci ildə nikaha girmiş, nikahları Xalac kənd İƏN-də rəsmi qeydə alınmışdır. İkinci nikahından da onun övladı olmamışdır. Sadıqov Hüseynağa da xx.xx.2002-ci ildə vəfat etmişdir. Onun 1ci nikahda olduğu müddətdə Xalac kəndində 3 otaqdan ibarət 53 kvm sahəsi olan yaşayış evi tikdirmişdir. Hazırki vaxtda da həmin ev onun mülkiyyətində olmaqla DƏDRX-dən rəsmi qeydiyyatdan keçirilərək ona Çıxarış verilmişdir. Hazırda həmin evi yaxın qohumu X10 bağışlamaq istəyir. Notariat kontorunda olan zaman birinci əri Səfərov Əfsərağanın nikah haqqında şəhadətnaməsi ilə ölüm haqqında şəhadətnaməsində adında uyğunsuzluq yarandığından həmin evin bağışlanmasını həyata keçirə bilməmişlər. Həqiqətən də Əfsərağa Xalac kəndində yaşamış və onun əsl adı şəhadətnamədə qeyd olunduğu kimi Əfsərağa olmuşdur. Lakin el arasında ona Quzubala deyildiyindən Xalac kənd İƏN-də ölüm haqqında şəhadətnamə yazılan zaman adını Quzubala kimi qeyd etmişlər. Bununla bağlı o, ölüm haqqında şəhadətnamədə dəyişikliyin edilməsi barədə Maraqlı şəxsnə müraciət etdikdə adın dəyişdirilməsindən imtina olunmuşdur. Bu barədə ona rəsmi cavab verilmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddələsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Xalac kəndində 0,54997 ha kənd təsərrüfatı təyinatlı torpaqlar tam mülkiyyət hüququ əsasında Ərizəçi adına rəsmiləşdirilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən və Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 ilə X7 arasında nikah 15 avqust 1958-ci il tarixdə Salyan rayon Xalac kənd icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Onların nikahları 22 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Səfərov”, arvada “Səfərova” soyadı verilmişdir. 9 saylı ölüm haqqında akt qeydindən və İ-ЖГ 404674 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Quzubala Məmmədov 05 iyul 1980-ci il tarixdə miokard infaktı səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, dövlət arxivinin Salyan filialında mühafizə olunan Salyan rayonu VVAQ şöbəsinin arxiv sənədlərində, o cümlədən 1940-1943-cü ilə aid 13 saylı doğum qeydiyyatı aktında (Xalac kəndi üzrə) Babayeva Raiyyə 10 mart 1941-ci il tarixdə təvəllüd tapması qeyd edilmişdir. X1, anası isə X8r. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli X6 ünvanlanmış cavabından görünür ki, X3 ünvan 2 tərəfindən tərtib edilmiş xx.xx.1980-ci il tarixli 09 saylı ölüm haqqında akt qeydində düzəliş olunaraq ölən şəxs Quzubala Məmmədovun adının X2 qeyd edilməsi barədə müraciətinə Maraqlı şəxsndə baxılmış, X4 ölüm haqqında akt qeydinə dəyişiklik edilməsi tələbinin icrasından imtina olunmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli sorğuya cavabından görünür ki, 1936-cı il təvəllüdlü X4 ata qismində qeyd olunduğu doğum və ona münasibətdə tərtib olunmuş ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göründüyü kimi, ərizəçi ərizəsində Salyan rayonu Xalac kəndində yaşamış 1936-cı ildə anadan olmuş X4 ölüm haqqında Şəhadətnamədə səhvən qeyd edilmiş Quzubala adının Nikah haqqındakı şəhadətnamədə qeyd edilmiş Əfsərağa adlı şəxsə məxsus olması faktının təsdiq edilməsini tələb etsə də, həmin sənədin məhz ərizəçiyə məxsus olması faktına dair həmin şəxs tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçinin Maraqlı şəxsnə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Ərizəçi tərəfindən təqdim olunan sənədlər ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübutlar deyildir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərin bir çoxunun tələbin mahiyyəti ilə bağlılığı yoxdur. Məhkəmə ərizəçinin ərizədə göstərdiyi tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, Səfərov Əfsərağanın ölüm haqqında şəhadətnaməsində göstərilən Quzubala adının Əfsərağa kimi qeyd edilməsi öhdəliyinin aidiyyatı orqanlar üzərinə bir vəzifə kimi qoyulması məhkəmənin səlahiyyətlərinə aid olmadığından məhkəmə tərəfindən hər hansı orqanın üzərinə vəzifə qoyulması yolverilməzdir. Buna görə də ərizəçinin tələbinin bu hissəsi də əsassız olduğu üçün yol verilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar