Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-178/2023 13.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi barədə mülki işə 13 yanvar 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində «Azəriqaz» X2 rayon X5 idarəsi tərəfindən tərtib edilmiş 31 avqust 2022-ci il tarixli, ******* saylı akt və xx.xx.2022-ci il tarixli abonent saldosunun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı bildirmişdir ki, Salyan rayon Çadırlı kəndində babasından qalmış evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 5-6 il bundan əvvəl kəndlərində qazlaşma həyata keçirilən zaman yaşadığı evə də adına mexaniki qaz sayğacı quraşdırılmışdır. Həmin vaxtdan ailə üzvləri ilə qazdan normal qaydada istifadə etmiş və hər ay istifadə etdikləri qazın sərfiyyatına görə olan borclarını ödəmişlər. 2022-ci ilin may ayında Salyan X5 idarəsinin əməkdaşları yaşadığı ünvana gələrək, qaz sayğacının istismar müddəti bitdiyi üçün dəyişdirərək yenisi ilə əvəz edəcəklərini bildirmişlər. Evdə olmadığı üçün Qaz idarəsinin əməkdaşları qardaşı Cəlilin iştirakı ilə köhnə sayğacı sökərək yenisi ilə əvəz etmişlər. Sayğac dəyişiləndən 4 ay sonra Salyan X5 idarəsi tərəfindən tərtib olunmuş 31 avqust 2022-ci il tarixli ******* saylı akt idarənin əməkdaşları tərəfindən atası X1 təqdim olunmuşdur. Akt onlara təqdim olunan zaman aktın qanunsuz və ədalətsiz olduğunu bildikləri üçün imza etməmişlər. Salyan rayon Qaz İdarəsinin işçiləri onların sayğaca müdaxilə etdiklərini əsas gətirərək 1036,80 manat cərimə olunacaqlarını bildirmişlər. Ona hesablanmış cərimə əsassız olduğundan iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 31 avqust 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, iddiaçının sayğacının hesablama mexanizminin qoruyucu qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Məhkəməd elan olunmuş abonent nömrəsi **********02650 olan İddiaçı qaz sərfiyyatına dair saldosundan görünür ki, iddiaçının qaz sərfiyatına görə qalıq və aktlardan 1036,80 manat borcu yaranmışdır. Məhkəmədə elan olunmuş 18 may 2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, sayğacda olan zədələrin abonent tərəfindən yetirilməsi və həmin zədələrin nəticəsində qaz sayğacı keçən qazı hesaba alınmadan istifadə etməsi halı müəyyən olunmamışdır. Cavabdeh təşkilat zədələrin abonent tərəfindən törədildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının hərəkətlərində mülki hüquq pozuntusu olmadığından onun üzərinə mülki məsuliyyətin qoyulması doğru deyildir.İddiaçının qaz saldosunun ləğvi barədə iddiası ilə bağlı məhkəmə qeyd edir ki,həmin sənəd heç bir hüquqi qüvvəyə malik olmadığından və iddiaçı üçün heç bir nəticə doğurmadığından iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlaklçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gorə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. «Azəriqaz» X3 X6 İdarəsi tərəfindən İddiaçı barəsibdə tərtib edilmiş 31 avqust 2022ci il tarixli, ******* saylı akt və akt əsasında hesablanmış 1036,80 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-178/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-178/2023
13.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver