Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1807/2024 02.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və əsasız yazılmış cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və əsasız yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzilinə tərtib edilmiş 07 avqust 2023-cü il tarixli, 286079 nömrəli saylı aktın ləğv edilməsi və əsasız yazılmış borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 avqust 2023-cü il tarixdə ona məxsus elektrik sayğacı yoxlanılmış və 286079 nömrəli akt tətbiq olunmuşdur. Aktda elektrik sayğacından kənar xətt vasitəsilə qidalandırıldığı göstərilmişdir. O, sayğaca heç bir müdaxilə etmədiyini bildirmiş və oan əsassız yerə 694,60 manat cərimə yazılmışdır. Akt yazılmamışdan əvvəl onun işığa görə heç bir borcu olmamış, lakin cavabdehin əməkdaşları müəyyən maraqlar naminə qanunsuz akt tərtib etmişlər, akt tərtib olunarkən nə hal şahidləri olmuş, maraqlı şəxslər tərəfindən tərtib olunmuşdur. Bu isə onu göstərir ki, hazırkı akt qanunsuzdur. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 286079 nömrəli aktının əsasız hesab edilməsini və ona kəsilmiş 694,60 manat aktın ləğv edilməsi və əsasız yazılmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, kənar xətti quraşdırmağa çalışarkən "xxxx" ASC-nin əməkdaşları gəlmişdir. Kənar xətt quraşdırılmasına baxmayaraq, həmin məbləğdə cərimənin yazılması ağlabatan deyildir. Təxminən, 100 manat civarında cərimə yazılmalı idi. Odur ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 07 avqust 2023-cü il tarixli akt əsasında əsassız hesablanmış 694,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 07 avqust 2023-cü il tarixli, 286079 nömrəli saylı aktın ksero surətindən görünür ki, EEİQ-nə uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonent həyətyanı sahədən keçən 04 KV-lıq xətdən sayğacdan kənar xətt götürməklə birbaşa elektrik enerjisindən istifadə edtmişdir.Ölçü aparmaq mümkün olmamışdır.Xəttin en kəsiyi 2x10 mm2 təşkil etmişdir. İş materiallarında olan abunə haqqında məlumat vərəqindən görünür ki, İddiaçı 694,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan İddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 286079 nömrəli aktının əsasız hesab edilməsini və ona kəsilmiş 694,60 manat aktın ləğv edilməsi və əsasız yazılmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, istehlakçı enerji təchizatı müəssisəsinin verdiyi elektrik enerjisindən istifadə etməli, istifadə etdiyi elektrik enerjisinin dəyərini də yalnız sayğacın göstəricilərinə əsasən ödəməlidir. İddiaçı kənar xətt vasitəsi ilə şəbəkədən istifadə etdiyi üçün istehlak etdiyi elektrik enerjisinə görə ona borc hesablana bilməmişdir. Belə olan halda hazırkı mülki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən hər hansı qanun pozuntusu halının mövcudluğu aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus Salyan rayonu Qarabağlı kəndində olan fərdi yaşayış evində sayğacdan kənar xətdən istifadə etmişdir. Buna görə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 07 avqust 2023-cü il, № 286079 saylı akt əsasında qanunsuz hesablanmış 694,60 manat cərimə borcunun silinməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 07 avqust 2023-cü il tarixli, № 286079 saylı akt əsasında hesablanmış 694,60 manat aktın ləğv edilməsi və əsasız yazılmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə ona rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1807/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1807/2024
02.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver