Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-186/2024 20.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X13 oğlunun iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv olunması və həmin akt əsasında ona əsassız yerə hesablanmış 4147.20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən ev onun mərhum əri X3 məxsus olmaqla onun mülkiyyətində olmuşdur. Həyat yoldaşının yaşadığı müddətdə və vəfatından sonra ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. Qaz xətti çəkilən zaman ailənin başçısı əri olduğundan qaz xətti onun adına rəsmiləşdirilmişdir. X4 13 may 2018-ci ildə ölmüşdür. Daha sonra kənddə qazlaşma həyata keçirilərək sayğac qoyulan zaman ərinin vəfat etməsinə baxmayaraq qazın sayğacı onun adına rəsmiləşdirilmiş və istehlakçı kimi göstərilmişdir. Onun vəfatından sonra o və ailə üzvləri həmin evdə yaşadıqlarından qazın istifadəsinə dair bütün ödənişləri özü həyata keçirmişdir. Ötən müddət ərzində o hər ayda istifadə etdiyi qaza görə rüsumları vaxtında ödəmiş və heç bir problem olmamışdır. 2022-ci ilin dekabr ayında evinə bildiriş xəbərdarlıq daxil olmuş və həmin bildirişə baxan zaman görmüşdür ki, onun Qaz İstismar İdarəsinə 4147.20 manat borcu qalmışdır. O daha sonra Qaz İstismar İdarəsinə getmiş orada ona bildirmişlər ki, yaşadığı evin sayğacından kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadəyə görə onu cərimə etmişlər. O onlara heç vaxt qaz sayğacına müdaxilə etmədiyini və həmin müdaxilə olsa belə xəbəri olmadığını bildirmişdir. Qaz İstismar İdarəsində olan zaman aidiyyəti əməkdaşlar ona 23 dekabr 2022-ci il tarixli, ******* saylı akt təqdim etmişlər. Onlar tərəfindən təqdim olunmuş aktda təbii qazdan qeyriqanuni istifadə edildiyi göstərilmişdir. Sayğaca müdaxilə olunmasından xəbəri olmamışdır. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bundan əlavə həmin sayğac ona məxsus evin sərhədlərindən kənarda yerləşir və bütün günü həmin sayğaca nəzarət etmək və onu toxunulmaz saxlamaq mümkün deyildir. Bu halda əgər sayğaca hər hansı müdaxilə olunmuş olsa belə, bunun onun təqsirindən olması müəyyən deyildir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində 20 dekabr 2022-ci il tarixli aktın ləğv edilməsini xahiş etsə də, əslində 23 dekabr 2022-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirmişdir ki, qaz xəttini qayını öz evinə çəkib aparmışdır. Onun bu barədə məlumatı olmamışdır. İşdən gələn zaman qaz idarəsinin işçilərinin qaz xəttinin ətrafında toplaşdığını görmüşdür. Evinin qazı çoxdan kəsilmişdir. Həmin vaxtdan işıqdan istifadə edir, hətta işığada borcu vardır. Nəvələri qaynatasının evində yaşayırlar. Özü günü 10 manata sexdə işləyir. Oğlu xırda oğurluğa görə hazırda həbsdədir. 6-7 il əvvəl qaz sayğacı ev sərhədlərindən kənarda küçədə quraşdırılmışdır. Həmin vaxt əri onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün hər ay Bakı şəhərinə gedib-gəlmək məcburiyyətində olmuşlar. Qaz İdarəsinin işçiləri ona qaz sayğacında müdaxilənin olduğunu bildirmişlər. Həmin sayğacı yoxlanışa apardıqdan sonra heç bir müdaxilə olmadığını bildirərək geri qaytarmışlar. Bir müddət keçdikdən sonra onun razı olmasına baxmayaraq qaz sayğacını dəyişdirmişlər. Bu barədə idarənin müdirinə müraciət etmiş, cavabında ona 400 manat borcu olduğu bildirilmişdir. Evindən kənarda yerləşən ana torba deyilən torbadan qaz xətti çəkilmişdir. Əvvəllər qaz sayğacı həyətində olmuşdur. 2014-cü ildən qaz sayğacı küçədə quraşdırılmışdır. Həmin ana xəttdən çəkilən qaz xəttindən 3 qohum istifadə edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının qaza borcu olduğu üçün vurduğu pulun yarısı borca silinir. İddiaçının qayını X6 məhkəmədə iddia qaldırmışdır. O, məhkəmədə izahat verərkən göstərmişdir ki, Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 117-də yaşayır. X1 vəfat etmişdir. Onun ailə üzvləri əlavə xəttdən istifadə etmişlər. Həmin iş üzrə qətnaməsi mövcuddur. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə sayğaca baxış keçirilmiş fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydaları”-nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4x24x360=34560 m3) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı X3 məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-yə riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması halı aşkar olunmuşdur. Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli, 3-16-5/8-69-840/2023 saylı arayışdan görünür ki, X4 13 may 2028-ci il tarixdə ölmüşdür. Ölüm haqqında 24 may 2018-ci ildə 104 nömrəli akt qeydi tərtib olunmuşdur. Cavabdeh Salyan X14 İdarəsinin rəisi Azər Musayev tərəfindən İsmayılov Mirmövsümə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, yaşayış evində təbii qazdan istifadəyə görə yaranmış əsas borc məbləğinin 3 gün müddətində ödənilməsi təmin edilməlidir. Əks təqdirdə yaşayış evlərinin qaz təminatının dayandırılacağı, iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi və əsas borcla yanaşı məhkəməyə çəkiləcək xərclərində tələb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş Salyan Rayon Məhkəməsinin 2(057)-1253/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X5 Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 4147.20 manat məbləğdən 2073.60 manatın silinməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında quraşdırılmış sayğac, abonent X2 adınadır. O, 13 may 2018-ci ildə vəfat etmişdir. X4 İddiaçı əridir. İddiaçı “Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq qaz sağacından kənar xətt çəkməklə qanunsuz olaraq qazdan istifadə etmiş və həmin hal qanuna müvafiq qaydada sənədləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə 25 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 218 saylı Qərarın 6.5-3-cü bəndinə edilmiş dəyişiklikliyə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Ona görə də, iddiaçıya hesablanmış qaz sərfiyyatına görə itirilmiş məbləğ 24 saat üçün deyil, 12 saat üçün hesablanmalıdır. Həmin əsasa görə cavabdeh təşkilat iddiaçıdan 4147.20 manat məbləğin yarısını, yəni 2073.60 manatı tələb etməkdə haqlıdır. Ona görə də, iddia tələbi 2073.60 manat hissədə təmin olunması daha əsasldır. İddiaçının aktın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbin təmin olunması üçün məhkəməyə sübut təqdim etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Qaz sayğacından kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Məhkəmə həmçinin qeyd edir ki, sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Salyan X14 İdarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 4147.20 manat məbləğdən 2073.60 manat borc **********00000 nömrəli abonent hesabdan silinməlidir. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdehndən 40.70 (qırx manat yetmiş qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Salyan X14 İdarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 4147.20 manat məbləğdən 2073.60 manat borc **********00000 nömrəli abonent hesabdan silinsin. Cavabdehndən 40.70 (qırx manat yetmiş qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-186/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-186/2024
20.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver