Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1861/2023 30.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsində lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Azərmaş “ MMC ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə nömrə 3) əsasən lizinq alan illik 19 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 16 avqust 2021-ci il tarixdə X3, X1 və İddiaçı MMC arasında MAS-2997 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri S.Qafarov öz üzərinə götürmüşdür. 20 avqust 2021-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-2997 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh MAS-2997 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 06 sentyabr 2023-cü il tarixə ümumilikdə 1673,63 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Odur ki, İddiaçı MMC ilə bağlanmış 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 sentyabr 2023-cü il tarixə 1237,85 manat gecikdirilmiş əsas, 265,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 170,71 manat dəbbə pulu, cəmi 1673,63 manat borcun və ödənilmiş 100,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru R.A.İsmayılov rayon məhkəməsinə göndərdiyi ərizəsində işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.Ona gorə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materialında olan öhdəliklərin ötürülməsi barədə 16 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri S.Qafarov öz üzərinə götürmüşdür İş materialında olan öhdəliklərin ötürülməsi barədə 20 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 06 sentyabr 2023-cü il tarixə 1237,85 manat gecikdirilmiş əsas , 265,07 manat gecikdirilmiş mükafat və 170,71 manat cərimə borcu var. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və ödəməyəcəyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdıqları bildirmilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçı təşkilatdan 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinə və öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-dən təhvil almış, iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Ona görədə lizinq obyektinin sahibi avtomobili cavabdehin sahibliyindən geri götürərək lizinq obyektinin cavabdehin sahibliyinə olan müddət üçün nəzərdə tutulmuş ödənişi tələb etmişdir. Azərbaycan Respublikasının MM-nin 747.1.2-ci maddəsinin tələbinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilıməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-nin 747.2-ci maddəsinin tələbinə əsasən Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsasən vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Azərbaycan Respublikasının MM-nin 748.1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən “lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.” Azərbaycan Respublikasının MM-nin 748.1.8-ci maddəsinin “tələbinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.” Azərbaycan Respublikasının MM-nin 748.2.1-ci maddələrinin tələbinə əsasən “lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir.” Azərbaycan Respublikasının MM-nin 748-2.3-cü maddəsinin tələbinə əsasən “Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu əvəzində ödənilmiş 100,40 manat cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın, Cavabdeh 02 noyabr 2020-ci il tarixli MAS-2997 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 sentyabr 2023-cü il tarixə 1237,85 manat gecikdirilmiş əsas, 265,07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 170,71 manat dəbbə pulu və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1861/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1861/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver