Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1873/2023 01.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı əsassız yazılmış cərimənin silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində “Azərişıq» ASC-nin 21 sentyabr 2020-ci il tarixli 026495 saylı akt əsasında qanunsuz hesablanmış 453 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, heyvan saxlayaraq ailəsini saxlayır. Yaşadığı Xurşud kəndindəki ev ona məlum olmayan vaxtdan işıq idarəsində Bərziyə Səfərovun adına qeydiyyata alınmışdır. Səfərov Bərziyə onun qohumu olub oda burada yaşamış və 2021-ci ildə vəfat etmişdir.İşıq idarəsi borcu olan kimi işığını kəsmişdir. Ailəsini saxlamaq üçün yay,qış çöldə heyvan otarır. İşıq idarəsi borcu olduğundan elektrik xəttini sayğaca bağlanan yerdən kəsmiş və sonra ona cərimə yazmışlar. Onun və ailə üzvlərinin aktın yazılmağından belə xəbəri olmamışdır. Kirayədə yaşayır. Faktiki olarak işıq idarəsi ondan 433,62 manat pul tələb etmişdir. Göstərilənlərə əsasən yazılmış cərimənin silinməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, sonuncu məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Həmin səbəbdən məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 026495 saylı aktdan görünür ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın giriş kabeli kəsilib və istismara yararsız vəziyyətdədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1092 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının hazırki iş üzrə iddia qaldırmağa sübyektiv hüququ olmamışdır.Belə ki, iddiaçı elektrik şəbəkəsi ilə heç bir müqaviləsi olmamış,mülkiyyətçiyə dair vərəsəsi deyil və ya ev ona kirayəyə verilməmişdir.Göründüyü kimi iddiaçıyının hazırkı iş üzrə evə münasibətdə heç bir hüququ olmamışdır.Ona görə iddiaçının tələb hüququ olmadığından iş üzrə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsində qeyd olunmuşdur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin 21 sentyabr 2020-ci il tarixli 026495 saylı akt əsasında qanunsuz hesablanmış 453 manat borcun silinməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1873/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1873/2023
01.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver