Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1883/2024 15.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı mülkiyyət hüquqlarından məhrum etməklə, həmin əmlaka tam hüququnun tanınması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X3 xüsusi mülkiyyətində olmuş Salyan şəhəri, Ə.Zeynalov küçəsi, ev 46, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 18 mart 2022-ci ildə ********** nömrə ilə qeydə alınmış 130,5 kv.m ümumi sahəsi olan yaşayış evi və 0,04128 ha torpaq sahəsinə dair mülkiyyət hüquqdan məhrum edilməklə həmin əmlaka özümün tam hüququmun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X3 xüsusi mülkiyyətində Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 46, Yeni qaydalarla ünvan 2 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022ci ildə qeydiyyata alınmış **********01-10301 reystr nömrəsi olan 130.5 kvm xüsusi mülkiyyət, 0.04128 ha olan torpaq sahəsi miras əmlak vardır. X2 xx.xx.1983-cü ildə və anası X6 xx.xx.2019-cu ildə vəfat etmişlər. X2 ilə, anası X3 4 uşağı olmuşdur. Cavabdeh1, Cavabdeh2 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızı. İddiaçı özü ailənin ən böyük qızıdır. Bu barədə Salyan RİHB Salyan şəhər İƏDÜN-dən arayış alınması üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli 5-71- 6/2-482/2024 saylı arayış verilmişdir. X12 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə də eyni zamanda sorğu edilmiş cavabdehlərin doğumu, nikahı barədə sorğu edilsədə icrasının yolverilməz olduğu 3-16-5/8-13-577/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir. Miras əmlakın qəbulu barədə X12 Xidmət Mərkəzindəki Notariat ofisinə müraciət etmiş və vərəsəlik işinin görülməsi üçün vərəsələrin notariat ofisinə gələ bilməməsi, vərəsələr arasında mübahisənin olması səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Notariat ofisi müraciəti qeydə alımış və 329С saylı xx.xx.2024-cü ildə imtina məktubu vermişdir. Sonuncu faktiki mirası qəbul etmiş, lakin cavabdehlər mirası qəbul etməmiş, mirasın qəbul olunması üçün notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Cavabdeh1 24 ildir ki, Cavabdeh2 22 ildir ki, İsmayılova(Axundova) Sevgül Məmmədyar qızı ailə qurmuş və 40 ildən çoxdur ki, həmin evdə yaşamır. Bu günə qədər vərəsələr arasında da narazılıq olmuşdur. İndiki vaxtda artıq miras payının sənədləşdirilməsini istəyir və bugünə qədər də onun mirasdan istifadə etdiyi, qeydiyyatda olduğu realdır. Göstərilənlərə əsasən, onun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızının miras qoyan X3 xüsusi mülkiyyətində olmuş Salyan şəhəri, Ə.Zeynalov küçəsi, ev 46, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 18 mart 2022-ci ildə ********** nömrə ilə qeydə alınmış 130,5 kv.m ümumi sahəsi olan yaşayış evi və 0,04128 ha torpaq sahəsinə dair mülkiyyət hüquqdan məhrum edilməklə həmin əmlaka özümün tam hüququmun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya qarşı etiraz edərək öz payını istədiyini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə digər cavabdehlər Cavabdeh2 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızı da Cavabdeh1 dediklərini bir daha təsdiq edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.1983-cü ildə və X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 46, Yeni qaydalarla ünvan 2 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********01-10301 reystr nömrəsi olan 130.5 kvm xüsusi mülkiyyət, 0.04128 ha olan torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair mühəndisqiymətləndirici M.Mövsümzadə tərəfindən verilmiş 05/15455 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 46-da yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri, 34900 manat qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli Salyan rayon 2 saylı dövlət Notariat kontorunun dövlət notariusu X1 tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X6 ona məxsus olan ünvan 3 ünvanda yerləşən evini və bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. X12 Xidmət Mərkəzində notariat ofisinin m xüsusi notariusu X7 tərəfindən İddiaçı vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixdə verilmiş 329g nömrəli məktubdan görünür ki, vərəsəlik işinin görülməsi üçün vərəsələrin notariat ofisinə gələ bilməməsi, vərəsələr arasında mübahisənin olması tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 03 iyun 2024-cü il tarixli arayışdan görünür ki, onun X2 xx.xx.1983-cü ildə və anası X6 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və onların İddiaçı, Cavabdeh1, Cavabdeh2 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızı adlı vərəsələri qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin vəkil sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli müşaiət məktubunda İddiaçı vərəsəlik işi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə Salyan Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində baxılmış və müvafiq arayışın verilməsi barədə tələbin icrasından imtina olunaraq, müraciətə baxılmasının nəticəsində subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Texniki Pasportdan görünür ki, Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 46, Yeni qaydalarla AZ 5200 ünvan 2 ünvanda reyestr nömrəsi **********01- 10301 olan yaşayış evi X3 mülkiyyətindədir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 46-da yerləşən fərdi yaşayış evi mərhum X3 mülkiyyətində olmuş və o, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mərhumun İddiaçı, Cavabdeh1, Cavabdeh2 və İsmayılova (Axundova) Sevgül Məmmədyar qızı adlı vərəsələri qalmışdır. X6 xx.xx.2019cu il tarixdə ona məxsus olan ünvan 3 ünvanda yerləşən evini və bütün əmlakını vəsiyyətnamə ilə qızı İddiaçı vəsiyyət etmişdir. Fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilmiş, anasının ölümündən sonra doğulduğu və böyüdüyü həmin evdə yaşamaqla evə və həyətyanı torpaq sahəsinə sahiblənmişdir. Cavabdehlər həmin evdən çıxaraq özləri üçün əldə etdiyi başqa evə köçmüş, ailələri ilə birlikdə uzun müddətdir ki, həmin evdə yaşamamışlar. Hazırda iddiaçı həmin evə tam mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 21 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). Hazırki iş üzrə iddiaçı ona mərhum anası tərəfindən verilən vəsiyyətnaməyə əsaslanaraq, həmin əmlaka tam mülkiyyət hüququnun tanınmasını tələb etməsinə baxmayaraq, işdən görünür ki, iddiaçı ilə bərabər miras qoyanın bir neçə vərəsəsi (uşaqları) olmuşdur. Vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Belə ki, Mülki qanunvericiliyə əsasən, vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1883/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1883/2024
15.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver