Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1962/2024 20.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X4 və üçüncü şəxs Salyan Regional “ASAN xidmət” mərkəzinin Notariat Kontoruna qarşı “miras əmlakın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – iddiaçı) məhkəməyə ərizə ilə müraciət edərək mərhum atası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/4 hissəsinin vərəsələri, yəni onun və Cavabdeh (bundan sonra - cavabdeh) arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda ünvan 2 ünvanında yaşayır. Mərhum atası X12 xx.xx.2024-cü ildə vəfat etmiş və atasının vəfatından sonra ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0.02685 ha torpaq sahəsində yerləşən 143.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin fərdi yaşayış evinin 1/4 hissəsi ona, 3/4 hissəsi mərhum atasına məxsus olmuşdur. Atasının vəfat etməsindən sonra vərəsəsi olaraq o və ikinci arvadı X4 birinci növbə vərəsə olaraq qalmışlar. Hazırda vərəsələr arasında mübahisə olduğu üçün miras əmlakın bölüşdürülməsi mümkün deyildir. Cavabdeh mirasın bölünməsinə razı deyildir və onu miras əmlakdan istifadə etməyə, həmin evdə yaşamağa qoymur. Həmçinin, mərhum atası sağ ikən onun məcburi paydan məhrum olunmağı barədə məhkəməyə müraciət etmiş, lakin Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən iddia təmin olunmamışdır. Hazırda onun vərəsəlik hüququ saxlanılmış və bu hüquqdan məhrum olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən mərhum atasından qalmış miras əmlak vərəsələri arasında bölüşdürülməlidir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh və cavabdehin nümayəndəsi vəkil məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə məlumat vermişdir ki, xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirakı mümkün olmayacaqdır. İşə onların iştirakları olmadan baxılmasını və vəsiyyətnamənin nəzərə alınaraq iddianın qismən - məcburi pay həddində təmin edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh və cavabdehin nümayəndəsi vəkilin iştirakı olmadan işə Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs Salyan Regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belkə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli Salyan rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X12 həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evinin ona məxsus olan ¾ hissəsini və bütün əmlakını ünvan 2-da yaşayan arvadı Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1133.1ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarında olan X7 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1965-ci ildə anadan olmuşdur, onun atası X8r. İş materiallarında olan X11 Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X9 arasında nikah xx.xx.1988-ci il tarixdə bağlanmış, arvada “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)- 306/2011 saylı qətnaməsindən görünür ki, X5 İddiaçı qarşı məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-306/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisindən (X18) X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024cü il tarixdə Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum atası X3 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı etdiyi müraciətə cavab olaraq bildirilir ki, vərəsələr arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuşdur. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1-də yerləşən ümumi sahəsi 143,8 kvm. olan fərdi yaşayış sahəsinin ¾ hissəsinə X5, ¼ hissəsinə isə İddiaçı mülkiyyət hüququ müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olnmuşdur ki, iddiaçının atası X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı miras qoyanın birinci növ vərəsəsidir və o, miras əmlakı faktiki qəbul etmişdir. Eyni zamanda X4 da miras qoyanın birinci növ vərəsəsi, eyni zamanda vəsiyyət üzrə vərəsəsi olmaqla miras əmlakı qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, miras əmlakdan iki vərəsəyə pay almaq hüququ tanınmalıdır. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsi İddiaçı, 9/16 hissəsi isə X2 verilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsi İddiaçı, 9/16 hissəsi isə X2 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1962/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1962/2024
20.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver