Məhkəmə qərarları › İş №2(057)-197/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-197/2024

20.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-197/2024 20.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi 10 may 1983-cü il təvəllüdlü İ qrup əlil X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, 10 may 1983-cü il tarixdə Salyan rayonunda anadan olmuş X6 müddətsiz İ qrup əlildir, ruhi xəstədir, onun əmək qabliyyəti yoxdur. Qızı kənar şəxslərin himayəsi olmadan özünü idarə edə bilmir. Dəfələrlə müalicə olunmasına baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş məlumatlardan görünür ki, müddətsiz İ qrup əlil hesab edilmişdir və əmək qabliyyətsizdir. Odur ki, məhkəmədən qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X4” X8 xx.xx.2024-cü il tarixli 472 saylı rəyindən görünür ki, X3 epilepsiya nəticəsində DEMANSİYA (ağıl zəifliyi) aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. İş materiallarına əlavə olunmuş X1 tibbi kartasından çıxarışdan görünür ki, X6 xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək stasionar müalicədə olmuş və ona “ Epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicələr təyin edilmişdir. Salyan Rayon Psixiatriya Xəstəxanasının ambulator kartadan çıxarışdan görünür ki, X6 xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək müayinədə olmuş və ona “ Epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə şəxsiyyətin dəyişkənliyi” diaqnozu təyin edilmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xəstəlik tarixindən çıxarışdan məlum olur ki, X6 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək stasionar müalicədə olmuş və ona “ Baş beynin üzvi xəstəliyi nəticəsində yaranan ağıl zəifliyi. Şəxsiyyətin dəyişməsi qıcolma tutmaları ilə” diaqnozu təyin edilmişdir. İş materiallarına əlavə olunmuş TSEK-in elektron arayışından məlum olur ki, “Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Mərkəzi sinir sisteminin Üzvü xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi demensiya, psixotik daxilolmalar, emosianol iradi pozuntular, psixopatabənzər davranışlarla, intellektin ağır dərəcədə geriləməsi MMSE-6 bal. Kənar şəxsin qulluq və nəzarətindən asılılıq. Oynağın ankilozu, Sağ bud-çanaq oynağının ankilozu, ətrafların müxtəlif uzunluğu (qazanılma), sağ aşağı ətrafın 5 sm qısalığı Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, Bud sümüyünün varus . deformasiyası” diaqnozları ilə 1 dərəcəli əlillik təyin edilməlidir. İş materiallarında olan X5 surətindən görünür ki, X6 xx.xx.1983-cü ildə Salyan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərin mənasın dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1983-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar