Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1990/2024 10.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin Planı və ölçüsü”, torpaq sahəsi ayrılması barədə “Torpaq qeydi” və Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin verdiyi Texniki Pasportda onun adının “İddiaçı” kimi oxunmaqla qeyd edilən sənədlərin ona məxsus olması faktının təsdiq olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona torpaq sahəsi ayrılması barədə “Torpaq qeydi”ndə adı texniki səhv səbəbindən “X4” kimi qeyd edilmişdir. Bu səhvi aradan qaldırmaq üçün yerli icra hakimiyyəti orqanlarına və DƏDRX-nin 13 saylı ərazi İdarəsinə müraciət etsə də, heç bir nəticəyə nail ola bilməmişdir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün müraciət etməyinin səbəbi ona verilmiş torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında qeydə aldırmaqdır. Lakin qeyd etdiyi sənəddə yol verilmiş texniki səhv onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reysetr Xidmətinin 13 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında ərizəçi İddiaçı bildirmişdir ki, onun övladı yoxdur, torpağını bacısının oğlu Aləddinin adına sənədləşdirmək istəyir. “Torpaq qeydi” sənədində adı və ata adı yanlış, yəni “X4” olaraq qeyd edildiyi üçün sənədləşmə işlərini yekunlaşdıra bilmir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, tərəflərindən təqdim edilmiş “Torpaq qeydi” X3 adınadır. Müraciət zamanı səlahiyyəti təsdiq edən sənəd barədə məlumat təqdim edilməmişdir. Eləcə də, X3 daşınmaz əmlakının başqasına keçməsi, özgəninkiləşdirilməsi (Alğı-satqısı, bağışlanılması, vərəsəlik edilməsi və s.) barədə notarial təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli arxiv arayışından görünür ki, X9 filialında mühafizə olunan Salyan rayon VVAQ-şöbəsinin arxiv sənədlərində, o cümlədən 1938-ci ilə aid 479 №-li doğum qeydiyyatı aktında İddiaçı 09 dekabr 1938-ci ildə təvəllüd tapması qeyd edilmişdir. Atası-Zeynalov ***X11 8.4.6.1, (sənəddə belədir), anası-X5r. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 325804 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin sənəd Salyan rayon İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2010-cu il tarixli 211-s saylı sərəncamı ilə X2 Salyan şəhərində 417.95 kvadratmetr həyətyanı torpaq sahəsinin verilməsi barəsində tərtib edilmişdir. İş materiallarında olan X6 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə Salyan rayonunda anadan olmuşdur. İş materiallarında olan diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1961-ci ildə Səhiyyə Nazirliyinin Salyan Tibb Məktəbinin “mamalıq” şöbəsinə daxil olmuşdur. İş materiallarında olan Torpaq Qeydinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 istifadəsinə ümumi sahəsi 286 kv.m., olan torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2010-cu il tarixli 211-s saylı sərəncamı ilə Salyan şəhərində ümumi sahəsi 417.95 kvadratmetr olan həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. Lakin torpağın ayrılmasına dair “torpaq qeydi”ndə texniki səhvə yol verilmiş, İddiaçı əvəzinə X1 qeyd olunmuşdur. Ərizəçi “Torpaq qeydi”ndə qeyd olunmuş ad uyğunsuzluğunun aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də, nəticəsiz qalmışdır. Göründüyü kimi, “Torpaq qeydi”ndə “İddiaçı” kimi qeyd edilməli olduğu halda texniki səhv nəticəsində “X4” göstərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 istifadəsinə ümumi sahəsi 286 kv.m., olan torpaq sahəsinin ayrılmasına dair “Torpaq qeydi”nin İddiaçı məxsus olmasının fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə hesab edir ki, dövlət aktında texniki səhvə yol verildiyindən X3 istifadəsinə ayrılmış “Torpaq qeydi”nin İddiaçı məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233, 307-311 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilisin. X3 istifadəsinə ayrılmış “Torpaq qeydi”nin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1990/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1990/2024
10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver