Məhkəmə qərarları › İş №2(057)-211/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-211/2023

23.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-211/2023 23.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı aktların ləğv edilməsi və aktlar əsasında əsassız yazılmış cərimələrin silinməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində «Azəriqaz» X1 Qaz İdarəsi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* saylı aktın və “Təbii qazın uçotunun pozulması haqqında” tərtib edilmiş ********* saylı aktın ləğv edilməsi, həmin aktlar əsasında hesablanmış 267.48 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçıbildirmişdir ki, Salyan rayonu, Çadırlı kəndində yaşayır və təbii qaz istifadəçisidir. Qaz idarəsinin işçiləri hər ay dəfələrlə qaz sayğacına baxış keçirmişlər. Terminal vasitəsilə sərfiyyatı qeydə almış və qaz sərfi barədə bildiriş təqdim olunmuşdur. Həmin bildirişə görə ödənişlərini vaxtında etmişdir. Qaz sayğacı həyətdən çöldə açıq şəraitdə qurulmuşdur və heç bir qoruyucu örtüklə təmin edilməmişdir. Sayğacın işləyib-işləmədiyini, toxunulmazlığını və göstəricisini onun iştirakı, yaxud iştirakı olmadan qaz işçiləri istədikləri vaxt yoxlaya bilmişlər. xx.xx.2022-ci il tarixdə Salyan Qaz İdarəsinin işçiləri istifadəsində olan qaz sayğacının istismar müddəti bitdiyi üçün onun iştirakı ilə yenisi ilə əvəz etmişlər. 2022-ci il noyabr ayında qaz pulu ödədiyi vaxt hesabında 267.48 manat artıq borc olduğunu görmüşdür və Salyan Qaz İdarəsinə gedərək borcun yaranma səbəbinə aydınlıq gətirmək istəmişdir. Salyan Qaz idarəsində ona laboratoriyanın rəyinə əsasən fərdi yaşayış evindən çıxarılmış qaz sayğacının minimal sərfiyyatda nisbi xəta ilə işlədiyi və keçən qazın həcmini qeyd etmədiyi bildirilmişdir.Həmin səbəbdən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* saylı akt əsasında 172.80 manat cərimə və “Təbii qazın uçotunun pozulması haqqında” tərtib edilmiş ********* saylı akt əsasında 94.68 manat cərimə hesablanmışdır. Hər iki akt qanunsuz yazılmışdır və aktların yazılmasından onun xəbəri olmamışdır. Qaz sayğacının üzərində xüsusi plomb olmuşdur və həmin plomb sayğac sökülən zaman Salyan Qaz İdarəsinin işçiləri tərəfindən qırılmışdır. Salyan Qaz İdarəsinin rəhbərliyinə aktlarla razı olmadığını bildirmişdir. X2 Qaz İstismar İdarəsinin göstərişi ilə yazıldığını bildirərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hesablanmış cərimələr əsassız olduğundan iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 30 iyun 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçının sayğacı minimal sərfiyyatda nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Məhkəmədə elan olunmuş 25 iyul 2022-ci il tarixli, ********* saylı təbii qazın uçotunun pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus yaşayış sahəsində quraşdırılmış G-4 markalı 10291795 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı tərəfindən 1440 kub metr təbii qaz itirilmişdir. Məhkəmədə elan olunmuş 06 may 2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2022 -ci il tarixli, ******* saylı müqavilənin surətindən görünür ki, istehlakçı İddiaçı iə “Azəriqaz İB X3 İstismar İdarəsi arasında müqavilə bağlanmışdır. Məhkəmədə elan olunmuş abonent nömrəsi **********00970 olan İddiaçı qaz sərfiyyatına dair saldosundan görünür ki, iddiaçının qaz sərfiyatına görə qalıq və aktlardan 267.48 manat borcu yaranmışdır. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, abonentə məxsus sayğacın qaz sərfiyyatını qeydə almaması halında abonentin təqsiri olmamışdır. Она эюря дя иддиачынын щярякятляриндя мцлки щцгуг позунтусу олмадыьындан онун цзяриня мцлки мясулиййятин гойулмасы доьру дейилдир. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır.Cavabdeh belə bir əlaqənin mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istehlaklçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gorə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçıya məxsus olan ünvanda akt tərtib edilərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələbləri pozulmuşdur, yəni akt tərtib edilərkən hal şahidləri iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. «Azəriqaz» X1 Qaz İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt və “Təbii qazın uçotunun pozulması haqqında” tərtib edilmiş ********* saylı akt ləğv edilsin və aktlara əsasən hesablanmış 267.48 manat borc hesabından silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar