Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2121/2024 03.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 10 may 2024-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən 4320 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış 518.40 manat debitor borcun onun abonent hesabından silinməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı 10 may 2024-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən 4320 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış 518.40 manat debitor borcun onun abonent hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, ailəsilə birlikdə Salyan rayonu Gəncəli kəndində yaşayır. Yaşadığı fərdi evdə xeyli vaxtdır ki, təbbi qazdan istifadə edir. Barəsində tərtib edimiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə qeyd edilmişdir ki, G-4 markalı **********8 saylı saygaca ümumi baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. Sayğac istismara yararsızdır. 10 may 2024-cü ildə cavabdeh təşkilatın əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan üzrə 4320 (dörd min üç yüz iyirmi) kubmetr qaz səfiyyatı hesablanmışdır. Həmin qazın dəyəri olan 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc abonent saldosuna daxil edilmişdir. Bildirmiş ki, onun və ailə üzvləri tərəfindən, qaz sayğacına müdaxilə edilməmişdir. Tərtib edilmiş aktda, qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir. Bundan əlavə sayğac açılıb labaratoriyaya göndərilərkən onun iştirakı ilə qablaşdırılmamış və möhürlənməmişdir.Labaratoriyada qaz sayğacına baxış keçirilərkən iştirakı təmin edilməmişdir. X6 gedərək, qaz idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində, etirazını bildirmişdir. Qaz sayğacına istehlakçı tərəfindən müdaxilə halı sübut olunmadan ədalətsiz olaraq borc şəklində öhdəlik, onun üzərimə qoyulmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş akt ləğv edilməlidir. İstifadəsində olan qaz sayğacı həyətdən kənardadır. X5 əməkdaşları tərəfindən qaz sayğacı qoruyucu örtüklə təmin edilməmişdir. Qaz sayğacı qoruyucu örtüksüz və həmçinin həyətdən kənar olduğu üçün, başqa şəxslər tərəfindən ona edilən müdaxilələr qaçılmazdır. Ona görə də, “X2” X7 İstismar İdarəsinə qarşı 10 may 2024-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən 4320 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış 518.40 manat debitor borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, qaz sayğacı həyətdən kənardadır. Sayğac qoruyucu örtüklə təmin edilməmişdir. Qaz sayğacı həyətdən kənar olduğu üçün başqa şəxslər tərəfindən ona edilən müdaxilələr qaçılmazdır. Bu səbəbdən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 bildirmişdir ki, vətəndaşın sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonentin sayğacında çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi mövcuddur. Bu hal əməkdaşlar tərəfindən aşkar olunmuş və lazımi tədbirlər görülmüşdür. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 may 2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. İş materiallarına əlavə olunmuş, 15 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 4320 kub metr hesablanmışdır. Abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 518.40 manat borcu vardır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən qaz sərfiyyatının azaldılması üçün qəsdən müdaxilə edildiyi aktlarda əks olunmuşdur. Belə ki, aktda sayğaca müdaxilə olunması və qaz sərfiyyatında dəyişikliklər baş verməsi göstərilmişdir. Bu, istifadəçinin məsuliyyətini təsdiqləyir və borcun hüquqi olaraq mövcud olduğunu göstərir. Sayğacın plastmas borusunda dəliyin açılmasında istifadəçinin özü maraqlı olmuş, abonent həmin qayda ilə qaz sərfiyyatının az göstərilməsinə çalışmışdır. Bu hallar qaz təchizatı qaydalarının kobud şəkildə pozulması və qanunsuz qaz istifadəsi kimi qiymətləndirilir. İstifadəçi, qaz sərfiyyatının azaldılması üçün qəsdən müdaxilə edərək öz hərəkətləri ilə dəymiş ziyana səbəb olmuşdur. İstifadəçi qaz təchizatından istifadə etdiyinə görə, müqavilə əsasında ödəniş etmək öhdəliyi daşıyır. Plombların pozulması və qeyri-qanuni qaz istifadəsi nəticəsində istifadəçi qanuni məsuliyyət daşıyır və borcun silinməsi üçün heç bir əsas yoxdur. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda qaz sərfiyyatının az göstərilməsi məqsədilə edilən müdaxilələr konkret olaraq təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, rəsmi qurum tərəfindən təsdiqlənmiş akt və tələbnamə məhkəmə üçün etibarlı sübut hesab olunur. Tələbnamədə dəymiş ziyan dəqiq hesablanmış və qanuni aktlarla əsaslandırılmışdır. Borcun ləğvi ilə bağlı iddia yalnız istifadəçinin məsuliyyətini tamamilə aradan qaldıran qanuni əsaslarla təmin edilə bilər. Bu sənədlərdə isə borcun mövcudluğu təsdiqlənir. İddiaçı isə borcun mövcud olmadığını və ya hüquqi əsaslarının olmadığını sübut edə bilməmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçının təqdim etdiyi sənədlər və arqumentlər borcun mövcud olmadığını sübut etmək üçün kifayət deyil. X2 tərəfindən təqdim olunan akt və tələbnamə, həmçinin dəymiş ziyanın hesablanması ilə bağlı rəsmi sənədlər borcun mövcudluğunu və hüquqi əsasını təsdiq edir. Odur ki, istifadəçi qaz təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq ödəniş etmə öhdəliyini yerinə yetirmədiyi üçün məhkəmə iddianın rədd edilməsini daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində qeyd olunmuşdur ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsində qeyd olunmuşdur ki, Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5-ci maddəsində göstərilmişdir ki, əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qanunvericiliyin məzmunundan aydın olur ki, hüquq pozuntusunun mövcud olması üçün hüquq pozuntusu törətmiş şəxsin hərəkətləri ilə nəticə arasında səbəbli əlaqə olmalıdır. Göründüyü kim, iddiaçının hərəkətləri ilə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində nəzərdə tutulur ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-2121/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2121/2024
03.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver