Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2130/2025 06.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 310 manat, gecikməyə görə 90 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhərində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “Bal Elektro” mağazasında telefon və məişət avadanlıqlarının satışı ilə məşğul olur. Cavabdeh bir həmyerli kimi tanıyır. Məleykə mobil telefon almaq üçün 19 yanvar 2024-cü il tarixində mağazaya onun yanına gəlmişdir. Ona bildirdi ki, mobil telefonu dəyərini hissə-hissə ödəmək şərti ilə almaq istəyir. O da etiraz etməmişdir. Onlar aralarında razılığa gəldikdən sonra, Məleykə ilə 015 saylı, 19 yanvar 2024-cü il tarixli Alqı- Satqı müqaviləsi bağlamışlar. O və Məleykə hər ikisi müqaviləyə imza etmişlər. Müqavilə bağladıqdan sonra o cavabdehə ümumi dəyəri 620 manat olan bir ədəd Redmi Note 13 markalı mobil telefon satmışdır. İlkin olaraq 70 manat ödəniş etmiş və 10 ay müddətinə hər ay 55 manat ödəniş etməli idi. Lakin cavabdeh bugünə kimi cəmi 460 manat ödəniş etmişdir. Hazırda cavabdehin ona 160 manat borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən gecikdirilən hər gün üçün əlavə məcmu borcun 1 faizi dəyərində penya hesablanır. Qalıq borc 160 manat olduğundan bu da 80 manat təşkil edir. Beləliklə əsas borc 160 manat, gecikməyə görə 80 manat borc yaranmışdır. O cavabdehin vəziyyətini nəzərə alaraq gecikməyə görə 50 manat tələb edir. Cavabdeh növbəti dəfə 02 may 2024-cü il tarixində yenidən mağazaya yaxınlaşıb mobil telefon almaq istədiyini bildirmişdir. Ona bildirmişdir ki, mobil telefonun dəyərini hissə-hissə ödəmək şərti ilə almaq istəyir. O da etiraz etməmişdir. Onlar aralarında razılığa gələndən sonra, Məleykə ilə 122 saylı, 02 may 2024-cü il tarixli Alqı-Satqı müqaviləsi bağlamışdır. O və Məleykə hər ikisi müqaviləyə imza etmişlər. Müqavilə bağladıqdan sonra o cavabdehə ümumi dəyəri 450 manat olan bir ədəd Samsung A15 markalı mobil telefon satmışdır. İlkin ödəniş olaraq 50 manat ödəniş etmiş və 8 ay müddətinə hər ay 50 manat ödəniş etməli idi. Lakin cavabdeh bugünə kimi cəmi 300 manat ödəniş etmişdir. Hazırda cavabdehin ona 150 manat borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən gecikdirilən hər gün üçün əlavə məcmu borcun 1 faizi dəyərində penya hesablanır. Qalıq borc 150 manat olduğundan bu da 70 manat təşkil edir. Beləliklə əsas borc 150 manat, gecikməyə görə isə 70 manat borc yaranmışdır. O cavabdehin vəziyyətini nəzərə alaraq gecikməyə görə 40 manat tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllə) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərin iddia ərizəsində göstərilən ünvana rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 015 saylı, xx.xx.2024-cü il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən iddiaçı, Cavabdeh dəyəri 620 manat olan Redmi Note 13 markalı telefon satmışdır. İş materiallarında olan 122 saylı, xx.xx.2024-cü il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən iddiaçı, Cavabdeh dəyəri 450 manat olan Samsung A15 markalı telefon satmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış 21 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 310 (üç yüz on) manat əsas, 90 (doxsan) manat gecikməyə görə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 310 (üç yüz on) manat əsas, 90 (doxsan) manat gecikməyə görə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 430 (dörd yüz otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2130/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2130/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver