Məhkəmə qərarları › İş №2(057)-2153/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2153/2025

03.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2153/2025 03.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasdan iddiaçıya çatası payın müəyyən olunması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “mirasdan iddiaçıya çatası payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 07 iyun 2002-ci il tarixində Salyan şəhər sakini X6 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, Salyan şəhərinə gəlin köçmüşdür. Azər Nəzərovla birgə nikahlarından 11 aprel 2002-ci il tarixində Cavabdeh, 13 avqust 2003-cü il tarixində Azərin Nəzərova və 21 iyul 2005-ci il tarixində isə Eynulla Nəzərov doğulmuşdur. Gəlin köçdüyü gündən 15 aprel 2009-cu il tarixinədək davamlı həmin evdə yaşamaqla birgə təsərrüfata sahib olmuşdur. ünvan 1 ünvanına gəlin köçəndən sonra, mərhum həyat yoldaşının sağlığında, orada özləri üçün ayrıca bir ev də inşa etmişlər. Lakin həyat yoldaşı Azər Nəzərov 23 mart 2009-cu il tarixində vəfat etmiş, bundan sonra qaynası onu evdən məcburi olaraq çıxarmaq istəmiş, Salyan rayon məhkəməsinə yaşayış hüququmun tanınması barədə ərizə ilə müraciət etmiş və Salyan rayon məhkəməsinin 04 avqust 2009-cu il tarixli qətnaməsinə əsasən Salyan şəhəri, Y.Zərğərli küçəsində yerləşən 183 nömrəli evə uşaqları ilə birlikdə köçürülməyi qət edilmişdir. Həmin vaxtdan həmin ünvanda yaşamaqla təsərüffat aparır, Uşaqları Bakı şəhərində ali təhsil aldıqları üçün onların qayğısına qalmaq və tələbatlarını ödəmək üçün çox vaxtlarda onların yanında yaşayır, tətil vaxtlarında isə Salyan şəhərində yerləşən həmin evə qayıdır. Qayınanası və baldızalrı həmin evdən ona çatası paydan (mərhum ərinə çatası) onları məhrum etmək və bütün əmlaka dair özlərinə qanun üzrə vərəsləik şəhadətnaməsi almaq istəyirlər. Halbuki, o və uşaqlarının mərhum Azər Nəzərovun vərəsələridir və onların həmin evdən məcburi pay hüquqları vardır. Belə ki, yuxarıda qeyd etdiyi kimi mərhum ərinin sağlığında onlar eyni həyətdə əlavə ev inşa edərək orada yaşamağa başlamışlar. Baxmayaraq ki, həmin ev mərhum qaynatanın adına dövlət reyesrində qeydiyyata alınarkən bir yaşayış evi kimi qeydiyyata alınmışdır, lakin həmin evin hazırda da, bütün kommunal xərclər onun adınadır və tərəfindən ödənilir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci və 261.0.1-ci maddələrinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, X8 Xidmət Mərkəzinin xüsusi notariusu Nail Orucov tərəfindən 30 aprel 2025-ci il tarixdə İddiaçı məktub ünvanlanmış, həmin məktubda qeyd edilmişdir ki, X3 xx.xx.1997-ci il tarixdə vəfat etmiş atası X1 qalmış mirasa dair vərəsəlik ilə əlaqədar Salyan regional "ASAN Xidmət" mərkəzində olan notariat ofisinə müraciət etmişdir. Sənədlərə baxış keçirilən zaman İddiaçı da vərəsə olduğu müəyyən olunmuşdur. Lakin İddiaçı tərəfindən qanunvericiliklə vərəsəliyin qəbulu üçün təyin olunmuş müddətdə notariat ofisinə hər hansı bir müraciət olmamışdır. Qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi verilməsi ilə əlaqədar X1 miras qalmış əmlaklarla əlaqədar faktiki qəbul barədə zəruri sənədləri birlikdə notariat ofisinə, bu olmadıqda isə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edərək bu barədə müvafiq sənədləri 20 gün müddətinə Salyan regional "ASAN Xidmət" mərkəzində olan notariat ofisinə təqdim etməsi xahiş olunmuşdur, Əks halda vərəsəlik şəhadətnaməsi faktiki qəbul edən vərəsələrə veriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd olunmuş maddələrinə əsasən: 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1324. Vərəsə miras açıldıqdan sonra onun müəyyənləşdirilmiş müddətdə qəbulundan imtina etmədən ölərsə, mirasın qəbulundan imtina etməmiş vərəsənin vərəsələri ilkin miras qoyandan qalmış əmlaka mirasın qəbulundan imtina etməmiş vərəsənin əmlakı kimi vərəsəlik şəhadətnaməsi ala bilərlər. 1325.1. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 1325.2. Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir. 1325.3. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir. 1325.4. Hər bir miras şəriki bu Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər. 1325.5. Bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şəhadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir. Beləliklə, mülki qanunvericiliyin tələblərinə əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əvvəlcə notariusa müraciət edilməli, vərəsələr arasında mübahisə olduğu halda məhkəməyə müraciət edilməlidir. Hazırki halda isə iddiaçı notarius tərəfindən ona ünvanlanmış müvafiq müraciətə baxmayaraq notariusa müraciət etmədən məhkəməyə müraciət etmişdir. Vərəsələr arasında isə hər hansı bir mübahisənin olması iş materiallarından görünmür. Belə olan halda iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4. maddəsinə əsasən, İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə iş üzrə icraata xitam verilirsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “mirasdan iddiaçıya çatası payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsi tərəfindən İddiaçı qaytarılsın Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar