Məhkəmə qərarları › İş №2(057)-2200/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2200/2023

15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2200/2023 15.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması barədə” ərizəsi üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə təqdim edərək ərizə düzgün tərtib olunmadığı üçün 2(057)-2200/2023 saylı mülki iş üzrə ərizənin baxılmamış saxlanılması və əlavə edilən sənədlərin ona qaytarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə maraqlı şəxs DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə ərizəçilərin ərizələri üzrə mülki işin baxılmamış saxlanılmasına dair tələbinə qiymət verərək qeyd edir ki, qanunvericilikdə məhkəmə hazırlıq iclasında mülki işin baxılmamış saxlanılması yox, məhz iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçilər ərizə üzrə mülki işin baxılmamış saxlanılmasını tələb etsələr də, əslində onlar ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmasını nəzərdə tutmuşlar. Məhkəmə hesab edir ki, hazırlıq iclasında ərizəçilər məhkəməyə ərizə təqdim edərək ərizələrinin qaytarılmasını xahiş etdiklərindən həmin ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259- 260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması barədə” iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan rayon məhkəməsinə şikayət vermək olar. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar