Məhkəmə qərarları › İş №2(057)-2305/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2305/2025

30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2305/2025 30.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi, Üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üçüncü şəxs qismində cəlb etdiyi “arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üçüncü şəxs qismində cəlb etdiyi “arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək X6 filialı tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 3-48 DA/9F-2-57/2025 nömrəli arxiv arayışının Salyan rayonu Qaraçala qəsəbə SSRİ-nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq savxozunun arxiv sənədlərində, o cümlədən 1970-1975-ci illərə aid işçi şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərindən aidiyyatı hissəsinin ona aid olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, pensiya yaşına çatmış və bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra -Fond) 2 saylı Şirvan Salyan regional filialına müraciət etmiş, müraciətə verilmiş cavabda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7- ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan verdikdə sğorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sğorta stajı olduqda (2017- ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş səxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020- ci i1 tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanununun 22-1,1-ci maddəsinə uyğun olaraq 2019- cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi səxsi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025- ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsi müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən səxslərdə daxil olmaqla) 2006- ci il yanvarın 1-dək olan sğorta stajı 25 il, 2026 ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərin surətlərindən qeyd olunan məlumatlara əsasən 1970-1975-ci illər üzrə əmək fəaliyyəti dövrü üzrə adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla cəmi sğorta stajı 8 il 5 ay 9 gün təşkil edir. Həmçinin Nazirliyi elektron informasiya ehtiyatlarındakı məlumatla əsasən xx.xx.2006-cı il tarixindən 01.072018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtib qaydaları” na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1983 cü il tarixindən xx.xx.1999-cu il tarixinədək (işdən azadolma zamanı “Əmək Məcəlləsinə”istinad olunub yazılmalı olduğu halda xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılmışdır) doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 2 saylı Şirvan Salyan regional filialına təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün araşdırılaraq sğorta stajı daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutlan müddətdən ( 25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydalarda araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Ona xx.xx.2021-ci il tarixindən proaktiv qaydaya görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 mant lmaqla davam etdirilir. “İnzibati icraat haqqında ””Azərbaycan Respublikası Qanununun 72.1- ci və 73- cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ( və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Şirvan İnzibati məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, soy adında İlyasov qeyd edilmişdir. X6 filialında mühafizə olunan Salyan rayon Qaraçala qəsəbə sovxozunun 1970-1975-ci illərə aid əmək haqqı cədvəllərində İlyasov Eldar iş fəaliyyəti filial tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 3- 48 DA/9F-2- 57/2025 nömrəli arxiv arayışının qeyd olunan əmək haqqının surətləri 3 (üç) və 1970-1975-cı illərə aid şəxsi heyət üzrə əmrlərində 04 fevral 2025-cü il tarixli, 3-48 DA/9F-2-57/2025 nömrəli arxiv arayışı təqdim edilmidir. Əsas : fond .No166.siy No2.iş No148.v.45 Fond Ne 166. Siy No2, iş No159,v.71, iş Ne 171, v.39, iş No 182, v.28, iş Ne 194, v.94, iş No 195, v, 18, iş No 2003, v.52. Qeyd : Azərbaycan Respublikası Dövlət Arxivlərinin Əsas iş qaydaları 8.4.6.1. Ərizəçi *** X4 (“Sənəddə belədir”) Ərizəçi adına verilmiş 04 fevral 2025-ci il tarixli, 3-48 DA/ƏF-2-57/2025 nömrəli arxiv arayışını X6 filialında mühafizə olunan arxiv sənədlərində, o cumlədən 1970-1975-cı illərə aid şəxsi heyət üzrə əmr kitablarına əsasən araşdırmışlar. Araşdırma zamanı aşağdakı qeyd edilən məlumatlar aşkar edilmişdir. Arxiv çıxarışı İlyasov Eldar (ata adı qeyd edilməyib) 5-ci şöbədə fəhlə Əmr No 94 6:3 xx.xx.1970 01.05.70-ci tarixdən aşağıda adları göstərilən məktəblilər pambıq alağına təhkim edilsinlər: İlyasov 10 illik təhsil k/t-nin mexanikləşdirilməsi texnik-mexanik ixtisası üzrə İİl-kursa 59, Ərizəçi Əmr .No53 662 xx.xx.1971 01.04.71-ci il tarixdən aşağıda adları göstərilən məktəblilər pambıq alağına təhkim edilsinlər . X13 .No57 d9 xx.xx.1972 01.06.72-ci il tarixdən aşağıda adları göstərilən məktəblilər pambıq alağına təhkim edilsinlər . X13 Ne53 6:8 xx.xx.1973 08.05.73-cü il tarixdən aşağıda adları göstərilən pambıq alağına təhkim edilsinlər . X13 Nə18 6620 xx.xx.1974 aşağıda adları göstərilənlər 01.01.73-01.12.73 15 iş günü məzuniyyətə buraxlısınlar X13 Ne27 xx.xx.1975 aşağıda adları göstərilənlər 01.01.74- 01.01.75 15 iş günü məzuniyyətə buraxılsınlar X12: Fond No166:siy. No2, işNo141, v.49: işNo154,v.19, işNo170,v.29, iş№179, v.25, iş.No190,v.35, işNo204,v.38 İlyasov Eldar (ata adı qeyd edilməyib) .Əsas: Fond №166,siy. № 2, iş №148, v.45, iş № 159,v.71, iş №171,v.39, işNo182, v.28: iş.No194,v.94, iş.No195,v.18, iş No2003,v.52 Qeyd: ***Azərbaycan Respublikası Dövlət Arxivlərinin Əsas iş Qaydaları- 8.4.6.1 bəndinə əsasən Ərizəçi -İlyasov Eldar ( “ sənəddə belədir ” ) . Göründüyü kimi arxiv çıxarışında və tərtib edilmiş aktda onun soyadı səhv qeyd edilmiş və İlyasov kimi göstərilmişdir. Faktiki olaraq həmin şəxs o özüdür. Bununla bağlı şahidlər və zəruri sübutlar məhkəməyə təqdim edilmişdir. Ərizəçi ərizədə 3-cü şəxs kimi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalını qeyd etmiş, lakin sonradan məhkəməyə ərizə təqdim edərək texniki olaraq filialın adını səhv qeyd etdiyini bildirmiş, onun tələbinin Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı olduğunu qeyd etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Ərizəçi ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Fespublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabəliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillalına ərizə ilə müraciət etmiş və xx.xx.2025-ci it tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2025-ci il tazixli 3-17-1/2-E-68272/72025 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərinə əsasən Ərizəçi sığorta stajı qanunla nəzərdə tutulandan Ərizəçi Məemməd oğluna yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra E.X7 Məhkəməsinə müraciət etmişdir. Ərizə şahidlərlə bağlı zəruri sübutların məhkəmə təqdim edilməsini bildirsə də “AZEMİS” Elektron Məhkəmə informasiya Sistemində araşdılmış Elektron Kabinetdən görünür ki, şahidlərin əmək kitabçaları elektron kabinetə əlavə edilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X6 filialının əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilən birgə aktdan görünür ki, əmr kitabları və əməkhaqqı sənədlərində vətəndaşın soyadı İlyasov yazılıb və işçilərin ata adları qeyd olunmayıb. Belə olan halda, “İlyasov” soyadı ilə icra edilmiş qeydlərin həqiqətən də ərizəçiyə aid olub-olmaması qeyri- müəyyəndir. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə X6 filialının hər hansı cavabı mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Odur ki, Ərizəçi “arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair 2(057)-2305/2025 nömrəli iş üzrə ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi tam müdafiə edərək göstərmişdir ki, o, Salyan rayonu Qaraçala qəsəbəsində pambıqçılıq sovxosunda işləmiş, həmin əmək fəaliyyəti ilə bağlı arxiv sənədlərində soyadı səhvən “İlyasov” kimi göstərilmişdir. Ərizəçi həmçinin qeyd etmişdir ki, Sovet İttifaqı dövründə “E” hərfi çox vaxt “İ” hərfi kimi yazıldığından onun da soy adı həmin dövrə aid bəzi sənədlərdə İlyasov, bəzi sənədlərdə isə Elyasov kimi qeyd olunub. X1 Soveti tərəfindən verilmiş vəsiqədə, Azərbaycan SSR X11 Təhsili Komitəsi tərəfindən verilmiş diplomda soy adının İlyasov kimi qeyd olunması da da bunu sübut edir. Sonrakı dövlərdə, müstəqillik dövrlərində verilmiş sənədlərdəşəxsiyyətini təsdiq edən vəsiqədə, sürücülük vəsiqəsində isə soy adı Elyasov kimi qeyd olunmuşdur. Qeyd etdiyi səbəblərdən o, pensiya ala bilmir. Aidiyyatı orqanlara müraciət etmiş, lakin imtina cavabı almışdır. Həmin iş yerində işləməsini təsdiq edən şahidlər də gətirmişdir. Odur ki, ərizəsinin təmin eidlməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəyə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, ərizəçi onun həmkəndlisidir. Onunla birlikdə yaşadıqları əvvəllər 5-ci şöbə adlanan Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən pambıqçılıq sovxozunda işləmişlər. Ərizəçi çalışqan işçi olmuşdur. Onun soyadında nə kənddə, nə də həmin iş yerində başqa şəxs olmamışdır. Onlar hərbi xidmətə gedənə kimi həmin sovxozda işləyib, əmək haqqı almışlar. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirmişdir ki, ərizəçi onun həmkəndlisidir. Onunla birlikdə yaşadıqları əvvəllər 5-ci şöbə adlanan Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən pambıqçılıq sovxozunda işləmişlər. Həmin iş yerində ərizəçidən başqa həmin soyadda şəxs olmamışdır. Onlar hərbi xidmətə gedənə kimi həmin sovxozda işləyib, əmək haqqı almışlar. İşə baxıb, ərizəçinin, üçüncü şəxsin nümyəndəsinin, şahidlərin izahatlarını, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; X6 filalının xx.xx.2025-ci il tarixli 3-48 DA/9F-2-57/2025 nömrəli arxiv arayışından görünür ki, X6 filialında mühafizə olunan arxiv sənədlərində, o cümlədən 1970-1975-cı illərə aid şəxsi heyət üzrə əmr kitablarına əsasən araşdırmışlar. Araşdırma zamanı aşağdakı qeyd edilən məlumatlar aşkar edilmişdir. Arxiv çıxarışı İlyasov Eldar (ata adı qeyd edilməyib) 5-ci şöbədə fəhlə Əmr No 94 -xx.xx.1970 01.05.70-ci tarixdən aşağıda adları göstərilən məktəblilər pambıq alağına təhkim edilsinlər: İlyasov Eldar Əmr №53 01.04.71-ci il tarixdən aşağıda adları göstərilən məktəblilər pambıq alağına təhkim edilsinlər . İlyasov Eldar Əmr. №57 xx.xx.1972 01.06.72-ci il tarixdən aşağıda adları göstərilən məktəblilər pambıq alağına təhkim edilsinlər . İlyasov Eldar Əmr №53 xx.xx.1973 08.05.73-cü il tarixdən aşağıda adları göstərilən pambıq alağına təhkim edilsinlər . İlyasov Eldar Əmr №18 xx.xx.1974 aşağıda adları göstərilənlər 01.01.73-01.12.73 15 iş günü məzuniyyətə buraxlısınlar İlyasov Eldar Əmr №27 xx.xx.1975 aşağıda adları göstərilənlər 01.01.74-01.01.75 15 iş günü məzuniyyətə buraxılsınlar İlyasov Eldar İlyasov Eldar (ata adı qeyd edilməyib) Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Ərizəçi xx.xx.1983-xx.xx.1999-cu il tarixində olan əmək fəaliyyəti əmək kitabçasının doldurulma qaydaları pozulduğundan sosial sığorta stajına daxil edilmir. Tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur, sosial müavinət alır. X6 filalının xx.xx.2025-ci il tarixli cavabından görünür ki, , Ərizəçi xx.xx.1983xx.xx.1999-cu il tarixlərdə əmək fəaliyyəti barədə məlumat tapmaq mümkün olmamışdır. X6 filalının xx.xx.2025-ci il tarixli aktının qeyd hissəsindən görünür ki, arxiv sənədlərində, o cümlədən 1970-1975-cı illərə aid şəxsi heyət üzrə əmr kitablarına əsasən araşdırmışlar. Araşdırma zamanı aşkar edilmiş əmr kitabları və əmək haqqı cədvəllərində vətəndaşınn soyadı İlyasov yazılmış, işçilərin ata adları qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı Ərizəçidur. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Ərizəçidur. İş materiallarında olan X1 Soveti tərəfindən verilmiş vəsiqədən görünr ki, ərizəçinin soy adı həmin vəsiqədə İlyasov yazılmışdır. İş materiallarında olan Azərbaycan SSR X11 Təhsili Komitəsi tərəfindən verilmiş diplomdan görünür ki, həmin diplomda ərizəçinin soy adı İlyasov qeyd edilmişdir. Həmin diplomda ərizəçinin adı həm Azərbaycan, həm də Rus dilində yazılmış, Azərbaycan dilində soy adı İlyasov, Rus dilində isə Elyasov kimi qeyd edilmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi H.Abdullayev tərəfindən tərtib olunmuş 12 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi Salyan rayon Düzənlik kəndində pambığın becərilməsində və yığılmasında işləmiş, onun adı bəzi sənədlərdə səhvən İlyasov Eldar kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənediji sənədlərin (həmkarlar ittifaqı və digər ijtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, X6 filialı tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 3-48 DA/9F-2-57/2025 nömrəli arxiv arayışının Salyan rayonu Qaraçala qəsəbə SSRİ-nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq savxozunun arxiv sənədlərində, o cümlədən 1970-1975-ci illərə aid işçi şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərində ”İlyasov Eldar” kimi göstərilmiş şəxs məhz ərizəçinin özü Ərizəçidur. Həmin sənəddə “Ərizəçi” əvəzinə səhvən “İlyasov Eldar” yazılmışdır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Qeyd olunanlardan əlavə ƏƏSMN-nin tabeliyində DSMF-nin etibarnamə ilə nümayəndəsi, DSMF-nin aparıcı mütəxəssisi Nümayəndə ərizəçinin lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməməməsi ilə əlaqədar məhkəmə hesab edir ki, Salyan rayonunun Qaraçala qərsəbəsində 1 nömrəli Pambıqçılıq Savxozu hazırda mövcud deyildir, həmçinin iş materiallarında X6 filialı tərəfindən tərtib olunmuş akt mövcuddur ki, bu da həmin sənədlərin alınması üçün arxiv idarəsinə təkrar müraciət edilməsi zərurətini aradan qaldırmış olur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məjəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 filialı tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 3-48 DA/9F-2-57/2025 nömrəli arxiv arayışının Salyan rayonu Qaraçala qəsəbə SSRİ-nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq savxozunun arxiv sənədlərində, o cümlədən 1970-1975-ci illərə aid işçi şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar