Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2349/2025 01.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Ərizəçi Ziyədddin qızının iştirakı ilə Ərizəçi Ziyədddin qızının maraqlı şəxs Salyan Regional “ASAN xidmət” X5 cəlb edilməklə “xüsusi icraat qaydasında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının təsdiq edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ziyədddin qızının maraqlı şəxs Salyan Regional “ASAN xidmət” X5 cəlb edilməklə “xüsusi icraat qaydasında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Azad Qaraqoyunlu kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı, xx.xx.1966-cı il tarixli nikah haqqında akt qeydində dəyişiklik edilməsini, Salyan rayon Marışlı kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 16 saylı, xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydində dəyişiklik edilməsini, Zərdab rayon Bıçaqçı kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 03 saylı, xx.xx.2000-ci il tarixli ölüm haqqında akt qeydində dəyişiklik edilərək anasının adı Leylan, soyadı Məmmədova, atasının adı Hüseyn, doğum tarixi 1930-cu il, doğum yeri Tərtər rayonu, Köçərli kəndi, atasının adı Ziyəddin, soyadı Məmmədov, doğum tarixi 1932-ci il, doğum yeri Tərtər rayonu, Köçərli kəndi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Ziyədddin qızı ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan Regional “ASAN xidmət” X2 rəisi Famil Kazımov məhkəməyə ərizə ünvanlayaraq, işlərinin çoxluğunu nəzərə alaraq, iş üzrə məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.1.-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. MPM-in 307.2.1-307.2.10-1-ci maddəsində hüquqi əhəmiyyəti olan kateqoriya işlərin siyahısı qeyd edilmişdir. MPM-in 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə məhkəmə baxır. Məhkəmə qərar qəbul edərkən 12 aprel 2019-cü il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyini əsas götürür. Həmin qərarın 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-cı bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin Qərarın 6.2-cı bəndinə əsasən,Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin Qərarın 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, ərizənin nəticə hissəsinə görə ərizəçinin tələbi Tərtər rayon Azad Qaraqoyunlu kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı, xx.xx.1966-cı il tarixli nikah haqqında akt qeydində dəyişiklik edilməsini, Salyan rayon Marışlı kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 16 saylı, xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydində dəyişiklik edilməsini, Zərdab rayon Bıçaqçı kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 03 saylı, xx.xx.2000-ci il tarixli ölüm haqqında akt qeydində dəyişiklik edilərək anasının adı Leylan, soyadı Məmmədova, atasının adı Hüseyn, doğum tarixi 1930-cu il, doğum yeri Tərtər rayonu, Köçərli kəndi, atasının adı Ziyəddin, soyadı Məmmədov, doğum tarixi 1932-ci il, doğum yeri Tərtər rayonu, Köçərli kəndi qeyd edilməsidir. Qeyd olunan hüquqi əsas MPM-in 305 və 307-ci maddələrinin tələbləri nəzərə alınmaqla, “hüquqi əhəmiyyəti olan fakt” kateqoriyasına aid deyil. Bundan əlavə, xüsusi icraat qaydasında baxılan işlərin digər kateqoriyaları MPM-də konkret olaraq müəyyən edilsə də, hazırki işin hüquqi və faktiki əsasları həmin kateqoriyaların hər hansı digər birinin dispozitiv şərtləri eynilik təşkil etmir. Hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla məhkəmə işlərə yalnız qanunvericilik çərçivəsində, mübahisənin qanuni əsası müəyyən edilərək dispozitiv şərtlər eyniləşdirilməklə baxmalıdır. Belə ki, qanunda nəzərdə tutulmayan hüquqi əsas ilə məhkəmə qərarının qəbul edilməsi qərarın qanunsuz olması ilə nəticələnir. Beləliklə, tələbin hüquqi və faktiki əsasları hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və ya xüsusi icraat qaydasında baxılan digər kateqoriyalar üzrə icraat qaydalarının dispozitiv şərtləri ilə eynilik təşkil etmir. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, ərizəyə mülki prosessual qanunvericilik çərçivəsində baxılması mümkün hesab edilmir. Məhkəmə iş üzrə xüsusi icraat qaydasında qanunun analogiyasının tətbiq edilməsini aşağıdakı əsaslara görə məqsədə müvafiq hesab etmir. İş materiallarına əsasən müəyyən olunur ki, ərizəçi inzibati icraat qaydasında Salyan Regional “ASAN xidmət” X3 müvafiq ərizə ilə müraciət etsə də, inzibati orqan tərəfindən ərizə təmin olunmamış və imtina qərarı qəbul edilmişdir. Məhkəmə ərizəçiyə izah edir ki, Salyan Regional “ASAN xidmət” X2 müvafiq imtina qərarı inzibati məhkəmə qaydasında mübahisələndirilməklə inzibati məhkəmə icraatı qaydasında ərizədə göstərilən xüsusatların aydınlaşdırılması və inzibati orqanın imtina qərarı qanunsuz hesab edilməklə akt qeydinin müəyyən edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmaqla iddiaçının tələbinin təmin olunması hüquqi cəhətdən yolverilən olmaqla mümkündür. Salyan Regional “ASAN xidmət” X5 “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati prosessual qanunvericilik çərçivəsində inzibati məhkəmədə baxılır. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 261.0.1-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki işə üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.4-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Ziyədddin qızının maraqlı şəxs Salyan Regional “ASAN xidmət” X5 cəlb edilməklə “xüsusi icraat qaydasında hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, **********72 nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul X1 İdarəsi tərəfindən Ərizəçi Ziyədddin qızına qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2349/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2349/2025
01.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver