Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2417/2025 05.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi, Üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üçüncü şəxs qismində cəlb etdiyi “arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üçüncü şəxs qismində cəlb etdiyi “arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək X15 filialı tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli, 3-48 DA/9F-2-144/2025 nömrəli arxiv arayışının Salyan rayon X13 (Əhaliyə Məişət Xidməti) arxiv sənədlərində, o cümlədən 1990-1996-cı illərə aid işçi şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərinə aid hissəsinin və xx.xx.1979-cu il tarixli İT №0337538 saylı əmək kitabçasının ona aid olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, pensiya yaşına çatmış və bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra -Fond) 2 saylı Şirvan Salyan regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Verilmiş cavabda bildirilir ki, “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun ( bundan sonra- Qanun) 7- ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sğorta staiı olduqda (2017- ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş səxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020- ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanununun 22-1,1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığorta olunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi səxsi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsi müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən səxslərdə daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026 ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdikləri sənədlərin surətlərindən qeyd olunmuş və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti, dövrləri, o cümlədən xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta srajı 19 il 11 ay 06 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 03 ay 6 gün sığorta stajına uyğun olaraq 14692,04 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 3522,31 manat olmaqla, ümumilikdə 18214,14 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ hazırda qanunvericilikdə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi Azərbaycan Respublikası X15 filialının xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuş məlumatlara əsasən əməkhaqları üzrə 1990-cı ilin yanvar-fevral aylarında ata adı Əbdülhəsən qeyd edildiyindən, həmçinin mart ayında qaralama olduğundan 1992-ci il aprel, may, iyun, oktyabr, dekabr aylarında, 1993-cü ilin iyun, sentyabr, oktyabr, noyabr aylarında ad olaraq Abseyin kimi qeyd edildiyindən həmin ayların, o cümlədən adına əməkhaqqı hesablanmayan ayların sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sözügedən dövr sığorta stajına daxil edilsə belə, ümumi sığorta stajı qanunla tələb olunan müddətə (25 il) tamamlanmır. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericilikdə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxılacaqdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta”(Monitorinq) altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün( VÖEN:**********) ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmayıb. VÖEN hesabı ləğv edildikdən(ya da dondurulduqdan) sonra müraciəti əsasında yaşa görə sosial müavinət hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Göründüyü kimi, arxiv çıxarışında və tərtib edilmiş aktda onun adı səhv qeyd edilmiş və Abseyin, Abdulhəsən kimi göstərilmişdir. Əmək kitabçasında adı isə X3 olaraq göstərilmişdir. Şəxsiyyət vəsiqəsində də adı X4 qeyd olunub. Burada olan kiçik uyğunsuzluq hesab edir ki düzəldilməlidir. Faktiki olaraq həmin şəxs o, özüdür. Bununla bağlı şahidlər və zəruri sübutlar məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı məhkəməyə etiraz təqdim edərək Ərizəçi “arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair 2(057)-2305/2025 nömrəli iş üzrə ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi tam müdafiə edərək ərizənin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının nümayəndəsi X12 ərizəyə etiraz edərək təmin olunmamsını xahiş etmişdir. İşə baxıb, proses iştirakçılrının izahatlarını, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İT- İ ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1979-cu il tarixdə verilmiş, X2 məxsusdur. Həmin əmək kitabçasında olan qeyddən görünür ki, Ərizəçi 01 avqust 1978-ci il tarixdə 4-cü dərəcəli dərzi vəzifəsinə təyin edilmişdir. 2609-B saylı attestatdan görünür ki, X5 1976-1978-ci illərdə X6 təhsil almışdır. M/V seriyalı 087573 nömrəli vəsiqədən görünür ki, Ərizəçi müharibə veteranı olduğu üçün 18 mart 2020-ci il tarixdə ona verilmişdir. X15 filalının xx.xx.2025-ci il tarixli 3-48 DA/9F-2-144/2025 nömrəli arxiv arayışından görünür ki, X15 filialında mühafizə olunan arxiv sənədlərində, Salyan rayon X13 (Əhaliyə Məişət Xidməti) arxiv sənədlərindən, o cümlədən 1990-1996-cı illərə aid şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərindən arxiv çıxarışından görünür ki, Əmr No 110/14 xx.xx.1990 Ərizəçi: dərzi – 10.12.90-cı il tarixdən 26.12.90-cı il tarix daxil olmaqla 15 iş günü müddətinə 1989/90-cı ilin növbəti əmək məzuniyyətinə buraxılsın. Əmr №29/7 xx.xx.1992 Ərizəçi: dərzi Salyan rayon Hərbi Komissarlığının bildirişinə əsasən 02.07.92-ci il tarixdən 2 ay müddətinə orta aylıq əmək haqqısı saxlanılmaqla işdən azad olunub hərbi komissarlığın sərəncamına göndərilsin. Əmr. №40/2 xx.xx.1992 Ərizəçi: hərbi çağırışdan sonra 08.09.92-ci il tarixdən öz işinə qaytarıslsın-dərzi Əmr №36/3 xx.xx.1992 Ərizəçi: dərzi 01.12.94-cü il tarixdən 17.12.94-cü il tarix daxil olmaqla 15 iş günü müddətinə 1992/93-cü ilin növbəti məzuniyyətinə buraxılsın. Əmr №28/15 xx.xx.1996 Üzərlərinə düşən hasilat pullarını mütəmadi olaraq ödəmədikləri üçün aşağıda adları qeyd olunan sənətkarlr 01.11.96-cı il tarixdən işdən azad edilsinlər. Ərizəçi-dərzi. Həmin arayışdan həmçinin görünür ki, arxiv sənədlərində Ərizəçi adında illər üzrə “Əbdülhəsən”, “Abseyin” kimi dəyişikliklər olmuşdur. HZ ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X2 xx.xx.1979-cu il tarixdə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənediji sənədlərin (həmkarlar ittifaqı və digər ijtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan arxiv çıxarışından göründüyü kimi Salyan rayon X14 aid (Əhaliyə Məişət Xidməti) 110/14 nömrəli xx.xx.1990-cı il tarixli əmrdə şəxsin adı Ərizəçi (yəni ərizəçinin həqiqi adı) kimi qeyd olunmuş, həmin əmrdə onun 1989/90-cı ilin növbəti məzuniyyətinə buraxılmışdır. xx.xx.1996-cı il tarixli 28/15 nömrəli əmrində də ərizəçinin adı düzgün qeyd edilmişdir. Həmin əmrdə ərizəçinin xx.xx.1996-cı il tarixdə işdən azad olunmağı qeyd edilmişdir. 1990-1996-cı illərdə ərizəçinin ilin bütün aylarında deyil, bəzi aylarında adının Abseyin və Abdulhəsən kimi qeyd olunması həmin şəxsin ərizəçinin özü olmasına şübhə yaratmamalıdır. Ona görə ki, 1990-1996-cı illər aralığını əhatə edən və həmin dövrün başlanğıc əmri olan 110/14 nömrəli xx.xx.1990-cı il tarixli əmrdə və həmin dövrün son əmri olan xx.xx.1996-cı il tarixli 28/15 nömrəli əmrdə ərizəçinin adı düzgün qeyd olunmuş, bu hal dövlət arxivinin müvafiq çıxarışında da təsdiqini tapmışdır. Həmin illər aralığında yalnız bir yerdə “Əbdulhəsən” yazılması, bir neçə ardıcıl olmayan ayda isə “Abseyin” yazılması, bir halda isə soyadında qaralama faktının olması, “Əbdulhəsən” və “Abseyin”ə aid digər qeydlərin olmaması həmin adların texniki olaraq səhv yazılmasını göstərir. Həmçinin İT-İ ******* nömrəli əmək kitabçası olan qeyddən görünür ki, Ərizəçi 01 avqust 1978-ci il tarixdə 4-cü dərəcəli dərzi vəzifəsinə təyin edilmiş, 01 avqust 1983-cü ildə isə dərzi vəzifəsinə qəbul edeilmişdir. Həmin əmək kitabçasından görünür ki, 01 noyabr 1996-cı ildə Ərizəçi öz xahişi ilə işdən azad edilmişdir. X15 filialından verilmiş arxiv çıxarışında da X1 həmin tarixdə işdən azad olunması barədə 28/15 nömrəli 01 noyabr 1996-cı il tarixli əmrin olmasına dair qeyd vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, X15 filialı tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli, 3-48 DA/9F-2- 144/2025 nömrəli arxiv arayışının Salyan rayon X13 (Əhaliyə Məişət Xidməti) arxiv sənədlərində, o cümlədən 1990-1996-cı illərə aid işçi şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərinə aid hissəsində “Əbdülhəsən” və “Abseyin” kimi qeyd olunmuş şəxs məhz Ərizəçidur, xx.xx.1979-cu il tarixli İT №0337538 saylı əmək kitabçası da Ərizəçi məxsusdur. X15 filialı tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli, 3-48 DA/9F-2-144/2025 nömrəli arxiv arayışının Salyan rayon X13 (Əhaliyə Məişət Xidməti) arxiv sənədlərində, o cümlədən 1990-1996-cı illərə aid işçi şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərinə aid hissəsində “Ərizəçi” əvəzinə səhvən “Əbdulhəsən və Abseyin” yazılmış, əmr, əmək haqqı cədvəllərində isə ata adı yazılmamışdır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Qeyd olunanlardan əlavə ƏƏSMN-nin tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialından daxil olmuş etirazda ərizəçinin lazımi sənədlərin alına bilməməsinin mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməməməsi ilə əlaqədar qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, Salyan rayonuYerli Sənayə Kombinatı hazırda mövcud deyildir, həmçinin iş materiallarında X15 filialı tərəfindən verilmiş Arxiv çıxarışı mövcuddur ki, bu da həmin sənədlərin alınması üçün arxiv idarəsinə müraciət olunduğunu göstərir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məjəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X15 filialı tərəfindən verilmiş 07 mart 2025-ci il tarixli, 3-48 DA/9F-2-144/2025 nömrəli arxiv arayışının Salyan rayon X13 (Əhaliyə Məişət Xidməti) arxiv sənədlərində, o cümlədən 1990-1996-cı illərə aid işçi şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərinə aid hissəsinin və xx.xx.1979-cu il tarixli İT №0337538 saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-2417/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2417/2025
05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver