Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-242/2023 03.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X25 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X10 iştirakı ilə bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Salyan şəhəri, Yunis Zərgərli küçəsi, ev 12 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Salyan şəhəri, Yunis Zərgərli küçəsi, ev 12 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsi nənəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. Mübahisə edilən fərdi yaşayış evində ailəsi ilə birlikdə 2021-ci ilin sonunadək yaşamışdır. xx.xx.2021-ci il tarixdə atası Ə.Qəniyev vəfat etdikdən sonra bibiləri onu həmin evdən çıxarmaq istəmişlər. 2013-cü ildə anası vəfat etmişdir.2017-ci ildən Bakı şəhəri, Mərdanov qardaşları 81 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Atası vəfat etdikdən sonra nənəsinin adına olan evə gələrək orada yaşamışdır. Mübahisə edilən fərdi yaşayış evi 1944-cü il tarixdə babası tərəfindən tikilmişdir. Sonradan atası müxtəlif əlavələr etmişdir. Cavabdeh ona qarşı 2022-ci ilin iyun ayında Salyan Rayon Məhkəməsində evdən çıxarılma haqqında iddia ərizəsi vermişdir. Mübahisələndirilən evin nənəsi tərəfindən bibisinə bağışlandığından xəbəri olmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, nümayəndəsi olduğu şəxs evin bağışlanmasını 2022-ci ilin iyun ayında bilmişdir.İddiaçı hal-hazıra qədər mübahisəli evdə yaşayır.Məhkəmə qətnaməsinə əsasən iddiaçının evdən çıxarılması qərara alınmışdır.Rəna Rəfiqəni aldadaraq ondan Təranənin adına etibarnamə almış, sonra Rəfiqənin adından evi Rəna xanıma bağışlayır.Rəfiqə sağlamdır, bu gün də evi Təranəyə etibarnamə vermişdir. Rəfiqə istəsəydi bu əməliyyatı özü həyata keçirə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakı barədə o vaxt sərəncam verə bilər ki, həmin əmlak ümumi mülkiyyət və ya vərəsəliklə məhdudlaşdırılmasın.Rəfiqə əmlakı bağışlayanda Ələkbər sağ olsaydı verə bilməzdi. Rəfiqədən əvvəl vəfat etdiyinə görə vərəsəsi Rəxşandır.Bu mübahisənin həlli Konstitusiya Məhkəməsinin 08 yanvar 2001-ci il tarixli qərarında daha ətraflı təsvir olunmuşdur.17 dekabr 2021-ci ildə vərəsəlik açılır,25 yanvar 2022-ci ildə isə Rənanın adına çıxarış verilmişdir.17 dekabr 2021-ci ildə Rəfiqə əmlaka dair Rənanın adına etibarnamə vermişdir.Əmlaka dair etiğarnamə verilərkən çıxarış olmamışdır.4 sot torpaq sahəsi Rəfiqənin adına keçməmişdən əvvəl Rəfiqə Təranəyə etibarnamə vermişdir.Torpaq Rəfiqənin adına olmadığı üçün həmin etibarnamə ilə torpaq bağışlana bilməzdi. Cavabdeh2 adına torpağa dair çıxarışın təsdiq olunmuş surətinin alınması zəruridir. İddiaçının nümayəndəsi Vəkil məhkəmənin 03 mart 2023-cü ildə keçirilmiş iclasında bildirmişdir ki, ev və torpaq Cavabdeh1 bağışlanmışdır. Ev 16 avqust 2021-ci ildə Rəfiqənin adına olmuş, T.Məcidovaya isə etibarnamə xx.xx.2021-ci ildə verilmişdir. Sorğunun cavabından göründüyü kimi torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2021-ci ildə keçmiş, etibarnamə isə xx.xx.2021-ci ildə verilmiş, həmin vaxt torpaq Rəfiqənin adında olmamışdır. Azərbaycan Respublikası MM-nın 667.1,1193 və 1200-cü maddələrin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə bir məhdudiyyət etməklə miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrin məcburi paylarının pozulmasının qarşısını almaq məqsədini daşıyır.Odur ki, verilmiş iddianın əsaslı olduğunu qeyd edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 bildirmişdir ki, anası Rəfiqə ilə birlikdə sonuncuya məxsus olan evdə Təranə ilə birlikdə yaşayır.Qardaşı Ələkbər də həmin evdə xx.xx.2020-ci ilə qədər yaşamışdır.İddiaçı qardaşı vəfat etdikdən sonra mübahisəli evə gəlib-getmiş, lakin Rəfiqəyə baxmamışdır.Anası ona baxmadıqları üçün evi ona bağışlamasını demişdir.Ona görə bacısına etibarnamə vermiş və sonuncu da evi onun adından ona bağışlamışdır.Verilmiş idda əsassız olduğundan rədd olunmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 nümayəndəsi X1 Rəna Sabir qızının dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Salyan Rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu M.Hüseynov məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı məktubunda iddianın əsassız olduğunu qeyd edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə onun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)1578/2022 saylı qətnaməsi ilə X3 şəhəri, Y.Zərgərli küçəsi ev 10-da (köhnə qaydalarla Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 12) yerləşən Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 25 avqust 2020-ci ildə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 12-də (yeni qaydalarla Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 10) ünvanda yerləşən, ümumi sahəsi 153,2 kvm olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsini qızı olan hədiyyə alan Cavabdeh1n mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********* nömrə ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 12-də (yeni qaydalarla Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 10) ünvanda yerləşən, ümumi sahəsi 153,2 kvm olan fərdi yaşayış evi Cavabdeh2 və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsi isə X7 adına qeydə alınmışdır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, notariat ofisinə Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 12-də yaşamış X8 xx.xx.1966-cı ildə vəfat etdiyini, ondan sonra həmin evin ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinin miras qaldığını, başqa vərəsəsi olmadığını, həmin mirasa ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci ildə ********** nömrə ilə X7 adına qeydə alınmış 0,04085 ha torpaq sahəsinin üzərində məhdudiyyət və yüklülük yoxdur. Salyan RİH Başçısının Salyan Şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndənin vermiş olduğu 26 sentyabr 2021-ci il tarixli 2785 saylı arayışın surətindən görünür ki, xx.xx.1966-cı ildə vəfat etmiş G.F.Bağırovanın vərəsəsi Cavabdeh2dır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 12-də (yeni qaydalarla Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 10) ünvanda yerləşən, ümumi sahəsi 153,2 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış mülkün üzərində məhdudiyyət yoxdur. Ölüm haqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş X18 atası X23, anası X5r. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-cı ildə vəfat etmiş X7 vərəsəsi Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 12-də qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan tam hissədə pay almışdır.Miras əmlak Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********33-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 12, yeni qaydalara Salyan şəhəri, Y.Zərgərli küçəsi ev 10-da yerləşən Cavabdeh2 Məmmədalı qızına məxsus olan fərdi yaşayış evinin mərhumə X9 məxsus olmuş, ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsindən ibarət olmuşdur. AR-İİ-No538449 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci ildə bir il müddətinə ümumi X13 etibarnamə vermişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas aşkar olunmamışdır. İddiaçının mübahisələndirdiyi Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunla müəyyən olunmuş qaydada bağlanmış və həmin müqavilənin ləğv olunması və ya etibarsız hesab edilməsi üçün məhkəmə baxışı zamanı hər hansı bir hal müəyyən olunmamışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə baxışı zamanı vermiş olduğu vəsatətlərlə bağlı məhkəmə qeyd edir ki, X6 miras qalmış ünvan 3 ünvan ünvan 4un üzrə birinci növbəli vərəsə Cavabdeh2 tam hissədə almışdır. İddiaçı və onun atası X2 Gülbacı Fətalının qızının birinci növbəli vərəsəsi olmamışlar.X14 xx.xx.1966-cı ildə ölmüş və miras həmin vaxt açılmışdır.İddiaçının atası həmin vaxt 8 yaşında olmuş, iddiaçı özü isə ümumiyyətlə dünyaya gəlməmişdir. Göründüyü kimi mirasın açıldığı vaxt miras qoyanın birinci növbəli vərəsəsi Cavabdeh2 sağ olmuş və miras əmlak da haqlı olaraq ona qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir.Qeyd edilənlərə əsasən məhkəmə nümayəndənin vermiş olduğu vəsatətlərin heç bir əsası olmaması səbəbindən təmin olunmamasını məqsəduyğun hesab edir. İddiaçının nümayəndəsi Vəkil torpaq sahəsinin Cavabdeh2 adına xx.xx.2021-ci ildə keçməsi, etibarnamənin isə xx.xx.2021-ci ildə verilməsi və həmin vaxt torpaq sahəsnin Rəfiqənin adında olmaması ilə bağlı dediyi ilə əlaqədar məhkəmə qeyd edr ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir.Etibarnamə verilərkən torpaq sahəsinin etibarnamə verənin mülkiyyətində olması məcburi hal deyil və həmçinin etibarnamədə torpaq sahəsinin etibar edənin mülkiyyətində olması qeyd olunmamışdır. Etibarnamədə etibar edən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəcam verməyi və sair hüquqları etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsində qeyd edilmişdir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 362.3. Aşağıdakılar notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur: 362.3.1. hospitallarda, sanatoriyalarda və digər hərbi- müalicə müəssisələrində müalicədə olan hərbi qulluqçuların və başqa şəxslərin həmin müəssisənin rəisi, onun tibbi hissə üzrə müavini, böyük və ya növbətçi həkim tərəfindən təsdiqlənmiş etibarnamələri; 362.3.2. hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri; 362.3.3. azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri; 362.3.4. sosial xidmət müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq əhalinin sosial müdafiəsi orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri. 362.4. Əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamə etibar edənin işlədiyi və ya təhsil aldığı təşkilat, onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı və müalicə olunduğu stasionar müalicə müəssisəsinin müdiriyyəti tərəfindən də təsdiqlənə bilər. 362.5. hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. 362.6. Teleqrafla, habelə sənədin rabitə işçisi tərəfindən yola salındığı digər rabitə növləri ilə göndərilən etibarnamə rabitə orqanları tərəfindən təsdiqlənir. 362.7. Üçüncü şəxslər onların barəsində hərəkətlərin edilməsi üçün verilmiş, etibar edənin rəsmi rabitə orqanlarının vasitəçiliyi olmadan faksimile və digər rabitə vasitəsilə müvəkkilə göndərdiyi etibarnaməni həqiqi saya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Həmin Məcəllənin 668.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Həmin Məcəllənin 674.1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Həmin Məcəllənin 1159.1 -ci maddəsində qeyd olunmuşdur ki, Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X16 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X16 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyrimaddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində göstərilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Salyan şəhəri, Yunis Zərgərli küçəsi, ev 12 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-242/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-242/2023
03.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver