Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2634/2025 09.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı) X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu xx.xx.1981-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş İİ qrup əlil X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə anadan olmuş, X1 anası X9 ilə 04 Yanvar 1975-ci ildə nikaha daxil olmuşlar. X1 xx.xx.1984-cü ildə və anası X9 xx.xx.2025-ci ildə vəfat etmişdilər. Birgə nikahlarından olan bacısı xx.xx.1981-ci il təvəllüdlü X6 təqdim edilmiş sənədlərdən də göründüyü kimi orqanizm funksiyaları pozulduğu üçün ikinci qrup əlil kimi daun xəstəliyi nəticəsində əmələ gəlmiş ağıl zəifliyi, debil forma xəstəsi olduğu sübuta yetirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışında ikinci qrup əlil hesab edilmişdir. Buna görədə o, bir çox idarələrə və sair orqanlara müraciət edərkən çox çətinliklərələ üzləşmiş, konkret olaraq mütləq şəkildə Qəyyumluq və Himayəçilik qərarının olması tələb edilmişdir. Buna görədə Məhkəmənin qətnamə çıxarmasına ehtiyac vardır. Odur ki, bacısı xx.xx.1981-ci il təvəllüdlü Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş İİ qrup əlil X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.6-cı maddəsinə əsasən, işə Salyan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Qarabağlı kəndində anadan olmuşdur. X1 anası X3r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1981-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuşdur. X1 anası X3r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, X10 daun xəstəliyi nəticəsində əmələ gəlmiş ağıl zəifliyi, debil forma ilə müddətsiz 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Əmək qabiliyyəti yoxdur. Salyan rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 və X9 04 yanvar 1975-ci il tarixdə 01 nömrəli akt nikaha daxil olmuşlar.Nikah bağlandıqdan sonra ərə Əliyev arvada Əliyeva soyadı verilmişdir. X4 xx.xx.1984-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.1985-ci ildə 03 nömrəli akt qeydi ilə Salyan rayon Qarabağlı kənd İ.Ə.N-də dövlət qeydiyyatına alınmışdır. Salyan rayon İcra Hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 rayonu Qarabağlı kənd inzibati ərazi dairəsinin Gömuşlu kəndində yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3555 saylı rəyindən görünür ki, mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlinmişdir ki, X7 “DAUN SİNDROMU NƏTİCƏSİNDƏ YARANAN ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK” (F71.0) aşkar olunur. Bunu təqdim olunmuş tibbi sənədlər (daun sindromu ilə doğulması, erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən “Daun xəstəliyi nəticəsində əmələ gəlmiş ağıl zəifliyi. Debil forma” diaqnozu ilə ikinci əlil olduğunun qeyd edilməsi və s.) sübut edir.Mülki işi materiallarında olan tibbi sənədlərin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1-ci sual: 08 02.1981-ci il təvəllüdlü X6 hər hansı psixi qüsurları vardır mı, ağıl zəifliyi və ya ruhi (psixi) xəstəlikdən əziyyət çəkirmi? cavab: X7 “daun sindromu nəticəsində yaranan orta dərəcəli əqli gerilik” müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X10 2-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3555 saylı rəyinə əsasən X10 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Ərizə üzrə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X10 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X6 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X10 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1981-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-2634/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2634/2025
09.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver